Son dəqiqə
12-09-2024, 16:40
170

Azərbaycan bələdiyyələrinin qanunsuz fəaliyyəti ilə bağlı hüquqşünas mövqeyi

Azərbaycan bələdiyyələrinin qanunsuz fəaliyyəti ilə bağlı hüquqşünas mövqeyi







Son vaxtlar Azərbaycanda vətəndaşların bələdiyyələrdən şikayətlərinin sayı xeyli artıb. İnsanlar özünüidarə orqanlarının mümkün olan hər kəsə əmlak vergisi borclarını ödəmələri haqqında hədələyici tələblər göndərməsindən, əks halda onları cərimələrlə, ölkədən çıxışa qadağalarla, avtomobillərinə həbs qoyulması ilə və s. təhdid etmələrindən şikayətlənirlər. Bəs əslində nə baş verir?

E-huquq.az xəbər verir ki, Vəkillər Kollegiyasının üzvü Mehman Sultanov mövzu ilə bağlı caliber.az-ın suallarını cavanlandırıb.

- Mehman müəllim, vətəndaşların bələdiyyələrdən şikayətlərinin sayının artması nə ilə bağlıdır?

- Bu şikayətlər həmişə olub, lakin son bir neçə aydır ki, onların xeyli artması müşahidə olunur. Bu nəticəyə müştərilərin, tanışların, qohumların və s. müraciətlərinə əsasən gəlirəm. Müraciətlərin mahiyyəti ondan ibarətdir ki, bəzi vətəndaşlar qəfildən əmlakları, xüsusən avtomobilləri üzərinə icra məmurları tərəfindən həbs qoyulduğunu öyrənirlər, digərlərinə özlərini icra məmuru kimi təqdim edən şəxslər zəng edir və bələdiyyə vergisinə dair borclarının olduğunu, borcu ödəməkdən imtina edəcəkləri təqdirdə isə ölkədən çıxışlarına məhdudiyyətin qoyulacağını bildirirlər.

Müəyyən bir vaxtda bu cür problemlər haqqında müraciətlərin sayında kəskin artım müşahidə olundu. Buna görə mən məsələni ətraflı araşdırmağa başladım və ilk növbədə vətəndaşlardan vergi ödəməyi hansı əsasla tələb etdiklərini öyrənmək üçün bəzi tanıdığım icra məmurlarına müraciət etdim. Nəticədə bəlli oldu ki, onlar cavab olaraq “İcra haqqında” qanunun 6.1.8-ci maddəsinə istinad edirlər. Bu maddədə icra edilməli olan sənədlər siyahısında bələdiyyə tərəfindən qəbul edilmiş inzibati akt da göstərilib.

İlk baxışda hər şey sanki qanuni görünür. Lakin mən bir hüquqşünas olaraq, ilk öncə vergilərin ödənilməsi qaydalarını və əsaslarını, borcların tutulması qaydalarını tənzimləyən əsas sənəd kimi AR Vergi Məcəlləsinə üz tutmaq qərarına gəldim.

- Bəs Vergi Məcəlləsində nə deyilir?

- Vergi Məcəlləsində “Yerli vergilər (bələdiyyə vergiləri)” adlanan 8-ci maddə var. Bu maddəyə əsasən, vergilərin hesablanması və ödənilməsi qaydaları, vergiləri ödəməkdən yayınmağa görə məsuliyyət müvafiq qanunvericiliklə müəyyən edilir.

Daha sonra “Yerli (bələdiyyə) vergilər və digər ödənişlər haqqında” 2001-ci ildə qəbul edilmiş qanuna istinad edirik. Həmin qanunun 7-ci maddəsi isə, bizi öz növbəsində 2003-cü ildə müvafiq qanunla təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında” əsasnaməyə yönləndirir.

Bu Əsasnamədə, xüsusən 3.2-ci maddəsində deyilir ki, əgər vergi ödəyicisinin vergi borcu yaranıbsa, həmin orqan bələdiyyənin qarşısında bu və ya digər vətəndaşın bu və ya digər müddət üçün yaranmış borcunun mövcudluğu haqqında məsələ qaldırmaq və bələdiyyəyə məhkəməyə müraciət etməyi, yəni borcun alınması üçün müvafiq iddia qaldırmağı təklif etmək hüququna malikdir.

Öz növbəsində, bələdiyyə məhkəməyə müraciət etməlidir, məhkəmə iddiaya baxıb qərar çıxarmalı, bu qərar qüvvəyə minməli və yalnız bundan sonra həmin məhkəmə qərarı icra edilməsi üçün icra məmurlarına göndərilməlidir.

- İndi aydındır ki, apellyasiya, kassasiya mərhələlərinin və s. olacağını nəzərə alsaq, məhkəmələr heç də bu cür iddiaların kütləvi şəkildə irəli sürülməsi perspektivindən məmnun olmayacaq.

- Bələdiyyələrin borcları yığmaq üçün kütləvi şəkildə iddialarla məhkəmələrə üz tutacaqlarından əmin deyiləm. Məsələ ondadır ki, bu işin həyata keçirilməsi üçün hər bir bələdiyyənin ştatında ən azı bir neçə hüquqşünas olmalıdır, bu perspektiv isə bu gün mənə kifayət qədər qaranlıq görünür.

Eyni zamanda, əlavə etmək istərdim ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 noyabr 2022-ci il tarixli maraqlı bir sənədi də vardır - “Yerli (bələdiyyə) vergi və ödənişlərin hesablanması, ödənilməsi və uçotu ilə bağlı metodiki vəsait”. Bu sənəddə aydın şəkildə qeyd edilib ki, bələdiyyələr borcu almaq üçün öz vergi xidmətlərinin təqdimatı əsasında məhkəməyə müraciət etməlidirlər və bundan sonra borcların, cərimələrin və s. ödənilməsi qüvvəyə minmiş məhkəmə qərarı əsasında, qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

Gördüyünüz kimi, böyük uyğunsuzluq yaranır, çünki hazırda bələdiyyələr məhkəmə qərarı olmadan icra üçün müraciət edirlər. Bu nə dərəcədə qanunidir? Müəyyən ziddiyyət göz önündədir. Axı, yuxarıda sadalanan qanunvericilik aktlarına uyğun olaraq, bələdiyyələr məhkəməyə borcun ödənilməsi haqqında iddia verməli və yalnız məhkəmə qərar verdikdən və bu qərar qüvvəyə mindikdən sonra icra və probasiya şöbələri tərəfindən icra olunmalıdır.

Lakin icra məmurları bələdiyyənin inzibati aktının qanuni olub-olmaması məsələsində “baş sındırmamağa” üstünlük verərək, onu avtomatik olaraq icra etməli olduqlarını hesab edirlər. Baxmayaraq ki, qanunda bələdiyyə vergilərinin yığılması proseduru dəqiq şəkildə təsbit olunub, yerli vergilərin yığılması və ödənilməsi qaydalarına dair xüsusi qanunvericilik var, Vergi Məcəlləsində də buna istinad olunur. Bu, birmənalıdırsa və qanunda təsbit edilibsə, burada fikir ayrılığı yoxdur və ola da bilməz.

- Bələdiyyələr nə üçün qanunu kütləvi şəkildə pozmağa başlayıblar?

- İcra məmurları “İnzibati icraat haqqında” Qanunun 82-ci maddəsinə də istinad edərək, pulların yığılması haqqında istənilən inzibati aktı icra etməli olduqlarını bildirirlər. Lakin bu zaman onlar nədənsə yuxarıda qeyd edilən xüsusi qanunvericiliyin mövcudluğunu nəzərə almaq istəmirlər. Axı, söhbət yüz minlərlə (bəlkə də milyonlarla) vətəndaşdan pul vəsaitinin yığılmasından gedirsə, ən azından bu amil məsələyə daha diqqətli yanaşmağa vadar etməlidir, elə deyilmi?

Qanunvericilik ziddiyyəti necə həll olunmalıdır? Bələdiyyələr qəbul etdikləri inzibati aktların formasına və məzmununa dair tələblərə riayət edirlərmi? Şəxsən mənim üçün bu halda suallar cavablardan daha çoxdur. Həm də bələdiyyələrin fəaliyyətinin şəffaflığı məsələləri şəxsən məni bir vətəndaş kimi narahat edir. Bələdiyyə məmuruna pulların haraya xərcləndiyi, hesabatlılıq, insanlar üçün nə edildiyi, bələdiyyələr üçün satınalmaların necə həyata keçirildiyi haqqında sual versəniz, məntiqli heç nə eşitməyəcəksiniz. Və bunu təkcə mən demirəm, çox sayda insan bu fikirdədir. Bu, bələdiyyələrə qarşı etimadsızlığın böyük səbəbidir. Onların tamamilə qanunsuz, icra məmurlarının köməyi ilə vergiləri yığmağa çalışması isə bələdiyyə orqanlarına qarşı hörməti artırmır.

Bilirsiniz, nəyə ümid edirlər? Bələdiyyə və icra məmurlarının hərəkətlərini mübahisələndirmək üçün çox sayda vətəndaş vəkilə müraciət etməlidir. Obyektin sahəsindən asılı olaraq, verginin miqdarı isə 50 manatdan 100 manata qədər təşkil edir. Adətən bələdiyyələr son üç il üçün vergilərin ödənilməsini tələb edirlər, yəni orta məbləğ 150-200-300 manat təşkil edir. Bu vergiyə etiraz etmək üçün isə vətəndaş vəkilə müraciət etməli və ona bundan daha artıq məbləğ ödəməlidir. Və təbii ki, insanların əksər hissəsi bununla məşğul olmaq istəmir. Bax, buna ümid edirlər - insanlar səssiz-səmirsiz ödəməyə üstünlük verirlər...

- Buna qarşı necə mübarizə aparmaq olar?

- Bu problem ictimailəşdirilməlidir, burada böyük rolu olan KİV-lər vasitəsilə dövlət orqanlarının diqqətinə çatdırılmalıdır. Mən bir vəkil kimi bu işdə hər cür iştirak edəcəyəm və bu mövzunu müzakirə etməyə hazıram. Axı, çox sayda vətəndaşın - fərdi ev, torpaq sahəsi, ticarət obyekti, mənzil sahiblərinin əmlak hüquqları pozulur.

Qeyd etmək istəyirəm ki, mən vergiləri ödəməməyə çağırmıram, bu, bütün vergi ödəyicilərinin öhdəliyidir. Lakin hər şey qanuna uyğun şəkildə rəsmiləşdirilməlidir, axı, orada hər şey aydın şəkildə yazılıb. Təəssüf ki, bəzən bizim məhkəmə və icra orqanlarımızda suallar yaradan təcrübə formalaşır. Və bu məsələdə formalaşan təcrübəni yanlış adlandırardım.

Aydındır ki, bələdiyyələr iddia hazırlamaq, məhkəmələrə müraciət etmək və vergilərin yığılmasına nail olmaq üçün ştatlarına hüquqşünas qəbul etmək, onlara əmək haqqı ödəmək istəmirlər. Və bax belə qanunsuz (və ya yarı-qanuni) metodla hərəkət etməyə üstünlük verirlər. Hesab edirəm ki, biz hüquqi dövlətin güclənməsinin tərəfdarıyıqsa, hüquqi özbaşınalıqdan başqa heç bir ad verə bilməyəcəyimiz bu vəziyyətə göz yummamalıyıq.

Xebertv.info

Digər xəbərlər

Azərbaycanda azyaşlının çılpaq şəkillərini yayan şəxs tutuldu - RƏSMİ
Günün qoroskopu -08.12.2019
Yevlaxda büdcə pullarına DÜŞMƏN MÜNASİBƏT... - Pulumuz belə çoxdursa, paylayın, camaata...-
Ramin Bayramlı pandemiyada 70 milyon manat qazanıb? - YENİ FAKTLAR
Siyəzəndə 6 saylı Litsey qəzalı vəziyyətdədir - VİDEO
Türkiyəli müşahidəçilər bir neçə gün ərzində Azərbaycana gələcək
Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı Bəyannaməsi qəbul edilib
ANAMA: Tovuz və Qazaxda 14 əməliyyat keçirilib
Əfqanıstanda növbəti terror: Çox sayda hərbçi həlak oldu
Ukrayna Belarusla bütün əlaqələri dayandırıb
Bəzi summativ qiymətləndirmələr ləğv oluna bilər - Emin Əmrullayev
NAZİR MÜAVİNİNİN ATASININ PULU OĞURLANDI, SƏRT İTTİHAMLAR İRƏLİ SÜRDÜ: "Azərbaycanda ən kriminal yer..."
İlham Əliyev Estoniya parlamentinin sədrini qəbul etdi
Bakıda iki bacını avtomobil vurdu
Tahir Mirkişili: "Prezidentimizin verdiyi tövsiyələr parlamentin fəaliyyətində rəhbər tutulub
Məhkəmə Masallının baş həkimi barədə qərar verdi
Nazirlik direktorun tələbəni təhqir etməsi ilə bağlı HƏRƏKƏTƏ KEÇDİ
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda OYUNBAZLIQLAR...
Vəzifəli şəxsdən pul alarkən tutuldular - Restoranda əməliyyat
Pakistan Hindistana aid PUA-nı vurdu
Daha bir tender — Deputata məxsus olduğu deyilən şirkət bu il 4,2 milyonluq sifariş alıb
AZƏRBAYCAN POLİSİ VİDEO
Nikol Paşinyan: “30 ildir özümüzü aldatmışıq, Qarabağın Azərbaycana aid olması ilə barışmalıyıq...”
Dünyada neft qiymətləri
Hövsanda azyaşlını vuraraq hadisə yerindən qaçan moped sürücüsü saxlanılıb -
"Tarqovıy"da növbəti biabırçılıq: Qız ərəblərə yaxınlaşır... - video
"Misir Mərdanovun adamı saxlanılsa da kimsəyə "gözün üstündə qaşın var" deyən olmadı"
ABŞ və Rusiya qarşıdurması: Ukraynadan Qafqaza, Suriyadan Nigerədək –
Baş nazir Azərbaycanda tədrisin əyani formada təşkili ilə bağlı qərar imzalayıb
Xoşqədəm Hidayətqızının adından yarım milyonluq dələduzluq edənin cəzası azaldıldı -