Son dəqiqə
Sosial / Ölkə
29-12-2020, 16:29
6 535
Ölkəmizdə bir il ərzində 15-17 yaşlı qadınlar iki mindən çox uşaq dünyaya gətirib
Erkən yaşda evlilik halları dövlət qeydiyyatına alınmadığı üçün onların statistikası aparılmır. Lakin 15-17 yaşlı qadınlar tərəfindən doğulan uşaqların sayını əsas götürməklə təxminən uşaq nigahları ilə bağlı rəqəmləri müəyyən etmək mümkündür.
Bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2019-cu il üzrə illik məlumatında qeyd edilib.
Bildirilib ki, statistikaya görə, 2011-ci ildə belə qadınlar tərəfindən doğulan uşaqların sayı 4 392 idisə, 2019-cu ildə bu rəqəm 2 320 olub. Bu isə rəqəmlərin iki dəfə azalması deməkdir.
Qeyd edək ki, Azərbaycanda ilk dəfə hazırlanan hesabat Milli Məclisin sabah keçiriləcək iclasında dinləniləcək.
XeberTv.info