Son dəqiqə
23-10-2020, 13:50
861

“Bayraktar” niyə rus HHM sistemləri tərəfindən yaxalana bilmir? - Bir uğurun iki sirri

“Bayraktar” niyə rus HHM sistemləri tərəfindən yaxalana bilmir? - Bir uğurun iki sirri


Suriyada və Liviyada xeyli sayda rus “Pantsir”lərini vurmaqla özünü dünyaya tanıtdıran Türk PUA-sı “Bayraktar” Dağlıq Qarabağda əsl əzələ nümayişi etdirdi. Yüzlərlə erməni tankını sıradan çıxaran bu silahın ən böyük uğuru isə Rusiyanın yenilməz hava hücumundan müdafiə sistemi kimi dünyaya sırımaq istədiyi S-300-ləri “dənləməsi” oldu.

Prezident İlham Əliyevin də qeyd etdiyi kimi indiyədək 4 ədəd S-300-ü məhv edən “Bayraktar” bu xüsusiyyətilə öz “ovçusunu ovlayan ov” olaraq xarakterizə oluna bilər. Zira istər “Pantsir”-lər, istərsə də S-300-lər məhz hava hücumlarından müdafiə silahlarıdır. Di gəl ki, “Bayraktar” qarşısında müdafiəsiz qalaraq, “keçəlin dərmanı olsa öz başına sürtər” zərb-məsəlini xatırlatdılar.

Bəs, “Bayraktar” bu qeyri-adi gücünü hardan alır? Onu rus HHM sistemlərinin gözündən yayındıran nədir?

Rus hərbi dairələrini heyrətə salan bu sualın cavabını Türk mütəxəssisləri gizlətməyə belə, lüzum görmədən “Bayraktar”-ın başarısının 2 sirrini açıqlayıblar.

“Yeni Şafak”-a açıqlama verən müdafiə siyasəti üzrə analitik Turan Oğuz “Bayraktar”larının bu uğurunun arxasında “çox yaxşı taktiki planlaşdırma”nın dayandığını söyləyib.

Ermənistanın hava hücumundan müdafiə sistemlərinin köhnə və zəif cəhətlərinin olduğunu vurğulayan T.Oğuzun fikrincə, “Bayraktar”ların uğurlarının əsas sirri sürətində və yüksəkliyə qalxma özəlliyindədir.

"Bayraktar və MAM-L (PUA-nın atdığı raketin adı) ikilisi ruslar tərəfindən vurula bilməz, çünki onlar Rusiya hava hücumundan müdafiə sistemlərinin limitini üstələyirlər. 13-ü vurulan “9K33 OSA” zenit-raket kompleksi, 360 km / s-dan aşağı sürətlə uçan hədəflərini 5 km uzaqlıqdan və 6,4 km hündürlükdən aşkar edə bilər. “Bayraktar isə TB-2” 130 km / saatdan daha yavaş uça, 5.5 km yüksəklikdən atəş edə bilər və MAM-L-in mənzili 8 ilə 14 km arasındadır”.

S-300-lərə gəlincə, Türkiyəli mütəxəssisin dediyinə görə, bu HHM sistemi 180 km / s-dən aşağı sürətli uçuşları daxili nasazlıqlar kimi qəbul edir və izləyə bilmirlər. “Bayraktar” isə sürətini 130 km/s-a qədər azaltmaq qabiliyyətinə malikdir: “Bunların hamısı ətraflı öyrənilib və Rusiyanın hava hücumundan müdafiə sistemlərinin hamısı uğurla vurulub. Elektron dalğaların qarşısını alan vasitələrə belə ehtiyac qalmayıb”.

Azərbaycan ordusunun bu müvəffəqiyyətinin arxasında ciddi kəşfiyyat çalışmalarının da dayandığını etiraf edən T.Oğuz fikrini bu cür əsaslandırıb:

"Azərbaycan ordusu, ehtimal ki, türkiyəli məsləhətçi qrupu ilə birlikdə PUA-ların imkanları və əməliyyat planlaması üzərində çox yaxşı işləyiblər. Dağlıq Qarabağdakı bütün uğurların arxasında ciddi iş dayanır. Mümkün olan təhdidlərə qarşı alınacaq bütün tədbirlər ətraflı şəkildə nəzərdən keçirilib. Operativ kəşfiyyat məlumatlardan da çox təsirli bir şəkildə istifadə edilib."

XeberTv.info

Digər xəbərlər

Aytən Səfərova ilə bağlı yeni xəbər
Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub
Gecə süd verib səhər deyiblərki gəl ölüsünü apar.
Bakıda itkin düşən yeniyetmə oğlan axtarılır - FOTO
Nazir müavini Azad Rəhimovun səhhətindən danışdı
Qondarma rejimin “Müdafiə naziri” döyüşlərdə yaralandı
Bu gün Azadlıq meydanında Qələbə paradı keçiriləcək
Anım günü Şəkidə böyük izdihamla qeyd olunub
Ödənişli təhsil alanlara güzəşt ediləcək?
Bu həftə temperatur 40 dərəcəyə çatacaq - XƏBƏRDARLIQ
Çempionlar liqasında 5-ci tura yekun vuruldu: Nəticələr
Duma prezidentlik müddətinin ləğv olunmasını qəbul etdi
Ağdaşda azyaşlıya qarşı seksual hərəkətlər edildi — TƏFƏRRÜAT
İlham Əliyev Bakıda yenidən tikilən məktəblərdə yaradılan şəraitlə tanış olub
Türkiyə və Rusiya prezidentlərinin görüşü nə vaxt keçiriləcək?
Günün qoroskopu - 22.03.2020
Saatlıda toy edənlər saxlanılıb
“Hraparak”: “Aksiyaları dağıdan maskalılar polis yox, oliqarxların mühafizəçiləri idi”
Şabrandakı eybəcərlik elə ilk addımdaca GÖZƏ GİRİR... -
Azərbaycan neftinin qiyməti 86 dolları keçib
Düşmən yaşayış məntəqələrimizi atəşə tutur
Sabiq icra başçısının oğlunu öldürən ömürlük məhkumun apelyasiya şikayəti təmin edilməyib
Ermənilər Ordumuzun mövqelərini atəşə tutublar -
“Turan”ın sabiq prezidenti vəfat etdi
Qarabağlı ermənilərin "ordu"su ləğv edilir
Səhiyyə nazirinin birinci müavini vəzifəsi təsis edilib
Nazirlər Kabinetindən koronavirusa görə 65 yaşdan yuxarı şəxslərlə bağlı QƏRAR
Zaur Hüseynovdan şübhəli tender əməliyyatı
Prezident düşmənin məhv edilən texnikasının siyahısını açıqladı
Eldəniz Səlimov YAP-dan çıxarıldı
{sape_links}{sape_article}