Son dəqiqə
16-07-2021, 12:23
2661

Füzuli Mərkəzi Xəstəxanasında “peyvənd bazarı”

Füzuli Mərkəzi Xəstəxanasında “peyvənd bazarı”


Azərbaycan sakinlərinin çoxu ya həvəssizcə peyvənd vurdurur, ya da tamam “divara dirənmədən” ümumiyyətlə vurdurmaq niyyətində deyil. Ondan başlayaq ki, peyvənd vurdurmağa tələsməyənlərin çoxu sadəcə yeni vaksinə etibar etmir və gözləyir ki, ətrafdakılar vurdursun, ölüm-itim olmasa, o da sınaqdan keçirsin.

Miflərdən biri budur ki, guya vaksin adı altında insanlara gizli çip yerləşdirilir ki, onların düşüncələrini oxusunlar, hərəkətlərinə nəzarət etsinlər və sairə. İkinci mif budur ki, guya vaksin yerinə insanlara zəhər yeridilir ki, hamısı ölsün. Bəziləri hələ də hesab edir ki, koronavirus yoxdur, mövcud olmayan virusa qarşı vaksinasiyadan keçmək istəmir. Digərləri isə elə düşünür ki, vaksin qadınlarda sonsuzluq yaradır.

Əlbəttə, bütün bu qeyd olunanların heç bir məntiqi və elmi əsası olmasa da, Azərbaycanda vaksinasiya ləng gedirdi və Pfizer gətirildiyi zaman hakimiyyət prosesi sürətləndirmək qərarına gəldi. Bunun üçün vaksinasiya və xəstələnib-sağalanlar üçün immunitet haqda elektron sertifikatlar tətbiq edildi, hansı ki, idman zallarına getmək üçün buraxılış rolunu oynayacaq. Sertifikatlardan daha sonra digər obyektlərə giriş üçün də istifadə olunacağı bildirildi. Vaksinasiya könüllü olaraq qalıb, amma Nazirlə Kabineti xəbərdarlıq etdi ki, iyulun 1-dən əmək və xidmət sahəsində çalışan işçilərin ən azı 80 faizi bu sertifikatlardan birinə sahib olmalıdır. Bundan sonra proses sürətləndi.

Lakin müşahidələr göstərir ki, vaksinasiyadan yayınmaqla sertifikat alanlar da var. Redaksiyamıza daxil olan məlumata görə, Füzuli rayon Mərkəzi Xəstəxanasında vətəndaşlara belə “xidmət” göstərilir. Məlumatı verən mənbə bildirir ki, hətta Füzulidə qeydiyyatda olmayan Bakı şəhəri və başqa rayonların (Ağdam, Laçın, Kəlbəcər, Xaçmaz və. s.) sakinləri Füzuli rayonuna getmədən vaksinin iki dozası üçün 70 manat pulu və özlərinə dair konfidensial pasport məlumatlarını göndərməklə bu işi həll edə bilirlər. Onların adları peyvənd olunmuş şəxslərin siyahısını əks etdirən sistemə yerləşdirilir. Bir sözlə, “Füzuli rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxs sertifikat bazarı açıb. Yəni, bu tibb müəssisəsində peyvənd olunmuş kimi göstərilən şəxslərin qanları yoxlanılsa, tərkibində vaksinin izi olmayan çoxu aşkarlanar. İstər-istəməz bu sual da ortaya çıxır ki, Bakıda yaşayan adama nə düşüb ki, əlavə yol xərci çəkib peyvənd olunmaq üçün Füzuli rayonuna getsin. Gəlin razılaşaq ki, bu neqativ hal insanların özlərinin və ətrafındakıların sağlamlığı üçün təhlükə vəd edir.

Qarşı tərəfə də mövqeyini bildirməsi üçün tribuna təklif edirik.
(realmedia)

XəbərTv.info

Digər xəbərlər

Polkovnik-leytenant bilib pul verdilər, bərbər çıxdı
Yevlax-Xankəndi dəmir yolunun bir hissəsinin yenidən qurulmasına başlanıldı
Günün qoroskopu -  08.01.2020
Tramp xəstəxanadan buraxıldı - VİDEO
Eldar Mahmudovun dostunun iki milyon vergi borcu var
Deputat: “Ermənistan Hadrutun azad olunması ilə barışa bilmir”
“Qarabağ” ordeni alan Əfqan Nağıyev Hadrut və Füzulidə döyüşüb
 Biləsuvarın yeni başçısı da köhnəsi kimi işləyir - NARAZILIQ!
DİN: Jurnalistlər avtomobildən şəxsi məqsədləri üçün istifadə edə bilməzlər
Qırğızıstanın keçmiş prezidenti azadlığa çıxdı
İrandan çağırış: təyyarələr hava məkanımızdan uzaq dursun!
Terror aktı nəticəsində Suriya işıqsız qalıb
Şuşa Bəyannaməsinin imzalanmasından bir il ötür
“Barselona”nın son prezidenti saxlanıldı
Tovuzda xüsusi karantin qaydaları belə pozulur (FOTO/VİDEO)
Sosial şəbəkələrə giriş qadağan edildi
Bəzi ərazilərdə İŞIQ OLMAYACAQ - XƏBƏRDARLIQ!
“Qızım yuxuda ikən otağa basqın etdilər” - Mənsimov açıqlama yaydı
Kəlbəcərin Aşağı Ayrım kəndindən görüntülər - VİDEO
Məşhurların qorxuları
Rus ordusu genişmiqyaslı hücuma keçə bilər?
Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanda Elbası Nursultan Nazarbayevlə görüşüb
Ölkədə bu gün peyvənd olunanların sayı AÇIQLANDI
Azərbaycanla Türkiyə Qarabağ zəfəri barədə film çəkəcək
"DSMF rayon şöbəsinə müraciət etsəm də..." - GİLEY
Ağciyər Xəstəlikləri İnstitutunda daha 2 xəstə öldü
Türkiyədə güclü zəlzələ baş verib
Ermənilərin atdıqları partlamamış hərbi sursatlar, minalar zərərsizləşdirildi
Deputat oğlunun həbs müddəti uzadıldı
Koronavirusa yoluxan mer komaya düşdü