Son dəqiqə
Dünya
3-06-2021, 20:59
2350
Mikrofonun açıq qaldığını unudan sədr müavini deputatı təhqir etdi - VİDEO
Ermənistan parlamenti sədrinin müavini Lena Nazaryan mikrofonu söndürməyi unudaraq müxalifətdən olan deputat Taqui Tovmasyanı “axmaq” adlandırıb.
XəbərTv.info xəbər verir ki, Tovmasyanbu gün parlamentdəki çıxışında Ermənistan hərbçilərinin cəsədlərinin təhqir edilməsinə və onların saxlanılmasına görə hökuməti tənqid edib. Onun çıxışından sonra Lena Nazaryan sakit, ancaq hamının aydın baş düşəcəyi və eşidə biləcəyi səslə mikrofunu söndürməyərək deputatın ünvanına “axmaq” deyib.
Tovmasyan sədr müavinindən üzr istəməyi tələb edərək onu hədələyib: “Əks halda mən daha sərt davranacağam”.
Ancaq Lena Nazaryan üzr istəməyib.