Son dəqiqə
13-09-2024, 14:15
117

Elektron qəlyana görə tələbə yoldaşını öldürmək istəyən şəxslə bağlı QƏRAR

Elektron qəlyana görə tələbə yoldaşını öldürmək istəyən şəxslə bağlı QƏRAR







Bakı Apellyasiya Məhkəməsində tələbə yoldaşını öldürməyə cəhd etməkdə təqsirləndirilən Mehdi Uğurun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Sabit Bəhrəmzadənin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd: Hadisə 2023-cü ilin dekabrında paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.

İstintaqla müəyyən edilib ki, Mehdi Uğur təhsil aldığı "Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzi" adlanan peşə liseyində dərslər arası fasilə zamanı tələbə yoldaşı Oruc Əhmədovun xahişi əsasında özünə məxsus elektron qəlyanı müvəqqəti çəkmək üçün ona verib. Dərs saatı başa çatanadək həmin qəlyanı ondan istəməsinə baxmayaraq, O.Əhmədov elektron qəlyanı qaytarmayacağını deyib. Bu sözdən əsəbiləşən M.Uğur, üzərində gəzdirdiyi cib bıçağı ilə O.Əhmədova 3 zərbə vurub.

Hadisəni törətməkdə şübhəli bilinən M.Uğur polis əməkdaşları tərəfindən saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 29,120.1-ci (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Xebertv.info

Digər xəbərlər

Azərbaycanda azyaşlının çılpaq şəkillərini yayan şəxs tutuldu - RƏSMİ
Günün qoroskopu -08.12.2019
Yevlaxda büdcə pullarına DÜŞMƏN MÜNASİBƏT... - Pulumuz belə çoxdursa, paylayın, camaata...-
Ramin Bayramlı pandemiyada 70 milyon manat qazanıb? - YENİ FAKTLAR
Siyəzəndə 6 saylı Litsey qəzalı vəziyyətdədir - VİDEO
Türkiyəli müşahidəçilər bir neçə gün ərzində Azərbaycana gələcək
Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı Bəyannaməsi qəbul edilib
ANAMA: Tovuz və Qazaxda 14 əməliyyat keçirilib
Əfqanıstanda növbəti terror: Çox sayda hərbçi həlak oldu
Ukrayna Belarusla bütün əlaqələri dayandırıb
Bəzi summativ qiymətləndirmələr ləğv oluna bilər - Emin Əmrullayev
NAZİR MÜAVİNİNİN ATASININ PULU OĞURLANDI, SƏRT İTTİHAMLAR İRƏLİ SÜRDÜ: "Azərbaycanda ən kriminal yer..."
İlham Əliyev Estoniya parlamentinin sədrini qəbul etdi
Bakıda iki bacını avtomobil vurdu
Tahir Mirkişili: "Prezidentimizin verdiyi tövsiyələr parlamentin fəaliyyətində rəhbər tutulub
Məhkəmə Masallının baş həkimi barədə qərar verdi
Nazirlik direktorun tələbəni təhqir etməsi ilə bağlı HƏRƏKƏTƏ KEÇDİ
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda OYUNBAZLIQLAR...
Vəzifəli şəxsdən pul alarkən tutuldular - Restoranda əməliyyat
Pakistan Hindistana aid PUA-nı vurdu
Daha bir tender — Deputata məxsus olduğu deyilən şirkət bu il 4,2 milyonluq sifariş alıb
AZƏRBAYCAN POLİSİ VİDEO
Nikol Paşinyan: “30 ildir özümüzü aldatmışıq, Qarabağın Azərbaycana aid olması ilə barışmalıyıq...”
Dünyada neft qiymətləri
Hövsanda azyaşlını vuraraq hadisə yerindən qaçan moped sürücüsü saxlanılıb -
"Tarqovıy"da növbəti biabırçılıq: Qız ərəblərə yaxınlaşır... - video
"Misir Mərdanovun adamı saxlanılsa da kimsəyə "gözün üstündə qaşın var" deyən olmadı"
ABŞ və Rusiya qarşıdurması: Ukraynadan Qafqaza, Suriyadan Nigerədək –
Baş nazir Azərbaycanda tədrisin əyani formada təşkili ilə bağlı qərar imzalayıb
Xoşqədəm Hidayətqızının adından yarım milyonluq dələduzluq edənin cəzası azaldıldı -