Son dəqiqə
6-09-2021, 11:12
2628

NAZİR MÜAVİNİNİN ATASININ PULU OĞURLANDI, SƏRT İTTİHAMLAR İRƏLİ SÜRDÜ: "Azərbaycanda ən kriminal yer..."

NAZİR MÜAVİNİNİN ATASININ PULU OĞURLANDI, SƏRT İTTİHAMLAR İRƏLİ SÜRDÜ: "Azərbaycanda ən kriminal yer..."


"Bu səhər görürəm "monex card”dakı 520 manat pul oğurlanıb, hesabda 16 qəpik qalıb. Götürüb masterkartın üstündəki nömrəyə zəng vururam. Şəhər nömrəsi işləmir. 194-də zəng vururam. Oğurluq faktını qeyd etməkdən imtina edir bu firma. Deyir məxfi sözü deyin. Unutmuşam, kartın bütün rəqəmlərini deyirəm. Yox, biz sistemə girə bilmirık. Oğurluğu ört-basır etmək istəyirlər”.

Mia.az xəbər verir ki, bu fikirləri filologiya elmləri doktoru Rəhim Əliyev qeyd edib.

Şikayətçi R.Əliyev fikirlərinə daha sonra bunları əlavə edib:

"Mənim dollar hesabım yoxdur. Amma kartda göstərilir ki, 50-60 dəfə 1-4 dollar hesabı ilə pul siliblər. Bankın komissiyaları da göstərilir. Mən bu kartda kommunaldan başqa heç bir əməliyyat aparmamışam. Ona görə əminəm ki, oğrular masterkard firmasında və "Muğanbank"da oturub, ya da əvvəllər oturub! 15 ilə yaxındır ki, Azərbaycanda ən kriminal yer banklardır. Müsəlmanlar, özünüzü bunlardan qoruyun!

Üç il qabaq "hesab.az” firması öz proqramının formasında dəyişikliklər etdi. Nəticədə əvvəlki illərdəki ödənişlərimizin arxivi silindi. Bu "hesab.az”-ın "Azərişıq”, "Azərsu”,”Azəriqaz”, Rabitə nazirliyi ilə cinayətkar qəsdinin nəticəsi idi. ABŞ-da buna görə 50 il iş kəsərdilər! Bu barədə yazdım. Səs çıxmadı.

Çünki Azərbaycanda mütəşəkkil cinayətkarlığa qarşı, xüsusi mülkiyyətin oğurlanmasına qarşı həqiqi mübarizə yoxdur!”

Rəhim Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyevin atasıdır. R.Əliyev AMEA-nın Ədəbiyyat İnstitutunun baş elmi işçisidir. Filologiya elmləri doktorudur. Eyni zamanda, Azərbaycan Yazıçılar İttifaqının üzvüdür.

Mənbə: Demokrat.az

XəbərTv.info

Digər xəbərlər

Məzahir Pənahov: “Kişi namizədlərin hamısı haqqında bunu demək olmaz”
"Baku Medical Plaza”da tüstülənmə olub - VİDEO
Beşqat dünya çempionu Bakıda zəhərlənib -
Ərdoğan: “Makron siyasəti öyrənə bilməyib”
Ermənistanın keçmiş müdafiə naziri döyüşlərdə ağır yaralandı
Cəbhəyanı ərazilərdə partlamamış hərbi sursat, minalar aşkarlandı - FOTOLAR
Təhsil Nazirliyi: "Virtual məktəb" layihəsinə qoşulmayan müəllimlərə maaş verilməyəcəyinə dair məlumatlar yanlışdır
"İTV-nin fantastik qiymətləri namizədlərin əksəriyyəti üçün əlçatan deyil" - ETİRAZ
Çay həvəskarları üçün faydalı məsləhətlər
Ermənilər mövqelərimizi atəşə tutdu
Ötən gün general rütbəsi verilən erməni hərbçi məhv edildi
Putin Serbiya prezidentindən üzr istədi - SƏBƏB
Cəbrayılın daha bir kəndindən görüntülər - VİDEO
Bakıda avtomobil evakuatorla toqquşdu
İlham Əliyev: “Peyvəndi gözləyirik, ondan sonra normal həyat bərpa ediləcək”
Zakir Həsənovla Rusiyanın Müdafiə naziri arasında telefon danışığı olub
Ekvador həbsxanalarında qiyam: 50-dən çox məhkum öldü
Qonşuların davası qanla bitdi
“Yüz min manatdan çox olan pullar vergiyə cəlb edilməlidir” – Millət vəkili
Daha bir Qazimiz ədalətsizliyin QURBANIDIR... - VIDEO
Müharibə Ukraynaya nə qədər zərər vurub?
Paşinyan xarici işlər naziri Ara Ayvazyanı vəzifəsindən azad etmək istəyir
Fateh Terim Bakıda mətbuat konfransı keçirdi - Video
Nobel mükafatçısı dünyasını dəyişdi
Azərbaycan yığmasının Rusiya ilə oyunlarının nəticələri ləğv olunub
Metro stansiyalarının sayı 25-dən 51-ə çatdırılacaq
ATV Şuşa, Laçın və Kəlbəcərdə yayım üçün MTRŞ-yə müraciət etdi
ADU Gülnarə Cəfərovanın vergi borcu olan şirkətini tenderində qalib elan etdi
Dünyanı mat qoyan kadrlar – VİDEO
“Bayraktar” niyə rus HHM sistemləri tərəfindən yaxalana bilmir? - Bir uğurun iki sirri
{sape_links}{sape_article}