Son dəqiqə
15-10-2024, 18:40
170

BP-nin hasilat üzrə yeni baş vitse-prezidenti təyin edilib

BP-nin hasilat üzrə yeni baş vitse-prezidenti təyin edilib







Bu ilin dekabrın 2-dən BP şirkətin hasilat üzrə baş vitse-prezidenti vəzifəsinə Elxan Məmmədov təyin edilir.

Bu barədə “Report”a “BP-Azerbaijan” şirkətindən məlumat verilib.

Bildirilib ki, yeni vəzifəsində E. Məmmədov BP-nin apstrim seqmentində dünya üzrə bütün hasilat işlərinin idarə edilməsinə cavabdeh olacaq. O, hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezident Qordon Birrelin rəhbərliyi altında BP-nin London ofisində çalışacaq.

Hazırda E. Məmmədov BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə (AGT) regionunda hasilat üzrə vitse-prezidentidir. Bu vəzifədə E. Məmmədov son bir neçə ildir ki, AGT regionunda BP-nin bütün hasilat işlərinə rəhbərlik edir.

BP-nin AGT üzrə regional prezidenti Qəri Counz: “Elxan Məmmədov əməyin təhlükəsizliyinə olan xüsusi diqqəti, həmkarları, komandaları və bütün maraqlı tərəflərlə qurduğu əlaqələri və qazandığı etibara görə tanınan və yüksək hörmət edilən bir liderdir. Onun rəhbərliyi altında işçilər BP-nin Xəzər regionundakı dəniz və quruda yerləşən obyektlərində çox yüksək texniki təhlükəsizlik göstəriciləri və eləcə də dünya səviyyəli səmərəlilik və etibarlılıq nümayiş etdirməklə fəaliyyət göstəriblər. Bu ilin əvvəllərində E. Məmmədov BP-nin texnoloji baxımdan ən qabaqcıl platforması hesab edilən və “Azəri-Çıraq-Günəşli” yatağında BP-nin yeddinci platforması olan “Azəri Mərkəzi Şərqi” platformasının təhlükəsiz şəkildə işə salınmasına rəhbərlik edib. Fürsətdən istifadə edərək AGT regionu üçün gördüyü bütün işlərə görə Elxana təşəkkür edir və yeni yüksək vəzifəsində ona uğurlar diləyirəm.”

Qeyd edək ki, E. Məmmədov BP-də fəaliyyətinə 2001-ci ildə nəzarət-ölçü cihazları üzrə texnik vəzifəsi ilə başlayıb. Bundan əvvəl isə o, aviasiya sektorunda işləyib. BP-də E. Məmmədov quruda və dənizdə bir sıra yüksək vəzifələrdə, o cümlədən dəniz platforması meneceri və sahə əməliyyatları üzrə menecer vəzifələrində çalışıb. O, həmçinin AGT üzrə regional prezidentin biznes müşaviri vəzifəsində işləyib. Elxan nəhəng AÇG və “Şahdəniz” yataqları, dünyanın ən böyük quru terminallarından biri olan Səngəçal terminalı, habelə Azərbaycan, Gürcüstan və Türkiyə əraziləri boyunca uzanan neft və qaz ixrac boru kəmərləri də daxil olmaqla mürəkkəb əməliyyatları uğurla idarə etmək təcrübəsinə malikdir.

E. Məmmədov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin proseslərin avtomatlaşdırılması üzrə magistr dərəcəsi, Massaçusets Texnologiya İnsitutu (MIT) və London Biznes Məktəbinin bir sıra ixtisaslaşmalar üzrə diplomları var. O, Əməliyyatlar üzrə ən yüksək Pol Martins mükafatına layiq görülüb.

2014-cü ildə E. Məmmədov Azərbaycan Prezidenti tərəfindən ölkənin neft və qaz sənayesinin inkişafına verdiyi əhəmiyyətli töhfələrinə görə “Tərəqqi” medalı ilə təltif olunub.

Ailəlidir, üç övladı var.

Xebertv.info

Digər xəbərlər

Qaradağda koronavirusa qarşı mübarizə tədbirləri uğurla həyata keçirilir
Blinkenin ardınca Leyen də Əliyevə zəng etdi: Seçim…
Tağı Əhmədova qarşı 2 milyon manat dələduzluq edən şəxs yenidən hakim qarşısında
Məhkəmə icraçısı Vüqar Qasımov qərarları rüşvətlə icra edir ?- Arif Qasimovun qardaşı qanunları saymır ?
Rövşən Əhmədova yüksək vəzifə VERİLDİ
Paşinyan Qarabağla bağlı razılaşmanı imzalamasının səbəbini açıqladı
Teledərslərin sabaha olan cədvəli
Azərbaycanda təhsillə bağlı qərar verildi - RƏSMİ
Şəhriyar Məmmədyarov: "Teymur Rəcəbov İddiaçılar Turnirinə dəvət edilməlidir"
Ukraynalılara zorla Rusiya pasportu paylanılır -
Sertifikasiyadan keçməyən müəllimlərin nəzərinə: Yalnız bu halda müəllim işləyə bilərlər
Ziya Məmmədov 10 milyard pulu necə xərcləyib?
Azərbaycan niyə Olimpiadada qızıl medal qazana bilmədi? - SƏBƏBLƏR
Gecə saat 3-5 arası yuxudan ayılırsızsa....- Beyniniz sizə bunu demək istəyir
Gəncədə baş həkimin pul düşkünlüyü və ölümə sövq edilən xəstələr
Oyun dağılıb: Xəstə müalicə edilir -
Atası azərbaycanlı olan erməni nazirin Azərbaycandakı restoranı - VİDEO
Azərbaycan neftinin qiyməti 127 dolları ötdü
Bank nəhəngi Goldman Sachs da Rusiyanı tərk edir
Putin Azərbaycana gəlir
İyunun 21-i Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq
AMEA-da yeni şöbələr yaradılıb, təyinatlar olub
Azərbaycanda evi necə almaq olar? -
İlham Əliyev: "Ermənistan müharibəyə hazırlaşır"
Tayson təyyarədə sərnişini DÖYDÜ -
DİN-dən xaricə getmək istəyən şəxslərə XƏBƏRDARLIQ!
Bakıda bu qadın yeniyetmələri görün nəyə məcbur edir
169 milyon dollarla qaçdığı deyilən Əşrəf Qani danışdı: “Bir paltar və çəkələyimlə...” - VİDEO
Maskalar yırtıldı, oyun bitdi -
Rus əsgərlərinin cəsədləri ilə dolu avtomobil -