Son dəqiqə
13-04-2021, 15:47
4 768

Ərəbləri Azərbaycana gətirən məmurun kimliyi bəlli oldu

Ərəbləri Azərbaycana gətirən məmurun kimliyi bəlli oldu


Azərbaycanda qanunsuz ov edən, nadir quşları və heyvanları ovlayan ərəb turistlərin ölkəmizə səfərini Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Əlaqələr İdarəsinin Protokol şobəsinin rəis müavini Səid Məhərrəmov təşkil edib.


Bildirildiyinə görə, ərəblər S.Məhərrəmovun şəxsi qonağı olmayıb, sadəcə FHN əməkdaşı bu səfərin təşkili üçün onlardan külli miqdarda pul alıb.


"Əlbəttə, ərəblərin bu səfəri ilə bağlı fövqəlada hallar naziri Kəmaləddin Heydərovun da öncədən məlumatı olub. Lakin nazir FHN əməkdaşının bu iş üçün ərəblərdən böyük məbləğdə pul almasından, ümumiyyətlə bu səfərin kimlərinsə maddi maraqlarının təmin edilməsi üçün həyata keçirilməsindən xəbərsiz olub. Üstəlik, o da güman olunur ki, Səid Məhərrəmov ərəblərin ölkəmizə səfəri zamanı Kəmaləddin Heydərovun xəbəri olmadan, bəzi məsələlərdə onun adından da sui-istifadə hallarına yol verib” – deyə xəbərdə bildirilir.


Qəzet ərəblərdən alınan pulun təxmini məbləğini də yazıb: "FHN əməkdaşı ərəblərin səfərini təşkil etmək, daha dəqiq desək, qanunlarımızın ayaqlar altına atılmasının, Azərbaycan xalqının qürurunun tapdalanmasının qarşılığında onlardan nə qədər pul alıb?! Əlbəttə, biz də bu haqda mənbəyə sual ünvanladıq. İlk olaraq cavabı bu oldu ki, "az deyil, külli miqdarda vəsaitdən söhbət gedir”. "Məsələn, 50 min dollardan azdır, ya çox”, – deyə təkrar sual etdikdə isə, mənbə Səid Məhərrəmovun ərəblərdən aldığı vəsaitin daha yüksək olduğunu vurğuladı”.


Xəbərdə qeyd edilir ki, FHN əməkdaşının Azərbaycana səfərlərini təşkil etdiyi ərəblər Birləşmiş Ərəb Əmirliklərindən gəliblər. Onlar Kəmaləddin Heydərovun şəxsi qonaqları olmayıb. Sadəcə, Səid Məhərrəmov ərəblərdən aldığı vəsaitin qarşılığında, yaxın əlaqələri vasitəsilə (Güman olunur ki, Kəmaləddin Heydərovun da adından sui-istifadə olunub – müəl.) aidiyyatı qurumların rəhbərliyinə zəng vurduraraq, ərəblərin Azərbaycanda maneəsiz ov etmələrinə razılıq almağa nail olub. Əlbəttə, ov mövsümü bitdiyindən, nazirlik bu məsələyə isti yanaşmayıb. Lakin tapşırıq "yuxarı”dan gəldiyindən, onlar da ərəblərin qanunsuz ov etmələrinə göz yummağa məcbur olublar.


Ərəb turistlərin Azərbaycanda istirahət etmələri və ova çıxmaları üçün bütün zəruri tədbirləri də məhz Səid Məhərrəmov şəxsən həyata keçirib. Məsələn, onlar üçün qalmağa yer, ərzaq təminatı, xüsusi avtomobillər, ov üçün silahlar, çadır və s. Əlbəttə, bütün bunlar FHN-nin Beynəlxalq Əlaqələr İdarəsinin Protokol şobəsinin səlahiyyəti çərçivəsində olmadığından, Səid Məhərrəmovun vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi şübhəsizdir.(hürriyyət)


XeberTv.info

Digər xəbərlər

Rusiya müdafiə nazirinin keçmiş müavini saxlanıldı
"Radiolarda məqsədi və məramı məlum olmayan, əyalət səviyyəli proqramlar kifayət qədərdir"-DJ Teymur
Bakıdan azad edilmiş rayonlara marşrutlar açılacaq
Saxta yolla tez pensiyaya çıxmağın qarşısı necə alınacaq? - Komitə sədri AÇIQLADI
İlham Əliyev Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub
Nazir müavini Azad Rəhimovun səhhətindən danışdı
İnsanlar niyə xəyanət edir? - Psixoloqdan maraqlı açıqlama
Ölkəmizdə son sutkada 38 nəfər koronavirusdan vəfat edib
Rüfət Haciyevin şagirdi döydüyü məktəbin direktoru işdən azad edildi – FOTOLAR
Türkiyə ordusu iki şəhid verdi
BDU-nun vəzifəli şəxsi tələbənin ölümünə görə hakim qarşısına çıxarıldı
Bakıdakı Avropa çempionatı azarkeşsiz keçiriləcək
Etirazçılar Paşinyan və ailəsinin yaşadığı malikanələrə hücum etdi
Sabah hava necə olacaq?
Balotelli heç Misir klubuna da lazım olmadı
Milli Kitabxanada Dünya Mülki Müdafiə Günü münasibətilə kitab sərgisi açılıb
Bakıda su üzərindən yol çəkilir - Tıxaca son qoyulacaq
Ermənistan İranla sərhəd məhdudiyyəti müddətini uzatdı
UEFA Nurlan İbrahimovla bağlı şikayəti rədd etdi
Məleykə Abbaszadə: Attestatla universitetlərə qəbul hələ gözlənilmir
Cəlilabadda bələdiyyəyə sığınan ÖZBAŞINALIQ -
Pakistanda atışma zamanı azı 11 nəfər həlak olub, yaralılar var
Məhkəmə Tatarıstanda türklərə qarşı qiyam edən rus millətçisini cəzalandırdı...
Müdafiə Nazirliyi Türkiyə - Rusiya Birgə Monitorinq Mərkəzinin açılış mərasimindən görüntülər paylaşdı - VİDEO
Mikayıl Müşfiqin xatirəsinə sənədli film çəkildi - Anons
Prezident: “Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb”
Hindistan kobrasının Azərbaycana atılması: Modi Ermənistanı necə silahlandırır? -
Millət vəkili hərbçilərin pul təminatlarının artırılmasını təklif etdi
Füzuli Mərkəzi Xəstəxanasında “peyvənd bazarı”
Uşağın məktəbə qəbuluna hansı halda imtina verilə bilər?