Son dəqiqə
20-10-2020, 08:05
887

Ermənistanın yüksək rütbəli zabitləri məhv edildi

Ermənistanın yüksək rütbəli zabitləri məhv edildi


Azərbaycan Ordusunun endirdiyi artilleriya zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayının müdafiə sahəsində düşmən bölmələrinin şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan olub. Alayın 1-ci motoatıcı taborunun şəxsi heyəti və döyüş texnikası tamamilə sıradan çıxarılıb. Alay komandirinin müavini Hovik Melkumyan, digər vəzifəli şəxs Qor Mirzoyan, həmçinin alayın müdafiə zolağında mövqe tutan xüsusi təyinatlı bölmənin komandiri kapitan Vahab Asetryan da zərərsizləşdirilib.

Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycan Ordusunun həyata keçirdiyi tədbirlər nəticəsində 2-ci motoatıcı alayın müdafiə sahəsində düşmənin bir bölməsi döyüş mövqelərini tərk edərək geri çəkilib.

5-ci motoatıcı alayın müdafiə sahəsində düşmən bölmələrinin şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan var. Yaralılar arasında bölük komandiri Norik Ağakelyanın da olduğu bildirilir.

18-ci motoatıcı diviziyasının müdafiə zolağında yerləşdirilən muzdlulardan ibarət “Legion” dəstəsi və ehtiyatdan çağırılmış hərbi vəzifəlilər döyüşlərdə iştirak etməkdən imtina edib. Məlum olub ki, ağır itkilərə məruz qalan bu dəstələr onlara tapşırılmış müdafiə sahələrində tab gətirməyərək kütləvi şəkildə fərarilik edir.

Bundan əlavə, 10-cu dağatıcı diviziyanın müdafiə zolağına gətirilmiş kəşfiyyat bölüyü də canlı qüvvə baxımından itkilərə məruz qalıb. Şəxsi heyətin üçdə ikisini itirən bölmə mövqeləri ataraq geri çəkilməyə məcbur edilib.

Füzuli rayonu istiqamətində əks-hücuma keçən düşmən bölmələrindən birinin 30 nəfər şəxsi heyəti Azərbaycan Ordusunun atəşi nəticəsində darmadağın edilib.

246-ci alayın müdafiə sahəsində alay komandiri polkovnik Tatul Ğazaryan, alay komandirinin müavini Armen Ohanyan və 3-cü taborun komandiri də xüsusi tədbirlər nəticəsində zərərsizləşdirlib.

XeberTv.info

Digər xəbərlər

Rusiya müdafiə nazirinin keçmiş müavini saxlanıldı
"Radiolarda məqsədi və məramı məlum olmayan, əyalət səviyyəli proqramlar kifayət qədərdir"-DJ Teymur
Bakıdan azad edilmiş rayonlara marşrutlar açılacaq
Saxta yolla tez pensiyaya çıxmağın qarşısı necə alınacaq? - Komitə sədri AÇIQLADI
İlham Əliyev Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub
Nazir müavini Azad Rəhimovun səhhətindən danışdı
İnsanlar niyə xəyanət edir? - Psixoloqdan maraqlı açıqlama
Ölkəmizdə son sutkada 38 nəfər koronavirusdan vəfat edib
Rüfət Haciyevin şagirdi döydüyü məktəbin direktoru işdən azad edildi – FOTOLAR
Türkiyə ordusu iki şəhid verdi
BDU-nun vəzifəli şəxsi tələbənin ölümünə görə hakim qarşısına çıxarıldı
Bakıdakı Avropa çempionatı azarkeşsiz keçiriləcək
Etirazçılar Paşinyan və ailəsinin yaşadığı malikanələrə hücum etdi
Sabah hava necə olacaq?
Balotelli heç Misir klubuna da lazım olmadı
Milli Kitabxanada Dünya Mülki Müdafiə Günü münasibətilə kitab sərgisi açılıb
Bakıda su üzərindən yol çəkilir - Tıxaca son qoyulacaq
Ermənistan İranla sərhəd məhdudiyyəti müddətini uzatdı
UEFA Nurlan İbrahimovla bağlı şikayəti rədd etdi
Məleykə Abbaszadə: Attestatla universitetlərə qəbul hələ gözlənilmir
Cəlilabadda bələdiyyəyə sığınan ÖZBAŞINALIQ -
Pakistanda atışma zamanı azı 11 nəfər həlak olub, yaralılar var
Məhkəmə Tatarıstanda türklərə qarşı qiyam edən rus millətçisini cəzalandırdı...
Müdafiə Nazirliyi Türkiyə - Rusiya Birgə Monitorinq Mərkəzinin açılış mərasimindən görüntülər paylaşdı - VİDEO
Mikayıl Müşfiqin xatirəsinə sənədli film çəkildi - Anons
Prezident: “Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb”
Hindistan kobrasının Azərbaycana atılması: Modi Ermənistanı necə silahlandırır? -
Millət vəkili hərbçilərin pul təminatlarının artırılmasını təklif etdi
Füzuli Mərkəzi Xəstəxanasında “peyvənd bazarı”
Uşağın məktəbə qəbuluna hansı halda imtina verilə bilər?