Son dəqiqə
7-04-2020, 14:37
629

Komitə sədrinin müavini: “Hərbçilərə mənzil verilməsi olduqca əhəmiyyətli hadisədir”

Komitə sədrinin müavini: “Hərbçilərə mənzil verilməsi olduqca əhəmiyyətli hadisədir”


“Mənzillə təmin olunmanı, sadəcə hərbçilərə ev verilməsi kimi yox, daha əhəmiyyətli hadisə - Azərbaycan Ordusunun mənəvi-psixoloji, döyüş əhval-ruhiyyəsinin yüksək tutulması, dövlət təhlükəsizliyimizin təmin olunması konteksində qiymətləndirmək doğru olar”.

XeberTv.info bildirir ki, bunu “Report”a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu deyib.

O bildirib ki, ön cəbhədə olan əsgər həm də bir vətəndaşdır, onun qayğıları öz həllini tapmalıdır: “Azərbaycan dövləti daim hərbçilərimizin bütün sosial problemlərini həll edir. Ordumuzun güclü, müdafiə qabiliyyətli olması üçün hərbçilərimizin bütün sosial problemləri də həll olunmalıdır. Azərbaycan dövləti ən müxtəlif vaxtlarda və vaxtaşırı hərbçilərin mənzillə təmin olunması ilə bağlı tədbirlər həyata keçirir, onların sosial rifahının, məişət şəraitinin yaxşılaşdırılmasına görə işlər görülür. Təbii ki, bunlar şəxsi heyəti sosial qayğılardan azad etməklə, onların diqqətini daim vətənin müdafiəsinə yönləndirmiş olur. Bu da hazırkı müharibə şəraitində yaşayan Azərbaycan üçün olduqca əhəmiyyətlidir. Şübhəsiz ki, milli təhlükəsizliyin qorunmasının müxtəlif vasitələri var. Bu gün hər bir ölkənin milli təhlükəsizliyini yumşaq güc vasitələrindən tutmuş hərbi güc vasitələrinə kimi geniş bir spektr əhatə edir. Ancaq bütün bunlara baxmayaraq, indiki tarixi mərhələdə ən ümdə məsələ və ən böyük vəzifə millətin ordusunun üzərinə düşür. Çünki sərhədlərimizin keşiyində dayanan əsgərlərimiz, milli ordu mənsublarımız ilk növbədə ərazi bütövlüyümüzün, milli təhlükəsizliyimizin təminatçıları qismində çıxış edirlər. Buna görə də Azərbaycan dövləti daim ordu mənsublarımızın sosial-məişət problemlərinin həlli ilə bərabər, mütləq şəkildə ordumuzun da ən müasir texniki avadanlıqlarla təchiz olunmasını təmin edir. Bu da kompleks xarakter daşıyır. Nəticədə ön cəbhədə olan əsgər həm də bir vətəndaşdır, qayğıları var. Onlar da öz həllini tapmalıdır”.

Hikmət Babaoğlu:

"Bunlar şəxsi heyəti sosial qayğılardan azad etməklə, onların diqqətini daim vətənin müdafiəsinə yönləndirmiş olur".


Milli Məclisin deputatı Asim Mollazadə isə hərbçilərin sosial ehtiyaclarının həll edilməsini Azərbaycan Silahlı Qüvvələrinin gücləndirilməsi kimi dəyərləndirib:

“Dövlətin orduya olan qayğısı Azərbaycan dövlətini daha da gücləndirir. İmkan yaradır ki, hərbçilər vətən uğrunda döyüşə gedəndə rahat olsunlar ki, dövlət onların yanındadır, dövlət təkcə onlara deyil, elə ailələrinə də dəstək göstərəcək.

Azərbaycan hazırda müharibə şəraitindədir. Müharibə həm səngərlərdə gedir, həm də informasiya platformasında. Ona görə də biz çalışmalıyıq ki, dövlətimiz güclənsin və Azərbaycan Silahlı Qüvvələri bölgədə ən güclü orduya çevrilsin. Əminəm ki, hərbçilərimizin bütün sahələrdəki sosial problemlərinin həlli istiqamətində Azərbaycan dövləti çox ciddi addımlar atacaq”.

Qeyd edək ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Suraxanı rayonunun Hövsan qəsəbəsində salınan yeni yaşayış kompleksinin açılışı olub.

Milli Məclisin deputatı Asim Mollazadə:

"Ona görə də biz çalışmalıyıq ki, dövlətimiz güclənsin və Azərbaycan Silahlı Qüvvələri bölgədə ən güclü orduya çevrilsin".


Ölkə başçısının “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Fərmanı ilə yaradılan komissiyanın müraciəti əsasında hərbi qulluqçuların mənzillərlə təmin olunması məqsədilə kompleksdə tam təmirli 436 mənzil ayrılıb.

Mənzillər tam təmirli olmaqla yanaşı, zəruri mebel avadanlıqları, fərdi kombi sistemi ilə də təchiz edilib. Kompleksin daxilində yaşayış üçün bütün infrastruktur yaradılıb. Belə ki, 1920 şagird yerlik məktəb binası, hər biri 90 yerlik iki uşaq bağçası inşa olunaraq sakinlərin ixtiyarına verilib. 20 hektar ərazidə inşa olunan kompleksin həyətində işıqlandırma sistemləri qurulub, yaşıllıq sahəsi salınıb, ətraf abadlaşdırılıb, uşaqların asudə vaxtının səmərəli təşkili üçün park və mini futbol meydançaları yaradılıb. Bütün bunlar da şəhərcik sakinlərinin rahatlığının təmin olunmasına əlverişli şərait yaradır.

Mənzillər təqdim olunan hərbi qulluqçular və onların ailə üzvləri yaradılan şəraitə, göstərilən qayğıya görə Ali Baş Komandana, Birinci vitse-prezidentə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Dövlətin daim qayğısı ilə əhatə olunan hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə icra olunan mühüm layihələr bundan sonra da ardıcıl xarakter alacaq. Hər bir hərbiçi, müharibə əlili, şəhid ailəsi tam əmin ola bilər ki, dövlətimiz daim onların yanında olacaq və öz qayğısını yüksək səviyyədə göstərməyə davam edəcək.

XeberTv.info


Digər xəbərlər

Saatlıya İcra başçısı təyin olunan Elmir Bağırov kimdir? - DOSYE
Bu şəxslər də güzəştli ipoteka krediti ala biləcəklər
Musa Qurbanlıya Avropadan sürpriz təklif
QOŞQAR TƏHMƏZLİ ƏHALİYƏ ZAY MƏHSUL YEDİRİR, OBYEKTLƏRƏ İSƏ…
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Biləsuvarın icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM
Şoyqu və Lavrov İrəvana gəldi
Gəncədə koronavirusdan ölmüş 12 nəfərin meyitinin dəyişik düşməsi ilə bağlı AÇIQLAMA
Nazir bağçalarla bağlı məsələyə aydınlıq gətirdi
Prezident 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib –
Vüqar Biləcəri vəfat etdi
Bakıda məhkumun ayağına taxılmış bilərziyi oğurlayıb pul tələb edənlər saxlanıldı
Ölkədə rəsmi çalışan işçilərin sayı açıqlanıb
Əhaliyə vacib xəbərdarlıq
Nazir Ramiz Mehdiyevin qardaşı oğluna yeni vəzifə verdi
Mingəçevirdə “Kalaşnikov”la gəzən şəxs tutuldu
Müdafiə Nazirliyindən deputatın Paşinyanın arvadının əsir götürülməsi ilə bağlı fikirinə CAVAB
Azərbaycanlıların soyqırımı qurbanları Şuşada anılıb - VİDEO
Çində "Arşın mal alan” operettası təqdim olunub -
"BakuBus"da dezinfeksiya kabinası quraşdırılıb
Şahbaz Quliyevin anası vəfat etdi
ADY zəlzələdən sonra yoxlamaya başladı, qatarların qrafikində kənaraçıxmalar ola bilər
Özünü polis kimi təqdim edib rüşvət alan şəxs ələ keçdi
Bərdədə bir subartezian quyusunun yenidən qazılmasına 28 000 xərclənəcək
Neftçalada ŞÜBHƏLİ ANLAŞMA...
Rövşən Əkbərovdan general rütbəsi niyə alınmadı? - Baş prokuror açıqladı
Ramiz Mehdiyevdən cavab...
Pakistanda atışma zamanı azı 11 nəfər həlak olub, yaralılar var
“Sədərək” yanğından sonra - VİDEO
Türkiyə ilk uçan avtomobilini təqdim etdi - VİDEO
{sape_links}{sape_article}