Son dəqiqə
İdman
13-07-2021, 19:11
2521
AFFA-nın xanım nümayəndəsi Konfrans Liqasının oyununa təyinat aldı
AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri və İcraiyyə Komitəsinin üzvü Könül Mehtiyeva UEFA-dan təyinat alıb.
AFFA-dan verilən məlumata görə, Mehtiyeva Latviyanın “Valmiera” və Litvanın “Suduva” komandaları arasında Konfrans Liqasının birinci təsnifat mərhələsinin cavab oyununda UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, qarşılaşma iyulun 15-də Riqada keçiriləcək.
XəbərTv.info