Son dəqiqə
11-09-2020, 15:30
765

Əli Həsənov Abu Dabiyə qaçması ilə bağlı iddialara cavab verdi

Əli Həsənov Abu Dabiyə qaçması ilə bağlı iddialara cavab verdi


Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənov Türkiyədə müalicə olunduğu xəstəxanadan Abu-Dabiyə qaçmaq istəməsi haqda iddialara münasibət bildirib.

Ə.Həsənov özünün feysbuk hesabında paylaşım edərək yazıb ki, son zamanlar, KİV adı altında fəaliyyət göstərən “yalan makinası”nın geniş meydan sulaması və ictimai rəyi çaşdırması onu ciddi narahat edir:

“Demək olar ki, içi mən qarışıq ölkə ictimaiyyətinin yaxşı tanıdığı, dövlət idarəçilik sistemində uzun müddət xidmət göstərmiş, hazırda isə bu və ya digər səbəblər üzündən vəzifəsini tərk etmiş insanlar haqqında hər gün hansısa qondarma “məlumat” yayaraq saxta gündəm yaratmağa çalışırlar. Yalan və böhtanın həddi-hüdudu yoxdur. Mənimlə bağlı demək olar ki, hər gün nəsə uydurub şəklimi də əlavə etməklə yayırlar və insanları çaşdırmağa çalışırlar. Bilmirəm, əgər onların çörəyi bu yalan makinasından çıxırsa, ailə-uşaqlarını göz önünə gətirərək, bunu da anlamağa çalışaram. Amma bir məsələ var ki, bunlar ölkə ictimaiyyətinin doğrunu bilmək haqqını tapdalayırlar. Nə qədər bunların yalanlarını təkzib etmək olar? Bir aya yaxındır ki, haqqımda yayılan yalan və böhtanları beş dəfə təkzib etmişəm. Amma bunların “sehirli fantaziyaları” bitmək bilmir ki, bilmir! İndi də mənim şəxsi həyatımla bağlı öz çirkin yalanlarını tirajlamaqla özlərinə çörək qazanırlar. Yazırlar ki, mən Türkiyəyə müalicəyə deyil, dövlətimdən qaçaraq, guya siyasi sığınacaq almağa gəlmişəm, heç bir xəstəxanada filan olmamışam və s.

Açığı deyim ki, mən yalnız şəxsimə aid olan sağlamlıq vəziyyətim haqqında kiməsə geniş məlumat və hesabat vermək fikrində deyiləm. Sadəcə bunların yalan makinası olduğunu və ictimaiyyəti davamlı olaraq aldatdığını sübut etmək üçün sonuncu yalanlarını təkzib edən bəzi sənədlərin başlığını diqqətinizə təqdim etmək istəyirəm.

2013-cü ildə keçirdiyim geniş infarktdan sonra Almaniyada iki açıq ürək əməliyyatına məruz qaldığımı hər kəs bilir. O dövrdən başlayaraq mən hər il iki dəfə ya Berlində, ya da İstanbulda yoxlamadan keçirəm. İstanbulda mənim həkimlərim “Siyami Ersek” ürək-damar xəstəlikləri dövlət xəstəxanasının kardiologiya şöbəsinin dosenti Yalçın Velibeydir. Davamlı olaraq 7 ildir ki, mən onun yanına gəlirəm, əgər o tövsiyə edirsə başqa klinikalardakı digər mütəxəssislərə də baş çəkirəm. Bu dəfə də mən vəziyyətimlə bağlı bu klinikaya gəlmişəm, bir həftə boyu hər gün kardioloji yoxlamada olmuşam, axşamlar klinikanın mövcud vəziyyətini də nəzərə alaraq, yaxınındakı hoteldə gecələmişəm. Sonrakı müalicəm və daha hansı klinikada ürək klapanı üzrə mütəxəssis professorla görüşməyim və s. haqqında danışmağı artıq hesab edirəm. Hazırda Abu-Dabidəki Klivlend xəstəxanasına getmək üçün bəlli bir zamanı gözləyirəm. Bütün bunlar haqqında mən mütəmadi olaraq müvafiq kanallarla ölkə başçısına da məlumat vermişəm. Beləliklə, qoy məni tanıyan və haqqımda müfəssəl məlumat almaq istəyən vətəndaşlarımız Azərbaycandakı bu yalan makinalarına inanmasınlar”.

Ə.Həsənov keçdiyi müayinələrin və müalicənin bəzi detallarını əks etdirən sənədlərin fotoları da paylaşıb.

Əli Həsənov Abu Dabiyə qaçması ilə bağlı iddialara cavab verdi

Əli Həsənov Abu Dabiyə qaçması ilə bağlı iddialara cavab verdi


XeberTv.info

Digər xəbərlər

Sentyabrın 8-dən bu məhdudiyyətlər götürülür - RƏSMİ
Azərbaycan Ordusunun bölmələri döyüş atışları keçirir - VİDEO
Bakıdan kiyevlilərə 30 tondan çox humanitar yardım göndərildi
Distant təhsilin müddəti uzadıldı
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ağdama gedir
İlham Əliyev:  “Atəşkəsin bərpa edilməsi müzakirə mövzusu ola bilməz”
Bayden İlham Əliyevə məktub YAZDI
“Premium Clinic”də gizlədilən ölüm hadisəsi - İTTİHAM
Zakir Həsənov Türkiyənin milli müdafiə naziri və baş qərargah rəisinə təbrik məktubu ünvanlayıb
Qulu Məhərrəmli Mirşahini və telekanal rəhbərlərini debata çağırdı - VİDEO
Düşmən Zəngilan istiqamətində hücuma cəhd göstərdi: Canlı qüvvəsi məhv edildi
Ağdamın Xıdırlı kəndindən görüntülər - VİDEO
1 milyondan çox vətəndaşı yoluxsa da, maskadan imtinaya çağırdı
Partiya sədrindən Sahil Babayevə İTTİHAMLAR... - VİDEO
Ərdoğan: “ABŞ qoşunları Əfqanıstandan çıxdığı kimi İraq və Suriyadan da çıxmalıdır...”
Azərbaycanda yol-nəqliyyat hadisələrinin sayı azalıb
İki yarıtmaz qurumun yaratdığı problemlər... - GİLEY
Yevlax rayon xəstəxanasında baş həkimin otağına yol tualetdən keçir
Dövlət İmtahan Mərkəzi növbəti imtahanlar keçirib
Bakıda oğul və gəlin birləşib ananı döydülər
Azərbaycanda toyuna bir həftə qalmış qəzaya düşərək ölən oğlanın nişanlısı da vəfat etdi
Azərbaycanda günəş elektrik stansiyası tikiləcək
Bayılda polis bölməsi qarşısında adam bıçaqlandı — VİDEO
Prezident deputatı təltif etdi - FOTO
Müdafiə Nazirliyi düşmənin daha bir yalanını ifşa etdi
Makiyajdan imtina edən dünya ulduzu tanınmaz halda - Fotolar
Bir sövdələşmənin izi ilə.... - Qos qoca limanı Fərhad Əliyevə kim və necə "atdı" - FOTO
BU `MAHAL` KİMİNDİR BELƏ?.. - ETİRAZ
“Qarabağ” Qəbələyə getməkdən imtina etdi
Erməni tərəfi 3330 hərbçisinin öldüyünü təsdiqlədi
{sape_links}{sape_article}