Son dəqiqə
İdman
29-01-2021, 10:10
4 476
UEFA Nurlan İbrahimovla bağlı şikayəti rədd etdi
Qarabağ”ın şikayəti UEFA tərəfindən rədd edilib.
Beləliklə, UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi noyabrın 25-dəki qərarı olduğu kimi saxlayıb.
Qeyd edək ki, UEFA Vətən müharibəsi zamanı öz “Facebook” hesabında ermənilərlə bağlı paylaşımına görə “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri işləyən Nurlan İbrahimovu futboldan ömürlük kənarlaşdırıb. Həmçinin “Qarabağ” 100 min avro məbləğində cərimələnib.
Xatırladaq ki, Nurlan İbrahimovun cəzasının dəyişdirilməsi ilə bağlı UEFA-nın qərarından İdman Arbitraj Məhkəməsinə şikayət olunub. İbrahimov özü isə yanvarın 19-da klubdan ayrıldığını açıqlayıb.
XeberTv.info