Son dəqiqə
10-12-2020, 15:53
8 327

Paradda qoşun növlərinə onlar rəhbərlik etdi

Paradda qoşun növlərinə onlar rəhbərlik etdi


Bu gün Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradına Azərbaycan Ordusunun qoşun növlərinin bayraqları da gətirilib.

Vətən Müharibəsi Qəhrəmanı general-mayor Zaur Məmmədovun başçılıq etdiyi döyüş bayraqdarları qrupu Böyük Qələbənin qazanılmasında müstəsna xidmətləri olan hərbi hissələrin döyüş bayraqlarını Azadlıq meydanına gətirib.

Sonra Vətən müharibəsində müqəddəs döyüşlərdə əsl qəhrəmanlıq, şücaət, rəşadət və yüksək peşəkarlıq nümunələri göstərərək xalqımıza Böyük Qələbənin sevincini yaşadan Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin hərbi qulluqçuları tribunanın önündən keçdilər. Üç kolondan ibarət parad heyətinə Xüsusi Təyinatlı Qüvvələrin komandanı, Vətən Müharibəsi Qəhrəmanı general-leytenant Hikmət Mirzəyev başçılıq edib.

Paradda qoşun növlərinə onlar rəhbərlik etdi


Ardınca Hərbi Dəniz Qüvvələrinin dəniz piyadaları birinci dərəcəli kapitan Zaur Quliyevin başçılığı ilə tribuna önündən keçiblər.

Sonra Xarici Kəşfiyyat Xidmətinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət parad heyətləri tribunanın önündən addımladılar. Dövlət Təhlükəsizliyi Xidmətinin parad heyətinə general-mayor Rövşən Muxtarov başçılıq edib.

Daha sonra polkovnik Səid İsayevin başçılığı ilə Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları, polkovnik Taleh Məşədiyevin rəhbərliyi ilə Birinci Ordu Korpusunun döyüşçüləri, polkovnik Nemət Müseyibovun başçılığı ilə İkinci Ordu Korpusunun, polkovnik-leytenant Kamran Ağabalayevin rəhbərliyi ilə Üçüncü Ordu Korpusunun, polkovnik İlham Məmmədovun başçılığı ilə Dördüncü Ordu Korpusunun və polkovnik-leytenant Dəyanət Müslümovun rəhbərliyi ilə Altıncı Ordu Korpusunun hərbi qulluqçuları tribuna önündən keçiblər.

Raket və Artilleriya Qoşunlarının hərbi qulluqçuları da tribuna önündən mətin addımlarla irəlilədilər. Parad heyətinə polkovnik İsmixan Məmmədov başçılıq edib.

Zəfər paradında qardaş Türkiyə Respublikası Silahlı Qüvvələrini təmsil edən hərbi qulluqçular minbaşı Harun Ergenin rəhbərliyi ilə tribuna önündən keçdilər.

Paradda qoşun növlərinə onlar rəhbərlik etdi


Dövlət Sərhəd Xidmətinin parad heyətləri general-mayor Rəsul Tağıyevin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının parad heyəti general-mayor İnqilab Muradovun, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Milli Qvardiyasının hərbi qulluqçularından ibarət parad heyəti isə mayor Eldar Quliyevin rəhbərliyi ilə mətin addımlarla Azadlıq meydanına daxil olublar.

Sonra general-mayor Füzuli Salahovun rəhbərliyi ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin parad heyəti, general-mayor Bəkir Orucovun başçılığı ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursant və zabitlərinin keçidi olub.

Naxçıvan Muxtar Respublikasındakı Heydər Əliyev adına Hərbi Liseyin kursantları ilk dəfə olaraq Azadlıq meydanında keçirilən paradda iştirak edirdilər. Parad heyəti general-mayor Məhəmməd Həsənovun başçılığı ilə tribuna önündən keçiblər.

Vətən müharibəsində Böyük Qələbəyə həsr olunmuş Zəfər paradını Əməkdar incəsənət xadimi polkovnik-leytenant Rüfət Axundzadənin dirijorluğu ilə birləşmiş hərbi orkestr müşayiət edirdi.

XeberTv.info

Digər xəbərlər

İsrail Prezidentinin Türkiyəyə gəldiyi təyyarədə diqqət çəkən detallar
Şəmkirdə karantin rejimini pozaraq qəza törədən şəxslər həbs edilib
Prezindet: "Biz informasiya müharibəsində qələbə qazandıq"
Qəhvə diabetdən qoruyur
Paradda qoşun növlərinə onlar rəhbərlik etdi
Təhsil Nazirliyi sosial şəbəkələrdə yayılan iddialara aydınlıq gətirdi - FOTO
Azərbaycan Həkimləri Birliyi bəyanat yaydı
Bütün pensiyalar bu tarixdə ödəniləcək -
Arutyunyan niyə “atdan” salınıb “eşşəyə” mindirilmir?!
Mayın 31-dək təhsil müəssisələrində iş rejimi müəyyənləşdi
LƏNKƏRAN ŞƏHƏRİ İQTİSADİ İNKİŞAFIN  YENİ YÜKSƏLİŞ DÖVRÜNÜ YAŞAYIR
Etibar Pirverdiyev HƏBS OLUNA BİLƏR
Elman Rüstəmov: “Bütün ərazilərimizdə Azərbaycan manatı işləyəcək”
Daşkəsəndə 69 yaşlı kişi itkin düşdü
“Prezidentin köməkçisi: "Ermənilər Xızı və Abşeron bölgəsinə raket atıb"
Yüksək bal toplayan şagird faciəvi şəkildə öldü
Hazırkı lider 5-ci dəfə prezident seçildi
Ermənistanla sərhədləri müəyyən edən xəritələr... - Video
Tramp hakimiyyətin Baydenə ötürülməsi ilə razılaşdı
“Artım” layihə məkanında Macarıstan istehsalı olan film göstəriləcək
Cəmil Əliyevin XƏRÇƏNG `LARYOK`U: Bəlanı Allah verir... `pul qıransa` odur... - Xəstəliyi də inhisara alıblar...
Düşmənin Ağdərədə yerləşən alaylarını silah-sursatla təmin edən anbar partladı
5.5 bal gücündə ZƏLZƏLƏ
Tərtər şəhəri və rayonun kəndləri atəşə tutulur
Azərbaycanda korona bitib? - Nazir
Rusiya MN: “Sülhməramlıların mühasirəyə alınması məlumatı doğru deyil”
Elman Rüstəmov yaxın adamını qalib etdi – Mərkəzi Bankın şübhəli tenderi
Nazirlər Kabinetindən əməkhaqları ilə bağlı QƏRAR
İlham Əliyev Sumqayıtda yeni estakada nasos stansiyasının açılışında - FOTO
Çiyələkdəki böyük təhlükə - XƏBƏRDARLIQ