Son dəqiqə
28-07-2020, 14:51
1 202

Xəstəxananın şöbə müdiri pandemiyada klinikaya ayaq basmadı? - ATU-dan işdən çıxarılma xəbərlərinə reaksiya

Xəstəxananın şöbə müdiri pandemiyada klinikaya ayaq basmadı? - ATU-dan işdən çıxarılma xəbərlərinə reaksiya


Tədris Cərrahiyyə Klinikasının rəhbərliyi son günlərdə adıçəkilən tibb müəssisəsi ilə bağlı sosial şəbəkələrdə yayılan xəbərlərlə bağlı açıqlama yayıb.

Açıqlamada bildirilir ki, adıçəkilən klinika aprelin 1-dən pandemiya xəstəxanası kimi fəaliyyətə başlayıb. Həmin tarixdən etibarən klinikanın rəhbərliyi və bir sıra əməkdaşı həftənin 7 günü 24 saat olmaqla gecə-gündüz çalışır.

ATU Tədris Cərrahiyyə Klinikasının açıqlamasını təqdim edirik:

"Klinikanın əksər əməkdaşları koronaviruslu xəstələrin müalicə prosesinə qoşulmuşlar və bu gün də əzmlə çalışırlar. Təəssüflər olsun ki, əməkdaşlar içində də koronavirusa yoluxanlar oldu. Bu əməkdaşların Universitet rəhbərliyinin göstərişi ilə vaxtında klinikaya yerləşdirərək müalicəsi başlanıldı. Şükürlər olsun ki, bu əməkdaşların çoxu artıq sağalaraq yenidən işə başlamışdır. Biz fürsətdən istifadə edərək bu ağır işdə bizə dəstək olan, var qüvvəsini əsirgəməyən, hətta sağlamlığını riskə atan bütün əməkdaşlarımıza Universitet rəhbərliyi adından dərin minnətdarlığımızı bildiririk. Bu əməkdaşların fədakarlığı Koronavirus pandemiyası qurtardıqdan sonra da daima rəhbərliyin diqqət və nəzarətində olacaq. Cənab prezidentimiz də pandemiya dövründə ATU-nun Tədris Cərrahiyyə Klinikasının fəaliyyətini xüsusi vurğulamış və birincilər sırasında olduğunu qeyd etmişdir.

Bir qrup əməkdaşlarımız isə üzürlü səbəblərdən (xəstəlikləri, yaşı, azyaşlı uşaqlarının, yaşlı valıdeynlərinin olması və s.) müalicə prosesinə cəlb edilmədilər. Bəzi əməkdaşlarımız isə imtina ərizəsi yazaraq və ya izahat verməkdən imtina edərək işləməkdən boyun qaçırdılar. Yəqin ki, gələcəkdə bəşəriyyətin ağır dönəmində klinikanın işinə biganə qalan belə insanlara da münasibət birmənalı olmamalıdır.

O ki qaldı sosial şəbəkələrdə son 1 həftə ərzində yazılan yazılara əminliklə deyə bilərik ki, bunların heç bir əsası yoxdur. Son həftələr bəzi əməkdaşların yoluxmaları ilə əlaqədar işlərimizin gərginliyi daha da artmışdır. Belə bir vəziyyətdə, işçi qıtlığı oldugu halda, hansı rəhbərlik "gəl ərizəni yaz, işdən çıx" deyər? Bir sıra işçilər yoluxduğu üçün, reanimasiya şöbəsində süni tənəffüs aparatında 8 xəstə olduğu halda, bu xəstələr nəzarətsiz qalmalı deyil ki? Təbii ki, klinikanın baş tibb bacısı artıq 15 gün, 1 ay istirahət etmiş və ya pandemiya dövründə ümumiyyətlə işləməyən tibb bacılarına zəng edib yaranmış vəziyyətlə əlaqədar onlardan kömək istəməli və işə çağırmalı idi.

Müharibə vəziyyətində öz məsləkdaşlarını düşmənlə üz-üzə qoyub gizlənən insanlara nə ad verildiyini yəqin ki, hamı bilir. O ki, qaldı tibb bacılarının baş həkim tərəfindən təhdid edilməsi iddiasına, əminliklə deyə bilərəm ki, bu təxribatdan başqa bir şey deyildir.

Kinikada subardinasiya prinsipinə uyğun olaraq tibb bacılarının iş cədvəli böyük tibb bacıları və baş tibb bacısı tərəfindən hazırlanaraq təqdim edilir. Baş həkimin bu məsələyə müdaxilə edib , tibb bacıları ilə danışmasına ehtiyac qalmır. Ümumiyyətlə baş həkim və sosial mediada gedən yazılardan öncə və yazılardan sonra heç bir tibb bacısı ilə nə telefonla nə də üzbəüz danışmamışdır. Bu baxımdan baş həkimin kimisə işdən çıxmasına təhrik etməsi böhtandan başqa heç bir şey deyildir.

Belə bir hal olsaydı həmin işçi mediyaya müraciət etməzdən öncə aidiyyatı instansiyalara ( direktor və universitet rəhbərliyinə) müraciət edərdi. Əminliklə deyə bilərik ki, baş həkim koronavirus pandemiyası dövründə klinikanın işinə azacıq da köməklik göstərən heç bir işçiyə ərizəni yaz işdən çıx deməyib və deməz də. Təəssüflər olsun ki, bir sıra işçilər özlərı pandemiya dövründə işdən yayınaraq, stressiz pul qazanmaq üçün özəl klinikalarda özlərinə iş taparaq öz ərizələri ilə işdən çixmışdır. Bir sıra işçilər isə 1 aprel tarixindən üzürlü səbəb olmadan işdən imtina edərək 4 aydan artıq bir müddətdə işləmədən dövlətdən məvacib alır. Bunlara nə ad qoyaq?

Rasim Bayramovun baş həkimin onu işdən çıxmasına təhdid etməsinə gəldikdə isə bu şəxs öz vicdanı qarşısında dürüst olaraq deyə bilərmi ki, baş həkim mənə zəng edərək və yaxud çağıraraq ərizəni yaz işdən çıx deyib? Guya Rasim həkim bilmir ki, o Azərbaycan Tibb Universitetinin dosentidir və onu işdən yalnız Universitet rəhbərliyi çıxara bilər. Yoxsa klinika koronavirus pandemiyasına qoşulandan 4 aydan çox vaxt keçməsinə baxmayaraq, ictimai əsasla şöbə müdiri olduğu şöbəyə bir dəfə də olsa ayaq basmadığını və səhvlərini indi başa düşüb? İndi anlayib ki, pandemiya dövründə fəaliyyəti yalnız özəl klinikalarda işləmək və KT müayinələrinin nəticələrini gecikmələrlə digər əməkdaşlara yazdıraraq altında öz adını yazmaqdan ibarət deyilmiş.

Yeri gəlmişkən qeyd edək ki, pandemiya dövründə ən çox yük klinikanın reanimasiya , radialogiya və laboratoriya şöbələri öz rejimi ilə çalışsa da Ultrasəs həkimlərinin növbəli fəaliyyətini nəzərə almasaq, şüa diaqnostikası bölümündə gecə gündüz çalışan yalnız kafedra müdiri t.ü.e.d. dosent Məlahət xanım Sultanova oldu. Bəs Rasim həkimin şöbə müdiri kimi, təcrübəli radioloq , vətəndaş kimi missiyası nə idi? Evdə oturaraq Səbuhi həkimə uzaq məsafədən KT cavablarını öz adından yazdırması?

Klinikanın rəhbərliyinin Rasim Bayramovu ictimai əsasla şöbə müdiri vəzifəsindən uzaqlaşdırmaq fikri olsaydı pandemiya dövründən əvvəl günlərdə xəstələr KT, MRT müayinələrin nəticələrini ala bilmədikdə, müayinələrin nəticələrini rezidentlərin ümidinə qoyduqda klinikanın işini tamamlamamış iş vaxtı bir neçə klinikanın müayinə nəticələrini yazanda, şöbə müdiri olmasına baxmayaraq 3 aydan artıq müddətdə şöbəsində çalışan ultrasəs həkimindən xəbərsiz olub tanımadıqda uzaqlaşdırardı. Hamımız həkimik texniki səhv edə bilərik, bu baximdan müayinələrin nəticərində olan səhvləri heç nəzərə almırıq.

Hesab edirik ki, bütün bu yazılar təxribat xarakterlidir. Görünür kimlərsə Rasim bəyə daha yaxşı iş təklifi vəd veribdir ya da o hansısa şər qüvvələrin fitvasına gedir. Belə olmasaydı özünün dediyi kimi tanımadığı tibb bacısının əsası olmayan yazısının altına araşdırmadan böhtan xarakterli irad yazmazdı. Bu məsələləri aidiyyatı qurumlar araşdırmalıdır, bizim səlahiyyətimizə aid deyildir. İndiki gərgin iş rejimində nə Universitet nə də klinika rəhbərliyinin belə təxribatlara sərf etməyə vaxtı yoxdur. Sadəcə bu yazıları oxuduqda “Böyük dayaq” filmindəki xəyanətkar obrazlar göz önündə canlanır. Bu yazılar kollektivin aylarla çəkdiyi əziyyətə xələl gətirməkdən və xəyanətdən başqa bir şey deyil".(medicina.az)

XeberTv.info

Digər xəbərlər

Azərbaycanda azyaşlının çılpaq şəkillərini yayan şəxs tutuldu - RƏSMİ
Günün qoroskopu -08.12.2019
Yevlaxda büdcə pullarına DÜŞMƏN MÜNASİBƏT... - Pulumuz belə çoxdursa, paylayın, camaata...-
Ramin Bayramlı pandemiyada 70 milyon manat qazanıb? - YENİ FAKTLAR
Siyəzəndə 6 saylı Litsey qəzalı vəziyyətdədir - VİDEO
Türkiyəli müşahidəçilər bir neçə gün ərzində Azərbaycana gələcək
Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı Bəyannaməsi qəbul edilib
ANAMA: Tovuz və Qazaxda 14 əməliyyat keçirilib
Əfqanıstanda növbəti terror: Çox sayda hərbçi həlak oldu
Ukrayna Belarusla bütün əlaqələri dayandırıb
Bəzi summativ qiymətləndirmələr ləğv oluna bilər - Emin Əmrullayev
NAZİR MÜAVİNİNİN ATASININ PULU OĞURLANDI, SƏRT İTTİHAMLAR İRƏLİ SÜRDÜ: "Azərbaycanda ən kriminal yer..."
İlham Əliyev Estoniya parlamentinin sədrini qəbul etdi
Bakıda iki bacını avtomobil vurdu
Tahir Mirkişili: "Prezidentimizin verdiyi tövsiyələr parlamentin fəaliyyətində rəhbər tutulub
Məhkəmə Masallının baş həkimi barədə qərar verdi
Nazirlik direktorun tələbəni təhqir etməsi ilə bağlı HƏRƏKƏTƏ KEÇDİ
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda OYUNBAZLIQLAR...
Vəzifəli şəxsdən pul alarkən tutuldular - Restoranda əməliyyat
Pakistan Hindistana aid PUA-nı vurdu
Daha bir tender — Deputata məxsus olduğu deyilən şirkət bu il 4,2 milyonluq sifariş alıb
AZƏRBAYCAN POLİSİ VİDEO
Nikol Paşinyan: “30 ildir özümüzü aldatmışıq, Qarabağın Azərbaycana aid olması ilə barışmalıyıq...”
Dünyada neft qiymətləri
Hövsanda azyaşlını vuraraq hadisə yerindən qaçan moped sürücüsü saxlanılıb -
"Tarqovıy"da növbəti biabırçılıq: Qız ərəblərə yaxınlaşır... - video
"Misir Mərdanovun adamı saxlanılsa da kimsəyə "gözün üstündə qaşın var" deyən olmadı"
ABŞ və Rusiya qarşıdurması: Ukraynadan Qafqaza, Suriyadan Nigerədək –
Baş nazir Azərbaycanda tədrisin əyani formada təşkili ilə bağlı qərar imzalayıb
Xoşqədəm Hidayətqızının adından yarım milyonluq dələduzluq edənin cəzası azaldıldı -