Son dəqiqə
30-04-2021, 18:31
2772

Tahir Mirkişili: "Prezidentimizin verdiyi tövsiyələr parlamentin fəaliyyətində rəhbər tutulub

Tahir Mirkişili: "Prezidentimizin verdiyi tövsiyələr parlamentin fəaliyyətində rəhbər tutulub


Aprelin 30-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən XəbərTv.info-ya verilən məlumata görə, iclası açan komitənin sədri Tahir Mirkişili bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Altıncı çağırış Milli Məclisin ilk iclasında söylədiyi proqram xarakterli nitqində parlamentə verdiyi tövsiyələr Azərbaycan parlamentinin ötən dövr fəaliyyətində rəhbər tutulub.

Komitə sədri qeyd edib ki, bu gün birinci oxunuşda komitənin müzakirəsinə çıxarılan Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında və Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Daşınmaz əmlakın dövlət reyestri haqında” və “İpoteka haqqında” qanunlarda dəyişiklik edilməsi barədə 2 qanun layihəsi də dövlət başçımızın müəyyənləşdirdiyi hədəflərə uyğun hazırlanıb.

Qanun layihələri Konstitusiya Məhkəməsi Plenumundan Milli Məclisə daxil olan tövsiyələr əsasında Milli Məclisin Sədri Sahibə Qafarovanın tapşırığı ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi tərəfindən yaradılmış işçi qrupun fəaliyyəti nəticəsində ərsəyə gətirilib. İrəli sürülən dəyişikliklərdə ipoteka saxlayanın məhkəmə qaydasında təmin olunmuş tələbi əsasında keçirilmiş təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı sadələşdirilmiş verginin ödənilməsi qaydalarının və ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı mülkiyyət hüququnun rəsmiləşdirilməsinin və əldə edilmiş əmlakın satışı zamanı əsas borc həcmində dövriyyənin vergidən azad olunmasının qanunvericiliklə dəqiq tənzimlənməsi nəzərdə tutulub.

İclasda Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli, deputatlar – Mahir Abbaszadə, Vahid Əhmədov, Elnur Allahverdiyev, Aydın Hüseynov, Rüfət Quliyev, Nurlan Həsənov, Konstitusiya Məhkəməsinin hakimi Kamran Şəfiyev, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, Mərkəzi Bankın baş direktoru Rəşad Orucov və parlament Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov çıxış ediblər. Çıxış edənlər təqdim olunan qanun layihələrinin hüquqi boşluqları aradan qaldırmaq və qanunvericiliyin təkmilləşdirilməsi məqsədi daşıdığını qeyd ediblər.

Tədbirdə qanun layihələri ətraflı müzakirə olunub, nəzərdə tutulan dəyişikliklərə müsbət münasibət bildirilib və deputatlar hər iki qanun layihəsini birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri Məzahir Əfəndiyev, Anar Məmmədov, İqbal Məmmədov, Məşhur Məmmədov, Mərkəzi Bankın Hüquq Departamentinin direktoru Rəna Məlikova, Konstitusiya Məhkəməsinin Vətəndaşların qəbulu və şikayətlər şöbəsinin müdiri Anar Cəfərov, Maliyyə Nazirliyinin Vergi siyasəti və gəlirlər şöbəsinin Vergi və gömrük siyasəti sektorunun müdiri Şaban Abdullayev və digər rəsmi şəxslər iştirak ediblər.

Digər xəbərlər

General Rüstəm Muradov haqqında 5 maraqlı FAKT
Bakıda kişi özünü 12-ci mərtəbədən atdı
2021-ci ilin əsas qlobal riskləri açıqlandı
Babasını bıçaqlayan 14 yaşlı qız hərəkətləri ilə təəccübləndirdi -
Ağsuda gənc ana intihar etdi
Bu tarixlərdə regiondan paytaxta geri qayıtmaq mümkün olacaq
Paşinyan özünü təcrid etdi
Nərimanov İcra Hakimiyyətinin şöbə müdiri ad günündə özünü asdı
Bakıda “Vor Mahir” saxlanıldı
Məşhur futbolçu həbs edildi
Vasif Talıbovdan gözlənilməz addım – Bunu niyə etdi?
On il əmisi arvadı ilə intim əlaqədə olan gənc hamamda... – Bakıda görünməmiş olay
Dəhşətli terror aktını törədən şəxs 46 il sonra saxlanıldı
“Yalnız Ermənistan və Rusiya vətəndaşları Laçından keçib Qarabağa gedə bilərlər...”
İlham Əliyev Milli Qəhrəman Şükür Həmidovun şəhid olması ilə bağlı atasına başsağlığı verdi
Oktay Əliyev vəfat edib
Sumqayıtda iki minik avtomobili toqquşub, yeddi nəfər xəsarət alıb
İlham Əliyev Meliorasiya və Su Təsərrüfatı ASC-yə 20 milyon manat ayırdı - SƏRƏNCAM
Azərbaycanlı kişi oriental rəqqas qadınlara meydan oxudu: şok
Bakı - Xırdalan - Sumqayıt qatarı yenidən xəttə buraxılır
“Azərtütün Aqrar Sənaye Kompleksi” MMC özəlləşdiriləcək
Vulkanizasiyaya çevrilən nəşriyyat...
İcra başçısının oğlunun üç şirkəti üzə çıxdı
Yarım milyonluq oğurluq: Əmisinin evindən oğurladıqlarını mərcdə uduzdu
Sabahdan birinci siniflərə şagird qəbulu başlayır
Prezident İlham Əliyev və Mehriban Əliyeva Füzuli rayonuna səfər ediblər
Son sutkada koronavirusdan 41 nəfər vəfat edib
Ziba Osmanova iki azyaşlını maşınla vurdu
DİN: Hökməlidə hər hansı bir şəxsə qarşı fiziki təzyiq göstərilməyib
Yaponiyanın yeni Baş naziri məlum oldu