Son dəqiqə
2-12-2020, 10:50
5 288

Bakıdan azad edilmiş rayonlara marşrutlar açılacaq

Bakıdan azad edilmiş rayonlara marşrutlar açılacaq


“İşğaldan azad olunan Şuşa, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər və Laçın rayonlarında nəqliyyat infrakstrukturunun yenidən qurulması, bu rayonlarda istər quruculuq dövründə, istərsə də sonrakı illərdə yük və sərnişin daşınmasına olan tələbatın təmin edilməsi, beləliklə avtomobil nəqliyyatı ilə göstəriləcək bütün xidmətlərin bərpa edilməsi əsas prioritetlərdəndir”.

XeberTv.info bildirir ki, bu barədə “Qafqazinfo”ya Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) məlumat daxil olub.

Qeyd olunur ki, işğaldan azad edilən ərazilərimizdə 22 avtonəqliyyat müəssisəsi (bu müəssisələrə məxsus qarajlar, idarə binaları, sexlər, qaraj avadanlıqları, qurğular), 10 avtovağzal və avtostansiya kompleksi, avtonəqliyyat müəssisələrinə aid Ağdamda 160, Laçında 70, Füzulidə 60, Cəbrayılda 15, Zəngilanda 40, Şuşada 90, Xocalıda 70, Qubadlıda 50, Xankəndidə 350, Kəlbəcərdə 70, Ağdərədə 30, Xocəvənddə 10 ədəd, ümumilikdə 1 015 ədəd nəqliyyat vasitəsi talan edilib, yararsız hala gətirilib. Məhv edilən nəqliyyat infrastrukturu və maddi-texniki bazanın dəyəri isə milyonlarla manat həcmində ölçülür.

“İşğaldan azad edilən şəhər və rayonlarımızda yük daşınması, avtobusla sərnişin daşınması və taksi minik avtomobilləri ilə sərnişin daşıma xidmətlərinin göstərilməsi məqsədilə avtomobillərə xidmət etmək üçün təmir sexləri, texniki qulluqların aparılması sahələri, yanacaq doldurma məntəqəsi, avtoyuma məntəqəsi və avtomobillərin texniki cəhətdən saz vəziyyətdə saxlanılması üçün digər sexlər və duracaq sahələri olan Avtonəqliyyat təsərrüfatının təşkil edilməsi nəzərdə tutulub. Nəzərdə tutulan işlər dövlət-özəl sektor tərəfdaşlığı layihələrinin tərkib hissəsi kimi reallaşdırılacaq. Bu, həmçinin özəl sektor üçün yeni investisya imkanlarının yaranması və böyük layihələrin idarə edilməsi ilə bağlı təcrübələrin formalaşmasına geniş təkan vermiş olacaq. Bu məqsədlə DANX təklif olunan avtomobil nəqliyyatına dair infrastruktur obyektlərinin nümunəvi tikinti-layihə sənədlərini hazırlayır”, - açıqlamada bildirilir.

İşğaldan azad olunan ərazilərin iqlimi, torpaq fondu, burada həm aqrar, həm sənaye, həm də turizm üçün böyük perspektivlər açır: “Həmin ərazilərdə əhalinin yenidən məskunlaşması üçün inşa ediləcək kənd və qəsəbələrə ilkin olaraq hər rayon üçün sərnişindaşıma fəaliyyəti göstərilməsi məqsədilə rayon mərkəzlərini nisbətən böyük kənd və qəsəbələrlə əlaqələndirən, həmçinin ölkəmizin paytaxtı Bakı şəhərini və digər şəhərləri (Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Bərdə, Tərtər və s.) həmin rayonların mərkəzləri ilə əlaqələndirən müntəzəm rayondaxili (şəhərdaxili) və müntəzəm şəhərlərarası (rayonlararası) sərnişindaşıma marşrutunun təşkil edilməsi nəzərdə tutulur.

Yerli əhali öz doğma yurdlarına qayıtdıqdan sonra burada həyat yenidən canlanacaq, yeni iqtisadi sahələr yaradılacaq və müntəzəm sərnişindaşıma marşrutlarının sayı sərnişin axınına uyğun olaraq təkmilləşdiriləcək və zərurət yarandıqca yenidən təşkil ediləcək”.

Digər xəbərlər

Polkovnik-leytenant bilib pul verdilər, bərbər çıxdı
Yevlax-Xankəndi dəmir yolunun bir hissəsinin yenidən qurulmasına başlanıldı
Günün qoroskopu -  08.01.2020
Tramp xəstəxanadan buraxıldı - VİDEO
Eldar Mahmudovun dostunun iki milyon vergi borcu var
Deputat: “Ermənistan Hadrutun azad olunması ilə barışa bilmir”
“Qarabağ” ordeni alan Əfqan Nağıyev Hadrut və Füzulidə döyüşüb
 Biləsuvarın yeni başçısı da köhnəsi kimi işləyir - NARAZILIQ!
DİN: Jurnalistlər avtomobildən şəxsi məqsədləri üçün istifadə edə bilməzlər
Qırğızıstanın keçmiş prezidenti azadlığa çıxdı
İrandan çağırış: təyyarələr hava məkanımızdan uzaq dursun!
Terror aktı nəticəsində Suriya işıqsız qalıb
Şuşa Bəyannaməsinin imzalanmasından bir il ötür
“Barselona”nın son prezidenti saxlanıldı
Tovuzda xüsusi karantin qaydaları belə pozulur (FOTO/VİDEO)
Sosial şəbəkələrə giriş qadağan edildi
Bəzi ərazilərdə İŞIQ OLMAYACAQ - XƏBƏRDARLIQ!
“Qızım yuxuda ikən otağa basqın etdilər” - Mənsimov açıqlama yaydı
Kəlbəcərin Aşağı Ayrım kəndindən görüntülər - VİDEO
Məşhurların qorxuları
Rus ordusu genişmiqyaslı hücuma keçə bilər?
Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanda Elbası Nursultan Nazarbayevlə görüşüb
Ölkədə bu gün peyvənd olunanların sayı AÇIQLANDI
Azərbaycanla Türkiyə Qarabağ zəfəri barədə film çəkəcək
"DSMF rayon şöbəsinə müraciət etsəm də..." - GİLEY
Ağciyər Xəstəlikləri İnstitutunda daha 2 xəstə öldü
Türkiyədə güclü zəlzələ baş verib
Ermənilərin atdıqları partlamamış hərbi sursatlar, minalar zərərsizləşdirildi
Deputat oğlunun həbs müddəti uzadıldı
Koronavirusa yoluxan mer komaya düşdü