Son dəqiqə
7-09-2024, 15:14
246

Gömrük Komitəsi ləğv olunur?

Gömrük Komitəsi ləğv olunur?






Son vaxtlar Dövlət Gömrük Komitəsində qanunsuzluqlar və korrupsiya halları ilə bağlı silsilə həbslər baş verir. 2022-ci ildə komitə sədri Səfər Mehdiyevin vəzifəsindən uzaqlaşdırılmasından sonra, gömrükdə bir sıra ciddi dəyişikliklər aparılsa da, faktiki pozuntuların qarşısı almaq mümkün olmadı. Sahibkarlar və vətəndaşlar arasında da Gömrük Komitəsinə münasibət birmənalı deyil. Bir çox iş adamı DGK-nın onların fəaliyyətinə ciddi zərbə vurmasından şikayət edirlər.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, Dövlət Gömrük Komitəsinin müstəqil qurum kimi fəaliyyəti yersizdir: “Birinci növbədə, Azərbaycanda Gömrük Komitəsinin müstəqil və ayrıca bir qurum kimi qalmasına ehtiyac yoxdur. Ləğv edilib ya İqtisadiyyat Nazirliyində, ya da Maliyyə Nazirliyində bir şöbə, departament kimi fəaliyyət göstərməlidir. İkincisi, Komitənin istintaq orqanları ləğv edilməlidir. Bu, vətəndaşlar üçün çox ciddi problem yaradır. Üçüncüsü isə, yeni Gömrük Məcəlləsi yazılmalıdır”.

Ekspertin fikrincə, hazırki Gömrük Məcəlləsi iş adamlarının “kabusuna” çevrilib:

“Bir çox hallarda gömrük orqanları elə həmin bir-birinə zidd maddələrlə dolu olan, sanki iş adamlarının və insanların əleyhinə yazılmış Gömrük Məcəlləsinə istinad edirlər. Vətəndaşlar və sahibkarlar da incidiləndə həmin məcəlləyə istinadən addımlar atılır. Bu məcəllə kökündən dəyişdirilməli, yenidən yazılmalıdır. Bir sözlə gömrüyün, həm idarəetməsi, həm fəlsəfəsi, həm də qanunvericilik bazası dəyişdirilməlidir ki, bundan sonra iş adamlarının kabusuna yox, dostuna çevirilsin”.

Xebertv.info

Digər xəbərlər

FHN Akademiyasına sənəd qəbulu müvəqqəti dayandırılır
Separatçıların "lideri": “Hərbçilərimiz təşviş və ixtilaf içində idilər”
“AZAL Dövlət Konserni beşinci və yeddinci qrup “hava azadlığı”nın tətbiqinə icazə verməlidir"
Azərbaycana bu ölkələrdən ət məhsullarının gətirilməsi dayandırıldı
Bakıda bu körpü sökülür? - AÇIQLAMA/VİDEO
İcra başçısı: "Tərtərə 16.277 raket, top, minaatan mərmisi, 21 ədəd “Smerç” raketi atılıb”
Daha bir ölkə Ermənistana silah veribmiş - SENSASSİON FAKT
“Banditizm”dən əməliyyat: “Qeydiyyatsız dərman satan “Zəfəran” aptekləri kimindir”
“ASAN xidmət” və “ASAN Kommunal” 7 gün işləməyəcək
İlham Əliyev “Signify” şirkətinin baş icraçı direktorunu qəbul etdi
Ermənilər meyitlərimizin qızıl dişlərini də çıxarıblar - VİDEO
Ermənistan ordusu döyüş bölgəsində hərbçi çatışmazlığına görə manekenlərdən istifadə edir
Günün qoroskopu -  26.12.2019
Baba Rzayev bir gündə 3 şirkəti qalib elan etdi  - 1.9 milyon manat…
Bakıda 300-ə qədər insan seroloji testdən keçirilib
Prezident bir qrup hərbçini təltif etdi - SİYAHI
Azərbaycanda bankda yarım milyonluq mənimsəmə
Bakıda tanınmış klinika fəaliyətini dayandırıb
Kredit adı ilə dələduzluq edənlər saxlanıldı -
Düşmən növbəti itkilərini açıqladı
Bakıda şirkətin gözətçi otağına basqın edildi
Qələbədən bir gün öncə əsir düşən Yəhya... - VİDEO
Yoluxanların sayı azaldı
Azərbaycanda “Aİ-95” premium markalı benzinin qiymətində dəyişiklik edilib
İctimai nəqliyyat 2 gün işləməyəcək
“Düşmənə zərbə endirməyə yetərincə zirehli texnikamız var”
Azərbaycanda mətbuata yardım ayrıldı - SƏRƏNCAM
 İnternat məzunları üçün inşa edilən mənzillər kimlərə və necə satılır? - İTTİHAM
Xəstəxananın şöbə müdiri pandemiyada klinikaya ayaq basmadı? - ATU-dan işdən çıxarılma xəbərlərinə reaksiya
"Bir gün hiss etdim ki, həyat yoldaşım mənə xəyanət edir"