Son dəqiqə
21-09-2024, 12:04
367

Tikilən evlər narazılığa səbəb oldu: Qubadlıda nə baş verir?

Tikilən evlər narazılığa səbəb oldu: Qubadlıda nə baş verir?







Qubadlının Mahrızlı kəndində yeni evlər tikilir. Qayıdış üçün inşa edilən həmin evlər isə tam yerdəndir. İctimaiyyət haqlı olaraq bu cür tikilən evlərin az sonra ciddi problem yaradacağını bildirir. Bəs, işğaldan azad edilmiş ərazilərdəki təmir-tikinti, abadlıq işlərinə hansı formada nəzarət edilməlidir?

Mövzu ilə bağlı danışan Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlının fikrincə, Qubadlı rayonu əsasən dağlıq rayon olduğuna görə, həmin ərazilərdə evlərin tamamilə yerdən tikilməsi doğru deyil.

Onun sözlərinə görə, o evlər heç olmasa bir neçə daş hündürlüyündə tikilməli idi:

“Həmin ərazilərə yağıntı çox düşür, qış ayı qismən sərt keçir. Bu mənada vətəndaşlar haqlıdırlar. Eyni zamanda tək Qubadlıda deyil, ayrı-ayrı ərazilərdə, bölgələrdə də bununla bağlı müxtəlif narazılıqlara rast gəlinir. Biri evin keyfiyyətsiz inşa olunduğunu deyir, digəri qiymətdən narazıdır, bir başqası istifadə olunan tikinti materialının keyfiyyətindən şikayət edir və s. Təəssüf ki, olan narazılıqlar azalan xətlə deyil, artan xətlə davam edir. Hesab edirəm ki, prosesə ciddi nəzarət olunmalıdır. Düzü, yeni inşa olunan qəsəbə və kəndlərdə olmamışam. Orada olan evlərin keyfiyyəti ilə tanış deyiləm. Amma media və sosial şəbəkələrdə olan informasiyalara əsaslanaraq deyə bilərəm ki, həmin ərazilərdə müvafiq qurumlar tərəfindən aparılan tikinti və bərpa işlərinə nəzarət gücləndirilməlidir”.

R.Osmanlı deyib ki, indidən bu halların qarşısı alınmalıdır:

“Çünki 3-5 il sonra hansısa bir məmuru cəzalandırmaq problemin çıxış yolu olmayacaq. Məsələ ciddi şəkildə nəzarətə götürülməli, araşdırılmalı və lazımi tədbirlər görülməlidir. Hökumət böyük məbləğdə vəsait ayırır ki, həmin vəsait hesabına da çox mükəmməl işlər görmək olar. Bərpa işi birbaşa ölkə başçısının tapşırığı əsasında icra olunan məsələdir. Dövlət büdcəsindən də hər il bu işlərin görülməsi üçün böyük məbləğdə pul ayrılır. Ona görə də, bura ictimai nəzarəti təmin etmək, dövlət nəzarətini gücləndirmək lazımdır. Yəni bütövlükdə nəzarət güclü olmalıdır ki, həm şəffaflıq olsun, yeyinti və korrupsiya hallarına yol verilməsin, həm də evlər keyfiyyətli inşa olunsun ki, vətəndaşlar razı qalsınlar. Çox böyük işlər görülüb, əhəmiyyətli hadisələr baş verib, ölkəmizin suverenliyi, ərazi bütövlüyümüz bərpa olunub. Uzun illər sonra Azərbaycanın bütün əraziləri öz nəzarətimizdədir və orada artıq vətəndaşlarımız yaşamağa başlayıb. Bu günə kimi görülən işlərə kölgə salmayaq”./Globalinfo.az

Xebertv.info

Digər xəbərlər

Qaradağda koronavirusa qarşı mübarizə tədbirləri uğurla həyata keçirilir
Blinkenin ardınca Leyen də Əliyevə zəng etdi: Seçim…
Tağı Əhmədova qarşı 2 milyon manat dələduzluq edən şəxs yenidən hakim qarşısında
Məhkəmə icraçısı Vüqar Qasımov qərarları rüşvətlə icra edir ?- Arif Qasimovun qardaşı qanunları saymır ?
Rövşən Əhmədova yüksək vəzifə VERİLDİ
Paşinyan Qarabağla bağlı razılaşmanı imzalamasının səbəbini açıqladı
Teledərslərin sabaha olan cədvəli
Azərbaycanda təhsillə bağlı qərar verildi - RƏSMİ
Şəhriyar Məmmədyarov: "Teymur Rəcəbov İddiaçılar Turnirinə dəvət edilməlidir"
Ukraynalılara zorla Rusiya pasportu paylanılır -
Sertifikasiyadan keçməyən müəllimlərin nəzərinə: Yalnız bu halda müəllim işləyə bilərlər
Ziya Məmmədov 10 milyard pulu necə xərcləyib?
Azərbaycan niyə Olimpiadada qızıl medal qazana bilmədi? - SƏBƏBLƏR
Gecə saat 3-5 arası yuxudan ayılırsızsa....- Beyniniz sizə bunu demək istəyir
Gəncədə baş həkimin pul düşkünlüyü və ölümə sövq edilən xəstələr
Oyun dağılıb: Xəstə müalicə edilir -
Atası azərbaycanlı olan erməni nazirin Azərbaycandakı restoranı - VİDEO
Azərbaycan neftinin qiyməti 127 dolları ötdü
Bank nəhəngi Goldman Sachs da Rusiyanı tərk edir
Putin Azərbaycana gəlir
İyunun 21-i Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq
AMEA-da yeni şöbələr yaradılıb, təyinatlar olub
Azərbaycanda evi necə almaq olar? -
İlham Əliyev: "Ermənistan müharibəyə hazırlaşır"
Tayson təyyarədə sərnişini DÖYDÜ -
DİN-dən xaricə getmək istəyən şəxslərə XƏBƏRDARLIQ!
Bakıda bu qadın yeniyetmələri görün nəyə məcbur edir
169 milyon dollarla qaçdığı deyilən Əşrəf Qani danışdı: “Bir paltar və çəkələyimlə...” - VİDEO
Maskalar yırtıldı, oyun bitdi -
Rus əsgərlərinin cəsədləri ilə dolu avtomobil -