Son dəqiqə
14-05-2019, 16:19
685

Samirə 2-ci dəfə ərə gedir: "İmkanlı şəxs və iş adamıdır"

Samirə 2-ci dəfə ərə gedir: "İmkanlı şəxs və iş adamıdır"


Azərbaycanlı meyxanaçı-müğənni Samirə Yusifqızı 2-ci dəfə ailə qurur.

Beş.az xəbər verir ki, bu barədə Lent.az-a açıqlamasında xanım meyxanaçının özü deyib. O bildirib ki, ailə quracağı şəxs iş adamıdır: "Ailə quracağım şəxs Azərbaycan vətəndaşı deyil, əcnəbidir. İmkanlı şəxsdir. Adının açıqlanmasını istəmir. Evlilik təklifi etdi, düşündüm və müsbət cavab vermək qərarına gəldim. Onun imkanlı olması bu qərarımı verməkdə rol oynadı. Çünki imkan olmayanda ailədə söz-söhbətlərə səbəb olur. Demirəm ki, o milyonçu olmalıdır. Sadəcə ailəyə baxa biləcək gücü olmalıdır. Gördüm ki, o, ailəsindən savayı bir neçə ailəyə baxa bilər, mən də razı oldum. Mənə və sənətimə qadağalar qoymur. Sənətimi başa düşüb və məni bu sənətimlə qəbul edən adamdır. Ona görə də bu evliliyə razı oldum”.

İfaçı bildirib ki, seçimində yaxınlarının da rolu böyük olub: "Oğlum böyüyüb, qızım da ailə qurub. Hərə özü üçün sağ olsun. Yaşlananda insana ürək sirdaşına ehtiyacı olur. Həyat yoldaşım dünyasını dəyişəndən sonra ailə qurmayacağımı demişdim. Mən qocalanda, xəstələnəndə uşaqlarım, doğmalarım gələnə qədər, yanımda bir həyat yoldaşına ehtiyacım var. Heç olmasa o anda mənə bir stəkan çay verən olsun. Yaxınlarımla bir masa arxasında bu mövzunu müzakirə etdik və bir qərara gəldik ki, "hə” deyim. Anamın, övladlarımın razılığı olmasaydı, mən onunla ailə qurmazdım”.

S.Yusifqızı bu qərarına görə onu qınayacaq olan insanlara da sözünü deyib: "Mənim nə yaşım var ki? Ailə qurmaq yaşa baxmır. İnsanın şəxsiyyət vəsiqəsində göstərilən doğum tarixi ilə ürəyi bir ola bilməz. Əgər bir insanın ürəyi cavandırsa, ruhunu cavan hiss edirsə, enerjilidirsə, ona yaşlı demək olmaz. Özümə yaşlı insan kimi baxmıram. İncəsənət sahəsində elə insanlar var ki, 75 yaşları var, amma özlərini 50 yaşındakı kimi təqdim edirlər və ailə qururlar. Niyə mən ailə qurmayım ki? Məni tənqid edənlər sabah mənə nə çörək, nə də su verməyəcək. Hər kəs ilk öncə öz ailəsinin problemlərini çözsün, daha sonra gəlib mənim həyatımı müzakirə etsin. Mənə pis rəy yazanlara demək istəyirəm ki, ilk öncə özünüzü mənim yerimə qoyun, daha sonra nəsə yazın”.
Müğənni sonda bildirib ki, gələcək həyat yoldaşı evli olub: "O, evli olub, yoldaşı rəhmətə gedib. Çoxdandır ki, mənlə evlənmək fikri var idi. Nəhayət razı oldum”.

Qeyd edək ki, S.Yusifqızı 11 il ailəli olub. Həyat yoldaşı toyda oynayan zaman dünyasını dəyişib. Onun bu evlilikdən bir qızı və bir oğlu var. İfaçı bildirib ki, oğlu və qızını evləndirib, nəvələri var.

Digər xəbərlər

"Bundan sonra faktlar danışacaq" - Lalə keçmiş əri haqda
“Maska meyvə deyil ki, üzərində qurd çoxalsın”
Tibbi maskaların ölkə ərazisindən çıxarılmasına icazə verildi - QƏRAR
Polad Bülbüloğlu: “Ermənistanın hazırkı siyasəti fonunda danışıqlar mənasızdır”
ABB-nin Mastercard kartları ilə təmassız ödənişlər apar, hədiyyələr qazan!
Milli Məclisin mayın 1-də keçiriləcək iclasının gündəliyi açıqlanıb - YENİLƏNİB
Rayonlarda internetin bağlanacağı ilə bağlı xəbərə nazirlikdən - REAKSİYA
İlham Əliyev “Starwood Capital Group” şirkətinin təsisçisi və icraçı direktorunu qəbul edib -
Alim Qasımovun kürəkəninin məhkəməsində polis əməkdaşı ifadə verib
Bu gün Gürcüstanda parlament seçkiləri keçirilir
Ronaldodan dubl, "Yuventus"dan qələbə - Video
Şuşada DTX, polis və agentlik əməkdaşlarından əməliyyat: Xeyli silah-sursat tapıldı -
Günün qoroskopu -  10.01.2020
Ağdamdakı Birgə Monitorinq Mərkəzinin açılışı oldu
YAP-ın deputatlığa namizədi də həbs edildi
Bakının mərkəzində qəza anı kameraya düşdü - VİDEO
Dünya bazarında neft ucuzlaşıb
Sabah 25 dərəcə isti olacaq
Paşinyanla Putin arasında telefon danışığı olub
"Tural Abbaslının çıxışları kütlə psixologiyasına hesablanıb" - Emil Rasimoğlu
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan atletika üzrə dünya çempionatının finalını izləyərkən söhbət ediblər
FHN: Gəncədə dağıntılar altından 17 nəfər çıxarılıb
Bakıda avtobusda biabırçılıq - VİDEO
“Times” ilk dəfə “İlin uşağı”nı seçdi
Sahibə Qafarova: Türkiyənin gücü Azərbaycanın gücü, Azərbaycanın gücü isə Türkiyənin gücüdür.
Sentyabrın 8-dən bu məhdudiyyətlər götürülür - RƏSMİ
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Azərbaycanda vəzifəli şəxs həbs edildi - RƏSMİ
İşğaldan azad olunan Laçında Azərbaycan bayrağı qaldırıldı - VİDEO
Hökumət koronavirusa görə bu tələbələrə də yardım edəcək
{sape_links}{sape_article}