Son dəqiqə
8-11-2020, 07:06
6 528

Ermənilərin atdıqları partlamamış hərbi sursatlar, minalar zərərsizləşdirildi

Ermənilərin atdıqları partlamamış hərbi sursatlar, minalar zərərsizləşdirildi


Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Bərdə, Goranboy, Naftalan, Füzuli, Şəmkir, Tərtər rayonları, Gəncə və Yevlax şəhərləri ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 94 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən iki müraciət daxil olub.

ANAMA-dan verilən məlumata görə, daxil olmuş 96 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Hacılar, Qaraxanlı, Şənlik, Avşar, Aşağı Avşar, Minəxorlu, Hüsülü kəndləri, Tofiq İsmayılov küçəsi, Ağdam rayonunun Orta Qışlaq, Əfətli, Kolqışlaq, Mirəşelli, Çəmənli, Baharlı, Böyüklü, Sarıcalı, Zəngişalı kəndləri, Baharlı-2 qəsəbəsi, Bərdə rayonunun Yeni Əyricə, Zümürxan, Otuzikilər, İmamqulubəyli, Ərəblər, Nazırlı, Quşçuluq, Əyricə kəndləri, Nüşabə küçəsi, Naftalan rayonunun Qaşaltı Qaraqoyunlu kəndi, Füzuli rayonunun Şükürbəyli, Yuxarı Veysəlli kəndləri, üçüncü və beşinci Zobcuq qəsəbələri, Şəmkir rayonunun Aşağı Seyfəlli kəndi, Tərtər rayonunun Azad Qaraqoyunlu, Düyərli, Ələsgərli, Qaynaq, Sarıcalı, Yuxarı Sarıcalı, Yenikənd, Köçərli, Keçəlli, Səhləbad, Güyərli, Əskipara kəndləri, Naxır qəsəbəsi, E.Səfərov, H.Aslanov, Vaqif küçələri, Gəncə şəhəri Kəpəz rayonu, Yevlax şəhəri Aran qəsəbəsi Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 77 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı səkkiz ədəd partlamamış hərbi sursat (PHS), üç ədəd 9N235 bombacığı, üç ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator və 45 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən üç ədəd partlamamış hərbi sursat (PHS), üç ədəd 9N235 bombacığı, mexaniki minatəmizləmə qrupu tərəfindən 25 ədəd piyada əleyhinə mina (24 ədəd PMN və bir ədəd PMD-6) zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 42 777 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

XeberTv.info

Digər xəbərlər

Beyləqandan qovulan deputatdan “ÜTÜLÜ” PAYLAŞIM – FOTO - VİDEO
Müəllim gördüyü mənzərədən ŞOKA düşdü- İlanlar.../FOTO
İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyinin Bakıda yeni inzibati binasının açılışında iştirak edib -
Ermənilərin alban məbədlərinə iddialarının əsas səbəbləri nədir?
Qadın paltarı geyinən kişidən – Qorxunc əməl
Qubad İbadoğlu bu maddə ilə ittiham olunur - Onu neçə il həbs gözləyir?
Fikrət Məmmədov deputatın qardaşına yüksək vəzifə verdi
Ölkəmizdə bir il ərzində 15-17 yaşlı qadınlar iki mindən çox uşaq dünyaya gətirib
Qubada yanğınları yeniyetmələr törədirmiş - Şübhə çəkməmək üçün...
Görənlər gözlərinə inanmır: Bu evin içərisində... VİDEO
Bakıda təhsil müəssisələrində dərslər sentyabrın 2-də başlayacaq
Merkeli kim əvəzləyəcək?
Bakıda kütləvi davada iki nəfər necə öldürülüb? - İTTİHAM AKTI
Ən çox söyülənlərdən biri Tərtərin  icra başçısıdır...
Azərbaycan Uruqvaya nota verdi
Əhəd Abıyev, sən haranısa təmənnasız kiməsə verərsən ?- Böyrək yaman şeydir, yoldaş Abıyev
İlham Əliyev Sərəncam imzaladı
Ermənilərin qərargah rəisi və tabor komandirinin müavini məhv edildi
Tarixçi alimin məhkəməsinə 38 şahidin məcburi gətirilməsi qərarı verilib
Rusiya hökuməti bir aya istefa verəcək
İlk bu şəxslərə peyvənd vurulacaq
Dünya bazarında neft qiymətləri
“Aztelekom”un sədri vəzifəsindən azad edilib? - AÇIQLAMA
“Səhərdən axşama günün altında işləməkdən rəngimiz qara qarğanın rəngindən seçilmir...”
Övlad itkisi dəhşətdir - Qənirə Paşayevanın anası ilə MÜSAHİBƏ
Röya: Oğlumun bu hərəkətinə görə üzr istəyirəm
Bakıda oğlunu və gəlinini baltalayan kişi tutuldu
Azərbaycanda ən varlı bələdiyyələr (SİYAHI)
Tağı Əhmədovun oğlunun biznesi üzə çıxdı - kağız və plastik qab istehsalı ilə məşğul olurmuş
Tramp hakimiyyətin Baydenə ötürülməsi ilə razılaşdı