Son dəqiqə
30-05-2024, 19:46
121

Ramiz Mehdiyev-Əli Həsənov şər yuvasını bərpa edən məmur kimdir?

Ramiz Mehdiyev-Əli Həsənov şər yuvasını bərpa edən məmur kimdir?
Xaricdəki söyüş müxalifətinin əsas simalarından olan Tural Sadıqlı və Əfqan Muxtarlı arasında sərt ittihamlarla müşahidə edilən qarşıdurma diqqət çəkən məqamlar üzə çıxarıb.

Bir-birlərini satqınlıqda, hakimiyyətə işləməkdə ittiham edən bu iki şəxs bilərəkdən və ya bilməyərəkdən şübhəli iz buraxıblar.

Belə məlum olur ki, hakimiyyət daxilində yenidən hansısa qrup peyda olub və bu qrup vaxtilə Ramiz Mehdiyev-Eldar Mahmudov çəkişməsinə bənzər bir şəkildə mübarizəyə başlayıblar.

Yəni, media müstəvisində öz haqq-hesablarını çürütməyə girişiblər. Sirr deyil ki, vaxtilə adıçəkilən bu konfliktli tərəflər ölkə daxilində medianın bir hissəsini məhz öz çirkin oyunlarına alət etmişdilər. İndi isə vəziyyət dəyişib.

Etiraf etmək lazımdır ki, ölkədəki media əvvəlki media deyil, kimlərinsə daxildəki mətbuatdan illər öncəki kimi öz iyrənc məqsədləri üçün yararlanmaq imkanları xeyli dərəcədə məhdudlaşıb.

Hakimiyyət daxilində ixtilafa başlayan qrup bəlkə də bu səbəbdən xaricdəki söyüş müxalifətinə üz tutmaq yolunu seçib. Hər halda Tural Sadıqlı və Əfqan Muxtarlı arasındakı dartışmanın üzə çıxardığı reallıq belə deməyə əsas verir.

Məlum olur ki, hakimiyyətin ən yüksək eşalonlarında təmsil olunan əksər məmurlar haqqında söyüş müxalifətinə və onun ən mənfur nümayəndələrindən biri olan Tural Sadıqlıya şər-böhtan xarakterli məlumatlar ötürən elə hakimiyyətin daxilindəki şəxs və ya şəxslərdir.

Xaricdəki blogeri, söyüş müxalifətini maliyyələşdirməyə qədər alçalanlar heç də məhdud imkanlara malik zəif məmurlar deyillər. Şübhə yoxdur ki, bu şəxslər hakimiyyətin üst səviyyələrində təmsil olunur və tutduqları mövqe, sahib olduqları var-dövlət onların bundan əvvəl baş verənlərdən dərs almamağa qədər gözlərini kor edib, başqa sözlə, azğınlaşdırıb.

Hakimiyyətdən dolanıb, onun imkanlarından bəhrələnib, yüksək kürsüdə əyləşib milyonlar qazanan məmur-oliqarx hakimiyyət komandasının ən nüfuzlu simalarını hədəfə gətirirsə, oturduğu budağı kəsmək üçün eyni komandada təmsil olunduğu məmurları gözdən salmağa belə girişirsə, bunun adı ən yaxşı halda nankorluq, ən pis halda xəyanətdir.

Hakimiyyət komandasında yüksək mövqe tutub xaricdəki söyüş müxalifəti ilə işləyən məmur və ya qrup hər kimdirsə, ən çirkin siyasi oyunlara qoşulub. Bu şəxslər xaricdəki söyüş müxalifətini maliyyələşdirməklə təkcə onun yaşamasına vəsilə olmur, həm də öz niyyətlərini addım-addım gerçəkləşdirmək istəyirlər.

Qısası, məmurlar haqqında sifarişli materialllar verməklə hakimiyyətin əsaslarını laxlatmağa cəhd edirlər.

İqtidar daxilində cücərən, xaricdəki söyüş müxalifətinə maliyyə ayıranlar kimlərdir? Ehtimal etmək olar ki, bu gün Əfqan Muxtarlı Sadıqlıdan “Tural, Avropada hansı Azərbaycan məmuru ilə görüşüb dərdləşirsən? Kimdir o məmur? Nə danışırsız? Müxalifətçi, özü də Əliyevi sərt şəkildə tənqid və təhqir edən birini nə əcəb Azərbaycan məmuru qəbul edir? Nəyin müqabilində?” -sualını ünvanlamağa başlayıbsa, tezliklə həmin məmurun adını da açıqlaya bilər.

Amma heç kəs düşünməsin ki, bu baş verənlərə hakimiyyət laqeyd qalacaq.

Həmin şəxslərin ifşa olunacağı gün uzaq deyil. Onsuz da nə vaxtdır cəmiyyətdə xaricdəki dəstənin hakimiyyət daxilindən maliyyələşməsi barədə fikirlər dolaşır. Bu gün həmin fikirlərin bihudə olmadığını görməkdəyik.

Söyüş müxalifəti açıq şəkildə bir-birini hakimiyyətlə iş birliyində olmaqda ittiham edir və bu ittihamın tonu ciddi əsaslar, şübhələr yaradır. Belə olan halda oturub hakimiyyətdəki hansısa azğınlaşmış məmurun daha da irəli getməsini, harınlıqdan siyasi oyunlara yuvarlanmasını sadəcə sezmək qəbuledilməzdir. Bu yaranı ya müalicə etməlisən, ya da kəsib biryolluq atmalısan ki, ağırlaşıb fəsad törətməsin!/qafqazinfo/

Xebertv.info

Digər xəbərlər

Erməni hərbçisi müəmmalı şəraitdə ölüb
Şuşadakı kilsəyə mifik “raket zərbəsi” - Erməni tərəfin növbəti təxribatı+Foto
Azərbaycanlı sabiq deputat vəfat etdi
Siyavuş Novruzov  istefa verdi
Daşkəsəndə QOÇU PEYDA OLUB... -
Paşinyanın korteji hamilə qadını öldürdü -
Məmurların klinika biznesi....-
Ermənistanın yüksək rütbəli zabitləri məhv edildi
Özünü vəzifəli şəxs kimi təqdim edən dələduz həbs edildi
50 yaşa çatmadan ölən azərbaycanlı JURNALİSTLƏR
“Barselona” “Ayaks”dan aldığını PSV-yə verdi
Ramiz Mehdiyevin nəvəsinin toyundan daha bir görüntü paylaşılıb
Yıxıldığı deyilən şagird həqiqətəndə məktəbdə intihara cəhd edibmiş
Moskva bəyan etdi: Əliyevlə Paşinyan arasında görüş olmayacaq
Deputatın adı QALMAQALDA - İDDİA
Bakıda usta binadan yıxıldı
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Kiyevdə səfərdədir
Lerikdə qalmaqal: 59 yaşlı müəllim şagirdinə təcavüz etməkdə suçlanır
AFFA-nın xanım nümayəndəsi Konfrans Liqasının oyununa təyinat aldı
İlham Əliyevin son sərəncamları ilə neçə hərbçi orden və medallar aldı?
Sabah qar yağacaq? - RƏSMİ
Elektrik enerjisi tarifləri 40%-ə yaxın artacaq - Türkiyədə
"Həmin yazıda mənim haqqımda olmazın, vicdana, namusa sığmayan sözlər yazılıb" - Deputat köməkçisi ittihamlara CAVAB VERDİ
"Sövdələşərək, sudan vicdansızcasına istifadə edirdilər"
Düşmənin bu texnikaları da sıradan çıxarıldı - SİYAHI
İctimai Şura nəyi dəyişə bilər? - GƏLİŞMƏ
Bakıda arvadını öldürən hakimin işi məhkəməyə göndərilib
Ərəbləri Azərbaycana gətirən məmurun kimliyi bəlli oldu
Nailə Mirməmmədlinin ölüm səbəbi müəyyənləşdi
Azərbaycanlı aparici dünyasını dəyişdi.