Son dəqiqə
25-11-2020, 11:00
6 214

LƏNKƏRAN ŞƏHƏRİ İQTİSADİ İNKİŞAFIN YENİ YÜKSƏLİŞ DÖVRÜNÜ YAŞAYIR

  LƏNKƏRAN ŞƏHƏRİ İQTİSADİ İNKİŞAFIN  YENİ YÜKSƏLİŞ DÖVRÜNÜ YAŞAYIR


Respublikamızın hər bir guşəsi kimi, bu gün Lənkəran şəhəri də özünün yeni yüksəliş dövrünü yaşamaqdadır. Ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində güclü istehsal potensialını və zəngin infrastrukturunu formalaşdılmış bu şəhərdə, son illər Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində böyük uğurlar əldə olunmuş, rayonun infrastrukturu daha da müasirləşmişdir. Bütün bunlar Lənkəranın ictimai-siyasi həyatında geniş vüsət almış yeni yüksəliş dövrünün tam təsdiqidir. Şəhər sakinləri cənab İlham Əliyevin rəhbərliyi altında qazanılan uğurların bəhrəsini gündəlik hiss edir, ölkədəki ümumi yüksəliş və tərəqqi xəttini lazımınca dəstəkləyirlər.

Fakt budur ki, hazırda Lənkəran şəhəri ölkəmizin diqqəti cəlb edən guşələrindən biridir. Bu şəhərə aid ətraf ərazilərin sıx ormanları göz oxşayan bağları, gözəlliyi ilə diqqəti cəlb edən mənzərəli əraziləri və s. haqda nə qədər danışsaq da, sanki Lənkəranın şəninə söz çatmaz. Şəhər əhalisinin qonaqpərvərliyinə, səmimiyyətinə, hər kəsə qarşı həssas münasibət bəsləmələrinə və atdıqları digər addımlarının varlığına görə, sanki hər kəsdə bir sevgi, xüsusi bir yanaşma hissi mövcuddur. Ümumiyyətlə, Lənkəran şəhəri də daxil olmaqla Azərbaycan xalqının qonaqpərvərliyindən harda tapılar?!... Bəli, bu gün Azərbaycanın iqtisadi qüdrətinin ildən-ilə yüksəlməsində, həyata keçirilən möhtəşəm quruculuq işlərinin geniş vüsət almasında hər zaman bu şəhərin xüsusi rolu olub. Onu da unutmaq olmaz ki, Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı hörmətli Taleh Qaraşov fəalların, icra aparatı əməkdaşlarının və digər şəxslərin iştirakı ilə keçirdiyi görüşlərdə dəfələrlə vurğulayıb ki, Lənkəran da daxil olmaqla ölkəmizin bütün regionlarında əldə olunan iqtisadi yüksəliş, əsası ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən olunmuş uzaqgörən siyasətin və cənab İlham Əliyevin uğurla atdığı addımların nəticəsində əldə olunmaqdadır. O halın varlığını da qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2012-ci il tarixli Sərəncamı ilə Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunan Taleh Qaraşov, ötən illər ərzində bu şəhərin tarixində silinməz izlər buraxıb.

Yəqin hər kəsə bəllidir ki, Lənkəran ŞİH-nin başçısı heç də sıradan bir şəxs deyil. O, idarəçilik sahəsində kifayət qədər zəngin həyat yolu keçən, təmiz əqidəsi və başlıca amalı ilə ulu öndər Heydər Əliyev siyasətini lazımınca müdafiə edən, ölkə rəhbəri cənab İlham Əliyevin ümumilli maraqlarımızın təmin olunması yöndə etdiyi hər bir çağırışa yüksək səviyyədə dəstək verən vəzifə sahibidir. Onun həyat və fəaliyyəti haqda az-çox məlumatlı olanlar bilirlər ki, Taleh müəllim əqidəsindən dönməyən, atdığı addımları ilə özünün mərd, kişiyanə mövqeyini ifadə etməyi bacaran vəzifə sahibidir.

Qeyd edək ki, Taleh Qaraşov 20 may 1959-cu ildə Kürdəmir rayonunun Pirəköçə kəndində anadan olmuş və 1981-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti), 1987-ci ildə Bakı Politologiya və Sosial İdarəetmə İnstitutunda (indiki Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) ali təhsil almışdır. Bu şəxsin ixtisası inşaatçı-mühəndis və politoloqdur. O, 1981–1982-ci illərdə Kürdəmir rayonundakı 4 saylı "Şirvanmeliosutikinti" trestində mühəndis, 1982–1983-cü illərdə Kürdəmir KP rayon Komitəsində təlimatçı, 1983–1986-cı illərdə Kürdəmir rayon Komsomol Komitəsinin birinci katibi, 1986–1991-ci illərdə Azərbaycan KP Kürdəmir rayon Komitəsində şöbə müdiri, 1991–1996-cı illərdə Kürdəmir rayon İcra Hakimiyyəti başçısının müavini, 1996–2002-ci illərdə Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı, 2002–2006-cı illərdə Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı, 2006–2011-ci illərdə Neftçala rayon İcra Hakimiyyətinin başçısı, 2011–2012-ci illərdə isə, Astara rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.

Xüsusi vurğulamaq yerinə düşər ki, Taleh Qaraşov xalq tərəfindən ən çox sevilən icra başçılarındandır. Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə o, 2019-cu ildə Prezident İlham Əliyev tərəfindən 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur. Hazırda Yeni Azərbaycan Partiyasının (YAP-nın) üzvüdür.

Bəli, bütün bunlar onu sübut edir ki, Lənkəran ŞİH-nin başçısı həm elmli, həm də idarəçilik sahəsində lazımi səviyyədə təcrübəsi olan bir şəxsdir. Bütün bunların nəticəsidir ki, hal-hazırda bu şəhər özünün yeni inkişaf dövrünü yaşamaqdadır. Taleh Qaraşov icra başçısı olaraq hər zaman ümummilli lider, mərhum prezidentimiz Heydər Əliyevin dahiliyi, siyasi idarəçilik təcrübəsi, möhkəm iradəsi və çağdaş mənada dövlətçiliyin təməl prinsiplərinə dərindən bələd olması, siyasi fəaliyyəti boyu belə bir prinsiplərə istinad etməsi, bir fenomen şəxsiyyət olaraq uzaqgörənliyi, müdrikliyi, ən ağır vəziyyətlərdə doğru qərar qəbul etmək bacarığı haqda hər zaman söhbət salar və onun əziz və işıqlı xatirəsinin, daim xalqının qəlbində əbədi yaşayacağını da xüsusi vurğulayar. Yada salaq ki, ŞİH-nin başçısı çıxışlarında bir məqamı da xüsusi vurğulayır ki, 15 iyun günü müstəqillik tariximizə “Milli Qurtuluş günü” kimi daxil olub. Bu qurtuluşda dövlətçiliyimizin gələcək mövcudluğunun təməldaşı qoyuldu. Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində, Azərbaycan dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən birdəfəlik qurtuldu. Onun xilaskarlıq missiyası sayəsində Azərbaycan dünyanın bir çox regionlarına nisbətən daha da inkişaf etdi və ötən illər ərzində yeni proqramların icrasına, infrastruk layihələrinin reallaşmasına, insanların sosial-rifah halının yüksəlməsinə, bütövlükdə dövlətimizin gündən-günə çiçəklənməsinə geniş imkanlar açıldı. Görülən işlər, hal-hazırda möhtərəm prezidentimiz İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində öz bəhrəsini verməkdədir.

Son üç-dörd ildə Lənkəran şəhərində də yeni istehsal sahələrinin, bir çox müəssisələrin və s. fəaliyyətə başlaması onu göstərir ki, bu şəhər həm ildən-ilə inkişaf edir, həm də yeni-yeni zirvələrə qovuşur. Bəli, hazırda şəhərin bir çox ərazilərində yenidənqurma, təmir və bərpa işləri geniş vüsət alıb və mərkəzi ərazilərdə yenidənqurma işləri davam etdirilirir. Şəhərin ayrı-ayrı kəndlərində, qəsəbələrində illər uzunu mövcud olmuş mavi qaz problemi, su təchizatı və digər təminolunmalar artıq öz həllini tapıb. Şəhər sakinləri iddia edirlər ki, Taleh müəllimin təyinatı Lənkəranı tamamilə yeniləşdirib. Belə bir səbəblər üzündəndir ki, bu gün şəhər ərazisində hər kəs ŞİH-nin başçısına hörmətlə yanaşıb, öz ehtiramlarını bildirirlər. Əlbəttə, belə bir yanaşma hər bir vəzifə sahibinə nəsib olmur. Adətən dünya malında gözü olmayan, xalqına, dövlətinə bağlı olmağı hər şeydən uca tutan Taleh müəllim, bu gün belə bir iradəyə malik olduğunu əməli addımları ilə sübuta yetirir.

Bəli, hazırda Lənkəranın dəyişən siması hər kəsdə fərəh hissi oyadır, insanları sevindirir. Bütün bunlar gəlişi xoş sözlər deyil, əsl həqiqətlərdir ki, biz bunları həm görürük, həm də eşidirik. Bir həqiqəti də qeyd edək ki, Taleh Qaraşovun şəhər rəhbərliyinə təyinatı, sanki zamanın tələbi idi. Adicə on-oniki il bundan əvvəlki Lənkəranın ümumi görünüşünü göz önünə gətirmək kifayət edər ki, sadaladıqlarımızı tam şəkildə təsdiq edə bilək. Şəhər ərazisində əldə olunan çoxsaylı uğurların, sayı-hesabı bilinməyən naliyyətlərin varlığına baxmayaraq, son vaxtlar bəzi üzdəniraq “yazarlar” Lənkəran ŞİH-nin başçısına qarşı ara-sıra “qara yaxmaq”la, şər-böhtan atmaqla məşğul olurlar. Bəzən belə bir yanaşmaların varlığına təbii baxmaq lazım gəlir. Çünki eşitdiyimiz məlumatlara görə, həmin “yazarlar”ın nəinki görmə, hətta eşitmə qabiliyyətlərində müəyyən problemlər əmələ gəldiyindən, onlar “ağa qara, qaraya ağ” deyirlər. Bunlar da, adı çəkilən vəzifə sahibinə heç cür şamil olunmayan yanaşmalardır.

Son olaraq onu qeyd etmək istəyirik ki, bu gün Lənkəranın gözəlləşməsi, yeniləşməsi icra hakimiyyətinin başçısı Taleh Qaraşovun rəhbərliyi altında əldə olunan uğurların təsdiqidir. Bəli, tam haqlı olaraq qeyd edə bilərik ki, başlıca amalı xalqına, dövlətinə xidmət etmək olan şəhər rəhbərliyinin səriştəli idarəçiliyi, məhz bugünkü tariximizin silinməz izlərindəndir.

Hazırladı: Rafael Şekixanov

XeberTv.info

Digər xəbərlər

“Yüz min manatdan çox olan pullar vergiyə cəlb edilməlidir” – Millət vəkili
Evinə gələn müdirini arvadına qısqandı, öldürdü -
Adı 100 milyonluq rüşvət işində hallanan Ziya Məmmədov Ucardan Bakıya çağırılıb
“Neftçi” “Qalatasaray”a qarşı - Start heyətlər
Parkda görüntüləri yayılan cütlük sərxoş vəziyyətdə imiş - VIDEO
Bu gün Soçidə üçtərəfli görüş keçiriləcək
Vilayət Eyvazov rəisi yeni vəzifəyə
Belarusda referendum keçiriləcək, ölüm cəzasının olub-olmamasına səs veriləcək
Türkiyədə koronavirus xəstəxanasında baş verən yanğın nəticəsində 12 nəfər həlak oldu
Suraxanı Rayon Prokurorluğunun əməkdaşları təltif olundu - Fotolar
Mikrofonun açıq qaldığını unudan sədr müavini deputatı təhqir etdi - VİDEO
Almaniya səfiri "Azərsu"nu şəffaflığa çağırır
Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər keçirilib, 25 Nepal vətəndaşı saxlanılıb -
Acunun klubu “Fənərbaxça”ya məğlub oldu
Naxçıvanda yenidən zəlzələ oldu
Narkotik satışı ilə məşğul olan və silahlı şəxslərə qarşı əməliyyat keçirilib -
Gecə ən aşağı temperatur bu bölgədə olub
56 günlük ödənişli yay məzuniyyəti qüvvədə qalırmı?
Prezident yarımstansiyanı işə saldı
İcra hakimiyyəti tanınmış vəkilin pulunu ödəmir
Bakı üzrə pensiyaların ödənilmə vaxtı AÇIQLAND
Türkiyədə səkkiz min adamın iştirakı ilə nəhəng iftar süfrəsi açılıb -
“Putinlə “İsgəndər-M”lə bağlı məsələni müzakirə etmişik”
İstanbulda orta məktəbdə partlayış-Yaralı var
Evdən çıxan iki koronavirus xəstəsi vəfat edib
Gülbəniz Əzimzadənin doğum günüdür.
Azərbaycanda peyvənd olunanların sayı açıqlandı
Gəlin qaynanasından belə İNTİQAM ALDI - Dəhşətli PLAN
Prezident "Facebook"da Heydər Əliyevə həsr edilmiş videoçarx PAYLAŞDI - VİDEO
Gəncə sakinləri yol problemindən əziyyət çəkirlər -
{sape_links}{sape_article}