Son dəqiqə
4-04-2020, 16:58
936

DİN: Jurnalistlər avtomobildən şəxsi məqsədləri üçün istifadə edə bilməzlər

DİN: Jurnalistlər avtomobildən şəxsi məqsədləri üçün istifadə edə bilməzlər

Daxili İşlər Nazirliyi Kütləvi İnformasiya Vasitələrinin (KİV) nümayəndələrinin, o cümlədən fasiləsiz fəaliyyət göstərən qurumların əməkdaşlarının, habelə müvafiq icazə ilə hərəkət edən şəxslərin market və aptekə gedərkən SMS vasitəsilə icazə alması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Nazirlikdən verilən məlumata görə, aşağıdakı şəxslərin 8103 nömrəsinə SMS-lə müraciət etməsi tələb edilmir: “Xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında hərəkət edən şəxslər, həmçinin barəsindəki məlumatlar işəgötürən tərəfindən “icaze.e-gov.az” portalına daxil edilmiş şəxslərin ərzaq və digər tələbat mallarını, dərman vasitələrini almaq üçün əlavə icazə vasitəsinə müraciət etməsinə ehtiyac yoxdur”.

Həmçinin, Kütləvi İnformasiya Vasitələrinin əməkdaşlarının şəxsi avtomobilləri ilə işə gedib-gəlməsinə heç bir məhdudiyyət yoxdur. Lakin jurnalistlər avtomobildən şəxsi məqsədləri üçün istifadə edə bilməzlər: “Jurnalist avtomobili ilə ailə üzvlərini daşıya bilməz. Onlar avtomobilindən yalnız iş məqsədi ilə istifadə edə bilərlər. Əgər avtomobili idarə edən jurnalistin ailə üzvlərindən kimsə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən fəaliyyətinə icazə verilmiş qurumlardan birində işləyirsə, jurnalist həmin ailə üzvünü də öz avtomobili ilə işə apara bilər”.

XeberTv.info

Digər xəbərlər

Beyləqandan qovulan deputatdan “ÜTÜLÜ” PAYLAŞIM – FOTO - VİDEO
Müəllim gördüyü mənzərədən ŞOKA düşdü- İlanlar.../FOTO
İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyinin Bakıda yeni inzibati binasının açılışında iştirak edib -
Ermənilərin alban məbədlərinə iddialarının əsas səbəbləri nədir?
Qadın paltarı geyinən kişidən – Qorxunc əməl
Qubad İbadoğlu bu maddə ilə ittiham olunur - Onu neçə il həbs gözləyir?
Fikrət Məmmədov deputatın qardaşına yüksək vəzifə verdi
Ölkəmizdə bir il ərzində 15-17 yaşlı qadınlar iki mindən çox uşaq dünyaya gətirib
Qubada yanğınları yeniyetmələr törədirmiş - Şübhə çəkməmək üçün...
Görənlər gözlərinə inanmır: Bu evin içərisində... VİDEO
Bakıda təhsil müəssisələrində dərslər sentyabrın 2-də başlayacaq
Merkeli kim əvəzləyəcək?
Bakıda kütləvi davada iki nəfər necə öldürülüb? - İTTİHAM AKTI
Ən çox söyülənlərdən biri Tərtərin  icra başçısıdır...
Azərbaycan Uruqvaya nota verdi
Əhəd Abıyev, sən haranısa təmənnasız kiməsə verərsən ?- Böyrək yaman şeydir, yoldaş Abıyev
İlham Əliyev Sərəncam imzaladı
Ermənilərin qərargah rəisi və tabor komandirinin müavini məhv edildi
Tarixçi alimin məhkəməsinə 38 şahidin məcburi gətirilməsi qərarı verilib
Rusiya hökuməti bir aya istefa verəcək
İlk bu şəxslərə peyvənd vurulacaq
Dünya bazarında neft qiymətləri
“Aztelekom”un sədri vəzifəsindən azad edilib? - AÇIQLAMA
“Səhərdən axşama günün altında işləməkdən rəngimiz qara qarğanın rəngindən seçilmir...”
Övlad itkisi dəhşətdir - Qənirə Paşayevanın anası ilə MÜSAHİBƏ
Röya: Oğlumun bu hərəkətinə görə üzr istəyirəm
Bakıda oğlunu və gəlinini baltalayan kişi tutuldu
Azərbaycanda ən varlı bələdiyyələr (SİYAHI)
Tağı Əhmədovun oğlunun biznesi üzə çıxdı - kağız və plastik qab istehsalı ilə məşğul olurmuş
Tramp hakimiyyətin Baydenə ötürülməsi ilə razılaşdı