Son dəqiqə
29-04-2024, 21:16
172

Evli qadın "Vasmoy" bazarında paltar satıcısına nömrə verdi - Əri yataqda alt paltarından tanıdı / VİDEO

Evli qadın "Vasmoy" bazarında paltar satıcısına nömrə verdi - Əri yataqda alt paltarından tanıdı / VİDEO
Bakının Nizami rayonunda 1987-ci il təvəllüdlü Vüqar qısqanclıq zəminində həyat yoldaşı Fəridəyə xəsarət yetirib.

Vüqar Fəridə ilə ona xəyanət etdiyini iddia edərək, mübahisə edib və masanın üzərindən götürdüyü bıçaqla ona xəsarət yetirib.

O, ifadəsində hadisənin necə baş verməsi haqqında danışıb.

Vüqar deyib ki, növbəti vaxtlarda Fəridə gecələr ondan uzaq durmağa çalışıb: "Onun bu hərəkətləri məndə şübhələr yaratdı, ancaq xəyanət etdiyini düşünmədim.

Hadisədən təxminən 1 ay əvvəl Fəridə həyətdə olan qadınlarla oturduğu vaxt kənardan qara rəngli "Mersedes" markalı avtomobilin yüksək səsli musiqi ilə onların yanından keçdiyini gördüm. Avtomobili idarə edən şəxsin Fəridəyə görə gəldiyini düşündüm. Fəridəni kənara çağırdım, yanındakı qadınların hamısının yaşda böyük olduğunu və həmin avtomobilin ona görə gəlib keçdiyini dedim. Fəridə isə etiraz edərək belə halın olmadığını bildirdi".

"Təsadüf olduğunu düşündüm"

Vüqarın ifadəsinə görə, həyətə düşdükdə Fəridənin də həyətdə olduğu vaxtlarda həmin avtomobilin həyətin qarşısına gəldiyini görüb: "Bu səbəbdən aramızda mübahisələr yarandı. Dəfələrlə Fəridəyə mənimlə yaşamaq istəmirsə, çıxıb getməyi məsləhət bildim. O isə mənim yalandan qısqandığımı bildirdi.

Fəridə ilə birlikdə "Xalqlar Dostluğu" parkına gedən zaman həmin avtomobilin yenidən yanımızdan keçdiyini gördüm. Lakin bunun təsadüf olduğunu düşündüm. Ona görə də avtomobili idarə edən şəxsə heç nə demədim.

Həmçinin başa düşdüm ki, biz evdən çıxdıqdan sonra Fəridə həmin şəxsə zəng edərək hara getdiyimizi bildirib.

Səs yazısında uşaqların evə başqa uşaqlar çağıraraq evdə olan quşla oynamalarını, bir qədər sonra Fəridənin evə rəfiqələri ilə birlikdə qayıtmasını, sonradan yenidən evdən getməsini, yenə qayıdaraq həmin şəxslə telefonla danışmasını, "sən rahatlaşdın, vayfayın kodu dəyişib, indi mən nə edim?" deməsini eşitdim. Həmin vaxt artıq pis vəziyyətə düşdüm. Hər dəfə Fəridənin həmin şəxsə zəng etdiyini başa düşdüm.

Növbəti gün axşam vaxtı uşaqlarla birlikdə yenə də həyətə düşdükdə, Fəridənin yenidən harasa getdiyini, 1-2 saatdan sonra evə qayıtdığını gördüm".

Daha ətraflı video-materialda:



Xebertv.info

Digər xəbərlər

Saatlıya İcra başçısı təyin olunan Elmir Bağırov kimdir? - DOSYE
Bu şəxslər də güzəştli ipoteka krediti ala biləcəklər
Musa Qurbanlıya Avropadan sürpriz təklif
QOŞQAR TƏHMƏZLİ ƏHALİYƏ ZAY MƏHSUL YEDİRİR, OBYEKTLƏRƏ İSƏ…
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Biləsuvarın icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM
Şoyqu və Lavrov İrəvana gəldi
Gəncədə koronavirusdan ölmüş 12 nəfərin meyitinin dəyişik düşməsi ilə bağlı AÇIQLAMA
Nazir bağçalarla bağlı məsələyə aydınlıq gətirdi
Prezident 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib –
Vüqar Biləcəri vəfat etdi
Bakıda məhkumun ayağına taxılmış bilərziyi oğurlayıb pul tələb edənlər saxlanıldı
Ölkədə rəsmi çalışan işçilərin sayı açıqlanıb
Əhaliyə vacib xəbərdarlıq
Nazir Ramiz Mehdiyevin qardaşı oğluna yeni vəzifə verdi
Mingəçevirdə “Kalaşnikov”la gəzən şəxs tutuldu
Müdafiə Nazirliyindən deputatın Paşinyanın arvadının əsir götürülməsi ilə bağlı fikirinə CAVAB
Azərbaycanlıların soyqırımı qurbanları Şuşada anılıb - VİDEO
Çində "Arşın mal alan” operettası təqdim olunub -
"BakuBus"da dezinfeksiya kabinası quraşdırılıb
Şahbaz Quliyevin anası vəfat etdi
ADY zəlzələdən sonra yoxlamaya başladı, qatarların qrafikində kənaraçıxmalar ola bilər
Özünü polis kimi təqdim edib rüşvət alan şəxs ələ keçdi
Bərdədə bir subartezian quyusunun yenidən qazılmasına 28 000 xərclənəcək
Neftçalada ŞÜBHƏLİ ANLAŞMA...
Rövşən Əkbərovdan general rütbəsi niyə alınmadı? - Baş prokuror açıqladı
Ramiz Mehdiyevdən cavab...
Pakistanda atışma zamanı azı 11 nəfər həlak olub, yaralılar var
“Sədərək” yanğından sonra - VİDEO
Türkiyə ilk uçan avtomobilini təqdim etdi - VİDEO
{sape_links}{sape_article}