Son dəqiqə
19-10-2021, 07:41
2408

Övladını məktəbə çiynində aparan atanın problemini Müdafiə Nazirliyi həll etdi

Övladını məktəbə çiynində aparan atanın problemini Müdafiə Nazirliyi həll etdi


Astara rayonunun Miki kəndində övladını məktəbə aparıb-gətirmək üçün hər gün ayaqyalın çaya girən kənd sakini Fuad Salayevin bu problemi həll olunub.

XəbərTv.info-nun məlumatına görə, artıq həmin çayın üzərində körpü çəkilib.

Bu, Azərbaycan Ordusunun mühəndis istehkamçılarının dəstəyi ilə baş verib. Belə ki, çayın üzərində körpü funksiyasını yerinə yetirən həm şəxsi heyət, həm də texnikanın hərəkəti üçün nəzərdə tutulmuş keçid quraşdırılıb.



Qeyd edək ki, buna qədər qızını çiynində məktəbə aparıb-gətirməli olan Fuad Salayevin özü də Miki kənd orta məktəbində texnologiya müəllimi işləyir. O, bu problemlə 2006-cı ildən çayın kənarındakı evə köçdüyünü gündən üzləşib.

Kənd müəllimi bir neçə gün öncə “Qafqazinfo”ya açıqlamasında bildirmişdi ki, dəfələrlə Astara Rayon İcra Hakimiyyətinə qəbula getsəm də, karantin dövrü olduğunu əsas gətirərək icra başçısı ilə görüşə şərait yaradılmayıb. İcra Hakimiyyəti problemi bələdiyyənin üstünə atıb. Bələdiyyədən də büdcədə pul olmadığını bildiriblər.

“Mənim özümün burada körpü tikməyə imkanım yoxdur. Çayın aşağı keçidində ancaq mənim evim var, yuxarı keçiddə isə eyni vəziyyətdə olan 7 ailə var”, - deyə F.Salayev bildirmişdi.

Problemlə bağlı Miki kəndinin də daxil olduğu Siyaku kənd bələdiyyəsinin sədri Ramin Dədəyev isə həmin çay üzərində körpünün inşası üçün təxminən 1000 manata yaxın vəsait lazım olduğunu bildirmişdi.

“Bələdiyyənin isə büdcəsində bu tikinti ilə bağlı vəsait yoxdur”, - R.Dədəyev bildirmişdi.

Digər xəbərlər

Yarım milyon manatı mənimsəməyə görə tutulan bankir həbsdən buraxıldı
Azərbaycanda əhalinin demoqrafik vəziyyəti açıqlanıb
Formula 1 üzrə Azərbaycan Qran Prisində sıralama turu qəza ilə başladı
Azərbaycanlı müğənninin rəfiqəsi onu digər qızlara qısqanaraq klubda dava salıb aktrisanı döydü - FOTO
Lukaşenko: “Təkrar seçkilər keçirilməyəcək”
Məhkəmə Gülnarə Kərimovanın cəzasını artırıb
Tovuzda kütləvi dava: Bıçaqlananlar var
Fəxrəddin Qədirova “Əməkdar elm xadimi” fəxri adı verilib
Bakıya 320 yeni avtobus gətirilir
“Dövlət bunu edirsə, onda Dövlət Neft Şirkəti nə ilə məşğuldur?”
Ebolanın dərmanı koronavirusun da qarşısını ala bilər?
Qazax rayonunda təhlükəli sursat aşkarlanıb
Vanda 3 türk əsgər şəhid oldu
Sabah Bakıda Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimləri başlayır
Bu gün Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 103-cü ildönümüdür
Həbsdən öncə İsmayıl Vəliyevə xəbərdarlıq edilibmiş... - İLGİNC İDDİAv
“WhatsApp”la bank kartlarına hücum edilir - FOTO - XƏBƏRDARLIQ
XİN: Ermənistanı atəşkəsə əməl etməyə, Azərbaycana qarşı təxribata son qoymağa çağırırıq
MN: "Ordumuzun cəbhənin şimal istiqamətində itki verərək geri çəkilməsi yalandır"
Hündürlüyü 10 metrə çatan sel yaşayış məntəqələrinə doğru gedir -
Almatıda kütləvi həbslər: saxlanılanların sayı 2,5 min nəfəri keçib
Ermənistanda generalın oğlu və daha 68 nəfər saxlanıldı
Saatlıda 21 şagird məktəbdən uzaqlaşdırılıb ? -
Nazirlikdə işləmək istəyənlərin nəzərinə! 435 iş yeri var — SİYAHI
Bakıda YPX əməkdaşı 12 yaşlı qızı ölümdən xilas etdi - VİDEO
“Keşlə” futbol klubu Şamaxıya köçür
DYP: Bu gecə Bakıda və bir sıra ərazilərdə postlar qurulacaq
Perinatal Mərkəzdə pul çıxarmağın başqa yolları da varmış - İTTİHAM
Azərbaycanda COVİD-19: daha 1 690 yeni yoluxma
Koronavirusdan ölən polis kapitanının yerinə TƏYİNAT - FOTO
{sape_links}{sape_article}