Son dəqiqə
Siyasət / Manset
26-11-2021, 12:08
546
Nikol Paşinyan: “30 ildir özümüzü aldatmışıq, Qarabağın Azərbaycana aid olması ilə barışmalıyıq...”
XəbərTv.info Ermənistanda nəşr olunan “Hraparak” qəzetinə istinadən bildirir ki, iki gün əvvəl baş nazir Nikol Paşinyan Zəngəzur vilayətinin yerli icma rəhbərləri ilə görüşü zamanı nəinki Azərbaycanla Naxçıvan arasında gediş-gəliş üçün yolun ayrılmalı olduğunu deyib, eyni zamanda Qarabağa dair sensasion bəyanatla çıxış edib.
“Bizim mənbələrimiz bildirirlər ki, o Qarabağın Azərbaycana aid olduğu fikri ilə barışmağa çağırıb, deyib ki, sadəcə olaraq 30 il biz özümüzü aldatmışıq və sonda nə olmalıydısa o da olub”, - qəzet yazır.
Qəzet bu məlumatla bağlı bir neçə icma rəhbəri ilə əlaqə saxlamağa çalışıb, Tatev icmasının rəhbəri və Gorusun vitse-meri sualı eşidən kimi dəstəyi asıblar. Bildirilir ki, Paşinyan icma rəhbərlərinə Azərbaycana Naxçıvana gedib-gəlmək üçün yol verilməli olduğunu da deyib. Bildirib ki, Ermənistan yolun açılmasını bloklaya bilməz, çünki Azərbaycan buna güc yolu ilə nail olmağa çalışır, Ermənistanın isə qarşıdurma üçün resursu yoxdur.