Son dəqiqə
5-04-2021, 17:15
4 764

"Sövdələşərək, sudan vicdansızcasına istifadə edirdilər"

"Sövdələşərək, sudan vicdansızcasına istifadə edirdilər"



"Təhlil aparılarkən biz bir şeyə də rast gəldik – suyun ədalətsiz bölüşdürülməsi halları geniş vüsət almışdır. Burada həm mərkəzi icra orqanları, yerli icra orqanları, bəzi sahibkarlar elə bil ki, sövdələşərək, sudan vicdansızcasına istifadə edirdilər. Belə olan halda, bəzi fermerlərə, bəzi kəndlərə su çatmırdı. Mən göstəriş vermişdim, indi təhlil aparılır, araşdırma aparılır. Buna da son qoyulmalıdır. Su xətlərinin üzərində çoxsaylı qanunsuz birləşmələr quraşdırılmışdır. Təhlil aparılarkən biz buna da rast gəldik. Belə çıxdı ki, heç kim buna məsuliyyət daşımır, heç kim buna cavabdehlik daşımır. Buna son qoyulmalıdır. Mən göstəriş vermişdim ki, su xətləri üzrə həm vizual monitorinq aparılmalıdır, yəni, yerində, eyni zamanda, müasir müşahidə sistemləri - kameralar quraşdırılmalıdır və bu qanunsuz birləşmələrə son qoyulmalıdır".

"Sövdələşərək, sudan vicdansızcasına istifadə edirdilər"


Prezident daha sonra qeyd edib ki, kanalların təmiri və yenidən qurulması da önəmli vəzifələrdən biridir: "Sovet vaxtında çəkilmiş kanalların böyük əksəriyyəti torpaq kanallar idi. Onların böyük hissəsi bu gün də fəaliyyətdədir. Əlbəttə ki, torpaq kanallar suyun istənilən həcmdə ötürülməsinə imkan vermir, itkilər, o cümlədən buna görə baş verir, eyni zamanda, torpağın şoranlaşmasına da gətirib çıxarır. Ona görə də biz canımızı torpaq kanallardan qurtarmalıyıq. Ancaq onun əvəzinə hansı texnologiyalar gətiriləcək, bunu artıq siz müəyyən etməlisiniz. Dünyanın bu sahədəki aparıcı şirkətləri ilə sıx təmaslar qurulmalıdır, iqlimi bizim iqlimimizə oxşar olan ölkələrin təcrübəsindən faydalanmalıyıq. Elə ölkələr var ki, orada su resursları bizimkindən də azdır, ancaq məhsuldarlıq qat-qat çoxdur. Ona görə bütün bunlar gərək dəqiq araşdırılsın, düzgün fəaliyyət planı tərtib edilsin, lazım olarsa, Dövlət Proqramı qəbul olunsun ki, biz bundan sonrakı illərdə meliorasiya və suvarma sahəsində dünyanın ən müasir prinsiplərini ölkəmizdə tətbiq edək".


"Sövdələşərək, sudan vicdansızcasına istifadə edirdilər"


XeberTv.info


Digər xəbərlər

Rusiya müdafiə nazirinin keçmiş müavini saxlanıldı
"Radiolarda məqsədi və məramı məlum olmayan, əyalət səviyyəli proqramlar kifayət qədərdir"-DJ Teymur
Bakıdan azad edilmiş rayonlara marşrutlar açılacaq
Saxta yolla tez pensiyaya çıxmağın qarşısı necə alınacaq? - Komitə sədri AÇIQLADI
İlham Əliyev Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub
Nazir müavini Azad Rəhimovun səhhətindən danışdı
İnsanlar niyə xəyanət edir? - Psixoloqdan maraqlı açıqlama
Ölkəmizdə son sutkada 38 nəfər koronavirusdan vəfat edib
Rüfət Haciyevin şagirdi döydüyü məktəbin direktoru işdən azad edildi – FOTOLAR
Türkiyə ordusu iki şəhid verdi
BDU-nun vəzifəli şəxsi tələbənin ölümünə görə hakim qarşısına çıxarıldı
Bakıdakı Avropa çempionatı azarkeşsiz keçiriləcək
Etirazçılar Paşinyan və ailəsinin yaşadığı malikanələrə hücum etdi
Sabah hava necə olacaq?
Balotelli heç Misir klubuna da lazım olmadı
Milli Kitabxanada Dünya Mülki Müdafiə Günü münasibətilə kitab sərgisi açılıb
Bakıda su üzərindən yol çəkilir - Tıxaca son qoyulacaq
Ermənistan İranla sərhəd məhdudiyyəti müddətini uzatdı
UEFA Nurlan İbrahimovla bağlı şikayəti rədd etdi
Məleykə Abbaszadə: Attestatla universitetlərə qəbul hələ gözlənilmir
Cəlilabadda bələdiyyəyə sığınan ÖZBAŞINALIQ -
Pakistanda atışma zamanı azı 11 nəfər həlak olub, yaralılar var
Məhkəmə Tatarıstanda türklərə qarşı qiyam edən rus millətçisini cəzalandırdı...
Müdafiə Nazirliyi Türkiyə - Rusiya Birgə Monitorinq Mərkəzinin açılış mərasimindən görüntülər paylaşdı - VİDEO
Mikayıl Müşfiqin xatirəsinə sənədli film çəkildi - Anons
Prezident: “Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb”
Hindistan kobrasının Azərbaycana atılması: Modi Ermənistanı necə silahlandırır? -
Millət vəkili hərbçilərin pul təminatlarının artırılmasını təklif etdi
Füzuli Mərkəzi Xəstəxanasında “peyvənd bazarı”
Uşağın məktəbə qəbuluna hansı halda imtina verilə bilər?