Son dəqiqə
6-06-2023, 14:57
179

İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyinin Bakıda yeni inzibati binasının açılışında iştirak edib - FOTO

İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyinin Bakıda yeni inzibati binasının açılışında iştirak edib -
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bakıda yeni inzibati binası istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Son illərdə paytaxtda modern üslubda tikilən binalar sırasına daha biri əlavə olunub. Xətai rayonu, Nəcəfqulu Rəfiyev və Süleyman Vəzirov küçələrinin kəsişməsində ucaldılan yeni bina da müasir memarlığı ilə diqqəti cəlb edir.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bina barədə dövlətimizin başçısına məlumat verib.

Bildirilib ki, yeni binanın tikintisinə 2017-ci ildə başlanılıb və bu ilin iyun ayında başa çatdırılıb. Müasir memarlıq üslubuna uyğun inşa olunan bina nazirliyin aparatı ilə yanaşı, Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Tədqiqatlar Mərkəzi, Aqrar İnnovasiya Mərkəzi və Aqrar İnkişaf Könüllüləri olmaqla 500-ə yaxın əməkdaşın fəaliyyəti üçün nəzərdə tutulub.

Binanın hündürlüyü 12 metr olan foyesində “Əbədiyyət” kompozisiyası nümayiş olunur. Kompozisiyanın müəllifi rəssam-heykəltəraş Rəşad Mehdiyevdir.

Üç hissədən ibarət olan kompozisiyanın rəmzi motivi Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyini əks etdirir.

Kompozisiyada Azərbaycan xalqının həyat fəlsəfəsinə uyğun əbədi dəyərləri, qalib insan ruhunu, zəhməti və bərəkəti, dayanıqlılığı nümayiş etdirən ideyalar əksini tapıb. Mərkəzdə Heydər Əliyevin büstü olan kompozisiyada ağacın budaqları səmaya və sonsuzluğa doğru ucalır. Kufi üslubunda xüsusi bir nizamla yaradılan şəbəkə səmanı ifadə edir. Səmada ümummilli liderin anadan olmasının 100 illiyini əks etdirən 100 ulduz parlayır.

Ağacla bərabər səmaya ucalan sütunlar ərzaq təhlükəsizliyinin dayanıqlılığını təcəssüm edir. Ağacın budaqları kompozisiyanın sağına - qələbə və sülhün bərqərar olduğu bərəkətli torpaqlar əks edilmiş rəsmə doğru uzanır. Yağlı boya ilə işlənən əsərdə əzəmətli dağın və geniş buğda zəmisinin üzərindən səmaya doğru pərvazlanan göyərçinlər 44 günlük Vətən müharibəsində qazanılan Qələbəni müjdələyir.
“Əbədiyyət” kompozisiyasının sol hissəsində torpaqlarımızda yetişən nemətləri təqdim edən insan əlləri heykəli əks etdirilib. Bərəkət və zəhməti təcəssüm etdirən əllər ağacın budaqlarından qidalanır.

Qeyd edildi ki, burada ümummilli liderə həsr olunan xüsusi “Heydər Əliyev-100” guşəsi də yaradılıb. Bu il xalqımız müasir Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd edir. Ulu öndərin Azərbaycanda aqrar sahənin inkişafı ilə bağlı gördüyü işlər guşədə geniş əks olunub.

Nazirliyin yeni binası ilə tanışlıq zamanı qeyd olunub ki, 215 otaqdan ibarət işçi mərtəbələrdə əməkdaşların fəaliyyəti üçün hər cür şərait yaradılıb. Binada nazirliyin Elektron İdarəetmə Mərkəzi üçün xüsusi otaq, hər cür şəraitə malik və müasir multimedia vasitələri ilə təchiz olunan konfrans və iclas zalları, həmçinin müxtəlif təyinatlı iclas otaqları, yeməkxana var. Diqqətə çatdırılıb ki, ərazidə 170 avtomobil yerlik dayanacaq yaradılıb.

Qeyd edək ki, ölkəmizdə kənd təsərrüfatına dövlət dəstəyinin gücləndirilməsi, aqrar sığorta mexanizminin tətbiqi aqrar sahənin dinamik inkişafına müsbət təsirini göstərir. Bunun nəticəsidir ki, 2022-ci ildə Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalının həcmi 3,4 faiz artıb. Artım dinamikası 2023-cü ilin ilk dörd ayında da qorunub-saxlanılıb. Həmin müddətdə ölkədə kənd təsərrüfatı məhsulları istehsalının həcmində ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz artım qeydə alınıb.

Subsidiyaların Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi vasitəsilə verilməsi, aqrar sahədə rəqəmsallaşma səviyyəsinin ildən-ilə artmasını təmin edir. Aqrar sahəyə dair müasir innovasiyalar və texnologiyalara, texnoloji yeniliklərə, kənd təsərrüfatı texnikasına, damazlıq heyvanlara əlçatanlığın təmin edilməsi, gübrə bazarının liberallaşdırılması sağlam rəqabət mühitinin formalaşmasına səbəb olub. Məhsul istehsalının artması kənd təsərrüfatı məhsullarının ixrac potensialını yüksəldib. Belə ki, ötən il ölkəmizdən xarici bazarlara 886,1 milyon ABŞ dolları dəyərində kənd təsərrüfatı məhsulu ixrac olunub. İxracın həcmi əvvəlki illə müqayisədə 1 faiz artıb.





XəbərTv.info

Digər xəbərlər

Cəlilabad sakini Bakıda narkotiklə tutuldu
Azyaşlıya qarşı şiddət göstərən tərbiyəçi təhqiqata cəlb edildi
Bakıda nəhəng ölçülü şişi olan körpə doğulub
Kəbirə Məmmədovaya AĞIR İTTİHAMLAR -
Azərbaycanda bir dəqiqəlik sükut olacaq
Sinif yoldaşları Prezidenti təbrik etdi
Azərbaycanda vəzifəli şəxs vəfat etdi
Mələkxanımın qızının toyundan yerə görə küsüb gedən məşhur cütlük ONLAR İMİŞ - FOTO
Paşinyan: "Ən azı beş rayonun qaytarılmasını təklif etməliydim..."
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC sədrinin müavini biznes yolunda
Bakıda məktəb direktoru vəfat edib - FOTO
Azərbaycanda maşın "Təzə bazar"a girdi: yaralılar var - VİDEO
"Qərbi azərbaycanlılar bu ərazilərə köçürülsün" - Millət vəkilindən TƏKLİF
“1400 azərbaycanlı həkimin getməsi çox düşündürücüdür”
“Millimizi çempionatın gedişatı ilə ölçsək, gərək, yaylıq götürüb ağlayaq” – Samir Abasov
"Real Madrid" daha bir ulduzu transfer edir!
Mədəniyyət naziri vəzifəsini icra edən şəxs məlum oldu - EKSKLÜZİV
Qayınanasını yataq otağına salıb zorladı, sonra... - Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ
Rus aktyor transseksualı öldürüb, doğrayıb cəsədini çaya atdı
İlham Əliyev: “Məcburi köçkün ora istirahətə gedəcəksə, niyə pul xərclənməlidir?”
"SMS-lə icazə polisin vətəndaşları qanunsuz cərimələməsinin qarşısını alacaq"
Fonda daha hansı nazirlər nə qədər ianə etdi? - Siyahı
Düşmən yeni təxribatlara hazırlaşır?
Xidməti vəsiqə ilə hərəkətinə icazə verilən şəxslər - SİYAHI
Anar Cəbrayıllını ifşaedən ikinci-SƏSYAZISI
Ağcabədidə Təranə Məmmədova və Cəsur Paşayev kabusu dolaşır... -
"Zirə" komandasında yeni təyinat olub
Almaniya Rusiya neftinə embarqonu DƏSTƏKLƏDİ
İlham Əliyev Çex Respublikasının yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib -
“İnterpol” 43 yaşlı Azərbaycan vətəndaşını axtarır
{sape_links}{sape_article}