Son dəqiqə
16-09-2024, 20:03
267

COP29 zamanı Bakıda qapanma OLMAYACAQ

COP29 zamanı Bakıda qapanma OLMAYACAQ






Xəbər verildiyi kimi noyabr ayında Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. Tədbirlə bağlı Azərbaycana 40 minə yaxın turistin gəlməsi gözlənilir. Tədbirin keçirildiyi 12 gün müddətində paytaxtın küçə və yollarında sıxlığın yaranmaması üçün müəyyən məhdudiyyətlər nəzərdə tutulub. Artıq həmin ərəfədə təhsilin onlayn formada təşkili ilə bağlı qərar qəbul edilib.

Həmçinin, Nazirlər Kabineti dövlət orqanlarına dövlət qurumlarında iş rejiminin dəyişdirilməsi ilə bağlı tapşırıq verib.

Dövlət orqanlarında işləyənlərin 70 faizinin məsafədən işləməsi nəzərdə tutulub.

Bununla yanaşı son günlər sosial şəbəkələrdə və vətəndaşlar arasında pandemiya tədbirlərinə bənzər qapanma rejiminin tətbiq ediləcəyinə dair məlumatlar yayılır. İddialara görə nəinki dövlət və özəl müəssisələrdə, eləcə də Bakının nəqliyyat, iaşə və digər sosial infrastruktur sahələrində COP29 ərəfəsində iş dayanacaq.

Maraqlıdır, bu məzmunda məlumatların həqiqət payı nə qədərdir?

Məlumata görə COP29-la bağlı ölkədə hər hansı qapanma olmayacaq.

İnsanlar öz işlərinə hər zamanki kimi rahat şəkildə davam edəcəklər. Sadəcə olaraq tədbirlə bağlı ölkəyə 40 min qonağın gəlməsi, noyabrın 13 və 14-də isə xarici dövlət başçılarının səfəri zamanı təhlükəsizlik məqsədilə bəzi yollarda məhdudiyyətlərin olacağı labüddür.

Məntiqlə təhsil müəssisələrinin məsafədən fəaliyyətinə dair verilən qərar şagird, tələbə və valideynlərin rahatlığı nəzərə alınaraq onların təhlükəsizliyi və tıxaca düşməmələri üçün hesablanmış addımdır.

Bir sözlə COP 29 ərəfəsində paytaxtın sıxlıqdan əziyyət çəkməməsi, 40 min nəfər qonağı qarşılamaq üçün şəhərin bəzi küçə və yollarında hərəkətin məhdudlaşdırılacağı bildirilsə də, dövlət və özəl müəssisələrdə fəaliyyət eyni qaydada davam etdiriləcək. Bizim.Media

Xebertv.info

Digər xəbərlər

Azərbaycanda azyaşlının çılpaq şəkillərini yayan şəxs tutuldu - RƏSMİ
Günün qoroskopu -08.12.2019
Yevlaxda büdcə pullarına DÜŞMƏN MÜNASİBƏT... - Pulumuz belə çoxdursa, paylayın, camaata...-
Ramin Bayramlı pandemiyada 70 milyon manat qazanıb? - YENİ FAKTLAR
Siyəzəndə 6 saylı Litsey qəzalı vəziyyətdədir - VİDEO
Türkiyəli müşahidəçilər bir neçə gün ərzində Azərbaycana gələcək
Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı Bəyannaməsi qəbul edilib
ANAMA: Tovuz və Qazaxda 14 əməliyyat keçirilib
Əfqanıstanda növbəti terror: Çox sayda hərbçi həlak oldu
Ukrayna Belarusla bütün əlaqələri dayandırıb
Bəzi summativ qiymətləndirmələr ləğv oluna bilər - Emin Əmrullayev
NAZİR MÜAVİNİNİN ATASININ PULU OĞURLANDI, SƏRT İTTİHAMLAR İRƏLİ SÜRDÜ: "Azərbaycanda ən kriminal yer..."
İlham Əliyev Estoniya parlamentinin sədrini qəbul etdi
Bakıda iki bacını avtomobil vurdu
Tahir Mirkişili: "Prezidentimizin verdiyi tövsiyələr parlamentin fəaliyyətində rəhbər tutulub
Məhkəmə Masallının baş həkimi barədə qərar verdi
Nazirlik direktorun tələbəni təhqir etməsi ilə bağlı HƏRƏKƏTƏ KEÇDİ
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda OYUNBAZLIQLAR...
Vəzifəli şəxsdən pul alarkən tutuldular - Restoranda əməliyyat
Pakistan Hindistana aid PUA-nı vurdu
Daha bir tender — Deputata məxsus olduğu deyilən şirkət bu il 4,2 milyonluq sifariş alıb
AZƏRBAYCAN POLİSİ VİDEO
Nikol Paşinyan: “30 ildir özümüzü aldatmışıq, Qarabağın Azərbaycana aid olması ilə barışmalıyıq...”
Dünyada neft qiymətləri
Hövsanda azyaşlını vuraraq hadisə yerindən qaçan moped sürücüsü saxlanılıb -
"Tarqovıy"da növbəti biabırçılıq: Qız ərəblərə yaxınlaşır... - video
"Misir Mərdanovun adamı saxlanılsa da kimsəyə "gözün üstündə qaşın var" deyən olmadı"
ABŞ və Rusiya qarşıdurması: Ukraynadan Qafqaza, Suriyadan Nigerədək –
Baş nazir Azərbaycanda tədrisin əyani formada təşkili ilə bağlı qərar imzalayıb
Xoşqədəm Hidayətqızının adından yarım milyonluq dələduzluq edənin cəzası azaldıldı -