Son dəqiqə
5-10-2024, 11:17
239

Polkovnik-leytenant bilib pul verdilər, bərbər çıxdı

Polkovnik-leytenant bilib pul verdilər, bərbər çıxdı






Azərbaycanda bərbər özünü polkovnik-leytenant kimi təqdim edərək dələduzluq etməkdə ittiham olunur. Pravda.az qafqazinfo-ya istinadən xəbər verir ki, 41 yaşlı Samir Nəsibov 13 nəfərə yaxşı qazanc vəd edərək onları aldadıb.

Bu işin istintaqı Bakı Şəhər Baş Polis İdarəsində aparılıb. Təqsirləndirilən şəxs zərərçəkmişlərlə razılığa gələ bilmədiyi üçün sözügedən İdarənin müstəntiqinin vəsatəti əsasında həbs edilib.

Yasamalda bərbər işləyən Samir Nəsibov zərərçəkmişlərin hamısını eyni cür aldadıb. O, özünü nüfuzlu şəxs və doğulduğu Gəncə şəhərində etibarlı ticarət əlaqələri olan biri kimi tanıdıb. Zərərçəkmişlərə deyib ki, Bakıdan daha ucuz qiymətə mobil telefonlar və qızıl-zinət əşyalarını Gəncədə "əl krediti" formasında satacaq, nəticədə yaxşı qazanc əldə edəcəklər.

Ona inanıb pul verənlərin bəziləri bərbər işlədiyi salonun müştəriləri, bəziləri isə paytaxtda qızıl-zinət əşyaları satan ticarət mərkəzində işləyənlərdir.

Maraqlıdır ki, Samir öz sevgilisini və onun rəfiqəsini də aldadıb. Evlənmək üzrə olduğu qadına və rəfiqəsinə Müdafiə Nazirliyində yüksək vəzifədə çalışdığını, polkovnik-leytenant rütbəsi daşıdığını bildirib. Rəfiqələr istintaqda deyiblər ki, Samirin yaşadığı eve gediblər və otaqlarda hərbi formalar görüblər. Bundan sonra daha çox inam yaranıb. Nəticədə Samir sevgilisinin 25 min manatlıq, onun Moskva Univermağında işləyən rəfiqəsinin isə 36 min manatlıq qızılını ələ keçirib. Onlar istintaq vaxtı üzləşmədə Samirin əməllərini üzünə deyərək onu ifşa ediblər.

İttihamda yazılıb ki, iş üzrə 13 zərərçəkmişə ümumilikdə 500 min manata yaxın ziyan dəyib.

Xebertv.info

Digər xəbərlər

Beyləqandan qovulan deputatdan “ÜTÜLÜ” PAYLAŞIM – FOTO - VİDEO
Müəllim gördüyü mənzərədən ŞOKA düşdü- İlanlar.../FOTO
İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyinin Bakıda yeni inzibati binasının açılışında iştirak edib -
Ermənilərin alban məbədlərinə iddialarının əsas səbəbləri nədir?
Qadın paltarı geyinən kişidən – Qorxunc əməl
Qubad İbadoğlu bu maddə ilə ittiham olunur - Onu neçə il həbs gözləyir?
Fikrət Məmmədov deputatın qardaşına yüksək vəzifə verdi
Ölkəmizdə bir il ərzində 15-17 yaşlı qadınlar iki mindən çox uşaq dünyaya gətirib
Qubada yanğınları yeniyetmələr törədirmiş - Şübhə çəkməmək üçün...
Görənlər gözlərinə inanmır: Bu evin içərisində... VİDEO
Bakıda təhsil müəssisələrində dərslər sentyabrın 2-də başlayacaq
Merkeli kim əvəzləyəcək?
Bakıda kütləvi davada iki nəfər necə öldürülüb? - İTTİHAM AKTI
Ən çox söyülənlərdən biri Tərtərin  icra başçısıdır...
Azərbaycan Uruqvaya nota verdi
Əhəd Abıyev, sən haranısa təmənnasız kiməsə verərsən ?- Böyrək yaman şeydir, yoldaş Abıyev
İlham Əliyev Sərəncam imzaladı
Ermənilərin qərargah rəisi və tabor komandirinin müavini məhv edildi
Tarixçi alimin məhkəməsinə 38 şahidin məcburi gətirilməsi qərarı verilib
Rusiya hökuməti bir aya istefa verəcək
İlk bu şəxslərə peyvənd vurulacaq
Dünya bazarında neft qiymətləri
“Aztelekom”un sədri vəzifəsindən azad edilib? - AÇIQLAMA
“Səhərdən axşama günün altında işləməkdən rəngimiz qara qarğanın rəngindən seçilmir...”
Övlad itkisi dəhşətdir - Qənirə Paşayevanın anası ilə MÜSAHİBƏ
Röya: Oğlumun bu hərəkətinə görə üzr istəyirəm
Bakıda oğlunu və gəlinini baltalayan kişi tutuldu
Azərbaycanda ən varlı bələdiyyələr (SİYAHI)
Tağı Əhmədovun oğlunun biznesi üzə çıxdı - kağız və plastik qab istehsalı ilə məşğul olurmuş
Tramp hakimiyyətin Baydenə ötürülməsi ilə razılaşdı