Son dəqiqə
23-12-2019, 08:24
616

"Misir Mərdanovun adamı saxlanılsa da kimsəyə "gözün üstündə qaşın var" deyən olmadı"

"Misir Mərdanovun adamı saxlanılsa da kimsəyə "gözün üstündə qaşın var" deyən olmadı"






















Təhsil və korrupsiya: ən yeni tarix...

2013-cü ildə Bakı Dövlət Sosial İqtisadi Kollecində keçirilən antikorrupsiya əməliyyatı zamanı kollecin direktoru Mübariz Mahmudov, onun bacısı oğlu, kollecin qiyabi təhsil şöbəsinin müdiri İlqar Əzizov və bir neçə nəfər həbs olunmuşdu. Mübariz Mahmudovdan aşkar olunan siyahıda nazirliyə çatası böyük məbləğ televiziyalarda açıq şəkildə səsləndirildi (nazir Misir Mərdanov idi). Ancaq nazirlikdə bir nəfərə belə "gözün üstündə qaşın var" deyən olmadı.

2009-cu ildə Goranboy rayon Təhsil şöbəsinin müdiri Elmar Əliyev həbs edildi. Bu adam Misir Mərdanovun ən yaxın adamı idi. Bir rayondakı korrupsiyanın miqyasına diqqət edin: "Yoxlama zamanı təhsil şöbəsinin kassasında 31486 manat məbləğində pul vəsaitinin çatmadığı, təhsil şöbəsinin inzibati binasının və məktəblərin əsaslı və cari təmiri üçün ayrılmış vəsaitdən 142600 manatın saxta sənədlər tərtib olunmaqla mənimsənildiyi, faktiki işləməyən şəxslərin, o cümlədən Azərbaycanın hüdudlarından kənarda olan müəllimlərin adlarına hesablanmış 48862 manat məbləğində pulun israf edildiyi, şagirdlərin say həddinə görə siniflərin düzgün komplektləşdirilməməsi nəticəsində artıq saxlanılmış 539 sinfə görə 1241953 manat məbləğində pulun əsassız ödənildiyi, aylıq əməkhaqqı cədvəllərinin yekunlarının düzəliş edilərək artırılması nəticəsində kassadan 169257 manat məbləğində pulun əsassız silindiyi və s. faktlar aşkara edilib."

Azərbaycan Dövlət Dillər Universiteində 2007-2012-ci illəri əhatə edən dövrün dövlət büdcəsindən ayrılan büdcə və büdcədənkənar vəsaitlərin istifadə olunması vəziyyətinin yoxlanılmasına dair Hesablama Palatasından daxil olmuş materiallar Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırılıb. Müəyyən edilib ki, Səməd Seyidovun rəhbərlik etdiyi təhsil müəssisəsinin maddi məsul şəxsləri tərəfindən təftişlə əhatə olunan dövrdə müəllimlərə qanunsuz olaraq artıq saxlanılmış qruplar üzrə tədris olunmuş dərs saatlarına, vəzifə maaşlarına əlavələrin düzgün hesablanmamasına, universitetin bir sıra əməkdaşlarına normadan artıq iş tarifləşdirilərək artıq əmək haqqı ödənildiyinə görə, habelə təhsil müəssisəsinin əməkdaşları olmayan şəxslərin adına açılmış əmək haqqı kartlarına qanunsuz olaraq pul vəsaiti köçürülməklə külli miqdarda dövlət vəsaiti mənimsəmə və israf etmə yolu ilə talanıb. Eyni zamanda, universitetdə müxtəlif tədbirlərin keçirilməsi adı altında müvafi təsdiqedici sənədlər olmadan kassadan saxta ödəmə cədvəlləri tərtib edilməklə, həmçinin yanacaq xərclərinə görə külli miqdarda dövlət vəsaiti mənimsənilib.
Bu ali məktəb cəmi 12-cə milyon dövlət vəsaiti yağmalanmışdı.

Etibar Əliyev, Təhsil eksperti, təhsil naziri yanında İctimai Şuranın üzvü.

XeberTv.info

Digər xəbərlər

Kriminallaşmış BDU-də elmdən başqa hər şey var - «Zarafatcıl oğlan»ın zarafatları BDU-nun belini qırır...
Təhsil şöbəsinin müdiri öz ərizəsi ilə işdən çıxdı
Köçərli və qudası Misirin “Azərsu”dakı hoqqaları
Düşmənin “Tor-M2KM” zenit-raket kompleksləri məhv edilib
İrana tətbiq edilən silah embarqosu ləğv edildi
265 ictimai iaşə müəssisəsi və ərzaq mağazasında pozuntular aşkarlanıb - SİYAHI
FİFA prezidenti koronavirusa yoluxdu
Nazirlik əməkdaşı minaya düşdü
Azərbaycanda "Mall"da DƏHŞƏT : arvadını və özünü... - FOTO/VİDEO
İlham Əliyevdən "Əmək pensiyaları haqqında" sərəncam
Ərəb KİV-ləri Ocaq Necatın Bakıdan qovulduğunu əks etdirən karikaturalar dərc etdi
Sabah qar yağacaq? - RƏSMİ
Umayra Tağıyeva:"Hələ də selin yanında durub seyr edən, onu lentə alanlar var"
Əhaliyə vacib xəbərdarlıq
Nəyə əsasən deyə bilərik ki, ölkədə təhsilin keyfiyyəti yoxdur? - Ekspert
İşğaldan azad olunan Decal kəndinin görüntüləri - VİDEO
Düşmən Mingəçevirə raket hücumu təşkil etdi - RƏSMİ
Bəzi sürücülər onlara verilən icazədən sui-istifadə edirlər - DANX
Zöhrə Abdullayevanın dəfn yeri açıqlandı
Azərbaycanda 3-cü doza vaksinin tətbiqinə başlanıldı - VİDEO
Deputatlığa namizədlərin qeydə alınması prosesi nə zaman bitəcək?
Saxta sənədlər təqdim edərək subsidiya almağa cəhd göstərən bələdyyəyə qarşı cinayət işi başladıldı
Daha bir xəstəxananın direktoru barəsində cinayət işi başlanıb
Təşəkkür kimə düşür: Məktəbə, yoxsa repetitora?
Əli Həsənov Abu Dabiyə qaçması ilə bağlı iddialara cavab verdi
Dəhşətli terror aktını törədən şəxs 46 il sonra saxlanıldı
Valideynlərin hansı halda övladlarını məktəbə göndərməyəcəyi məlum olub
ISESCO-nun sabiq baş direktoru: “Mehriban Əliyeva ölkəsinin bir çox sahələrdə inkişafında böyük rol oynayır”
Bakıda bu qəsəbədə üfunət və tüstüdən sakinlər nəfəs ala bilmir -
Nazir qalmaqallı şəxsi yüksək vəzifəyə təyin etdi
{sape_links}{sape_article}