Son dəqiqə
Aktual / Manset
19-09-2024, 12:34
258
Ermənilər Başkənddən imtina etdilər
1992-ci ildə Azərbaycan Ordusu tərəfindən erməni işğalçılarından təmizlənən Gədəbəyin Başkənd kəndi ətrafında müzakirələr yenidən gündəmə gəlib.
Erməni mediası bununla bağlı yeni bir iddia ilə çıxış ediblər.
Həmin iddialara görə, rəsmi İrəvan Başkənd kəndinin geri qaytarılması prosesindən imtina edib. Oragir.News saytı etibar etdiyi məlumata istinadən yazıb ki, Ermənistanın baş naziri Nikol Paşinyan Başkənd kəndini Azərbaycana bağışlamağa hazırlaşır.
“Bununla əlaqədar Ermənistanın əmək və əhalinin sosial müdafiəsi naziri Qnel Sanosyan və beynəlxalq hüquq məsələləri üzrə nümayəndə Yeqişe Kirakosyan Paşinyanın arzusunu Başkənd əhalisinə çatdırıb. Onları inandırıblar ki, Başkəndin Azərbaycanda qalması daha əhəmiyyətlidir”.
Xebertv.info