Son dəqiqə
Video
8-02-2021, 21:23
4 418
"Baku Medical Plaza”da tüstülənmə olub - VİDEO
Bakının Xətai rayonu, Babək prospektində “Baku Medical Plaza”da yanğının baş verməsi ilə bağlı xəbərlər yayılıb.
FHN mətbuat katibi Gülçin Mehdiyeva bildirib ki, sözügedən səhiyyə ocağında tüstülənmə olub, onun da qarşısı alınıb.
“Baku Medical Plaza”nın PR meneceri Aysel Rzayeva da "Qafqazinfo"ya açıqlamasında qeyd edib ki, klinikanın avtoklav hissəsində qısqapanma olub:
“Bu gün “Baku Medical Plaza” klinikasının Babək filialının ikinci korpusunda avtoklav cihazında qızma nəticəsində tüstülənmə baş verib, qısa vaxt ərzində hadisə lokallaşdırılıb.
Havalandırma pərdəsi ilə tüstü mərtəbələrə daxil olduğundan xəstələr birinci korpusa müvəqqəti təxliyyə ediliblər. Hadisə nəticəsində insan həyatı üçün hər hansı təhlükə olmayıb”.
XeberTv.info