Son dəqiqə
Dünya
9-02-2021, 21:30
2 986
Erməni hərbçisi müəmmalı şəraitdə ölüb
Ermənistanda hərbçi müəmmalı şəraitdə dünyasını dəyişib.
Bu barədə Ermənistan mətbuatı xəbər yayıb.
Bildirilir, hadisə ölkənin şimal-şərqindəki hərbi hissələrdən birində baş verib. Belə ki, müddətdən artıq hərbi qulluqçu, 1994-cü il təvəllüdlü Edvard Karlenoviç Kirakosyan müəmmalı şəraitdə ölüb.
Fakt üzrə təhqiqat aparılır.
XeberTv.info