Son dəqiqə
19-09-2020, 15:26
728

Lotu Qulinin qardaşı qisasa hazırlaşır

Lotu Qulinin qardaşı qisasa hazırlaşır


Azərbaycanlı “qanuni oğru” Nadir Səlifov (Lotu Quli) qətlə yetirildikdən sonra tərəfdarları bir müddət çaşqınlıq içində qalsalar da, Lotu Qulinin qardaşı Namiq Səlifov onları toparlaya bilib.

Məlumata görə, 2013-cü ildə “qanuni oğru” tituluna layiq görülən və kriminal aləmdə “Namiq Bakinski” kimi tanınan Namiq Səlifov bu addımı ilə özünü layiqli varis kimi isbat edə bilib. Yada salaq ki, Lotu Qulinin qətlindən sonra onun klanına Namiq Bakinskinin liderlik edəcəyi bildirilirdi. Lakin onun varis kimi zəif fiqur olduğu barədə iddialar var idi.

Namiq Səlifov addımları ilə bu iddiaların əsassız olduğunu ortaya qoyub. Onun ilk işi Lotu Qulinin tərəfdarlarından olan “qanuni oğru”lar Mahare Qvaramiya (Maçi) ilə Merab Mzarelua (Duyake) arasındakı qarşıdurmaya müdaxilə edərək onları barışdırmaq oldu. Hər iki “qanuni oğru”nun Namiq Bakinskinin sözünü yerə salmaması, onun təkidilə barışması varisin zəif fiqur olduğunu düşünənlər üçün gözlənilməz hadisə idi.

Məlumatlara görə, Namiq Bakinski bu olaydan sonra qardaşının digər tərəfdarlarını da özünün liderliyinə inandıra bilib. İndi hər kəs Namiq Səlifovu “böyük qardaş” kimi qəbul edir və ona Lotu Quli qədər hörmət və ehtiram göstərirlər.

Əslində Namiq Bakinskinin varis kimi uğurlu seçim olduğunu kriminal dünyaya yaxından bələd olanlar yaxşı bilirdi. Namiq Səlifov qardaşı həbsxanada olanda onun klanını idarə edən əsas şəxs olub. Digər tərəfdən, məhz o, Lotu Qulinin tərəfdarlarını Türkiyəyə toplayaraq burada ən güclü mafioz qruplarla rəqabət apara biləcək qruplaşma yaratmışdı. Namiq Bakinski həm də qardaşının rəqiblərinin sıradan çıxarılması əməliyyatlarında iştirak edirdi. Təsadüfi deyil ki, Nadir Səlifov azadlığa buraxılanda artıq onu qəbul etməyən yox idi. Yalnız Rusiya həbsxanasında cəza çəkən “qanuni oğru” Zaxari Kalaşov (Şakro Molodoy) Lotu Qulinin nüfuz sahibi olmasından narahatlıq keçirirdi.

Bunun da ciddi səbəbləri var idi. Nadir Səlifov uzun illər “qanuni oğru” titulunu qorumaq uğrundan mübarizə aparıb. Bütün basqılara rəğmən o bu mübarizədən qalib çıxmışdı. Özünə qarşı basqıları haqsızlıq hesab edən Nadir Səlifov başqalarının da haqqının pozulmasına imkan vermir, bütün məsələlərə ədalət prizmasından yanaşırdı. Bu isə bəzən maraqları ədalətdən üstün tutan kriminalitetləri narahat etməyə bilməzdi.

Zaxari Kalaşov haqqında da belə iddialar var ki, o “oğru qaydaları”na riayət etsə də, bəzi hallarda maraqlarına daha çox diqqət edir. Məsələn, Lotu Quli ilə gürcü əsilli “qanuni oğru” Quram Çixladze arasındakı konfliktin ssenari müəllifinin Zaxari Kalaşov olduğu iddia edilir. Rusiya mətbuatı da bu barədə bir neçə dəfə yazıb. İki “qanuni oğru”nu üz-üzə qoymaq, özü də heç ciddi əsası olmayan, anlaşılmazlıqdan doğan insidentə görə, “oğru qaydaları”na uyğun deyil. Zaxari Kalaşovun sayəsində bu məsələ o qədər böyüdü ki, bir neçə “qanuni oğru” titulunu itirdi. Kriminal dünyadakı parçalanma daha da dərinləşdi. Hətta Canqveladze-Oniani qruplaşması Şakro Molodoyun özünün titulunu şübhə altına aldı. Yeri gəlmişkən, Lotu Quli qətlə yetiriləndə gözlər həm də Zaxari Kalaşovda idi. Onun bu qanlı aktda rolunun olub-olmaması barədə müzakirələr aparılırdı. Bu cür düşünmək üçün əsaslı şübhələr var idi.

İndi Namiq Bakinskinin bütün problemləri yenidən nəzərdən keçirdiyi deyilir. Bu həm də ona qardaşının qisasını almaq üçün lazımdır. O dəqiq bilmək istəyir ki, zərbə haradan gəlib. Yalnız bundan sonra Lotu Qulinin qisasının almaq barədə qərar verilə bilər. Namiq Bakinski bunu bacaracaqmı? Bunu zaman göstərəcək.(yenisabah)

XeberTv.info

Digər xəbərlər

Narazı QHT sədri Azay Quliyevlə görüşə Quran aparıb: "Heç biri əl basmadı" -
"Yaxın günlərdə namizəd olacağım dairəni də açıqlayacağam”- Afaq Bəşirqızı
Mübariz Mənsimovu öldürmək üçün deputatın otelinə gətirilən Quli niyə qətlə yetirildi?
Arvadı tərəfindən məhkəməyə verilən “Kurtlar Vadisi”nin “Polad”ı bəraət aldı
Dağıntılar altından 9 yaşlı Fatimənin meyiti çıxarıldı
Nazir generalın qohumunu yüksək vəzifəyə TƏYİN ETDİ
Füzulidə erməni təxribatı nəticəsində ANAMA-nın əməkdaşı ağır yaralandı
Naxçıvanın işdən qovulan nazirinin həbsi gözlənilir
ABŞ-da kimya zavodunda baş verən partlayış nəticəsində 3 nəfər ölüb
Dövlət Yol Polisindən qadın sürücülərə xəbərdarlıq
Bakının ən bahalı ginekoloqları - Qeysəriyyə qiymətləri - SİYAHI
Karantin vaxtı damda qumar oynayanlar saxlanıldı
Bəzi xəstəxanaların baş həkimləri işdən çıxarılıb, töhmət verilib
SOCAR-ın idarə rəisinin müavininin milyonluq spirt biznesi
Səfərbərlik Xidmətinin daha 2 zabiti həbs edildi
Rusiya sülhməramlılarının təminatı ilə bağlı fəaliyyətlər həyata keçirilir - VİDEO
Yerli və beynəlxalq jurnalistlər Ermənistanın hücumuna məruz qalıb
İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik
Azərbaycanda növbəti tədris ili ilə bağlı qərar nə vaxt açıqlanacaq?
Azərbaycanda 18 yaşlı gənc Wi-fi işləmədiyinə görə evi tərk edib.
İlham Əliyev Filip Rikeri qəbul etdi
Azərbaycanlı aktyor reytinqlər qıran "Hercai" serialını parodiya etdi - VİDEO - FOTO
KİV: Ramiz Mehdiyev Elton Məmmədovu işdən çıxardı
Vilyam Hacıyev həbs edildi
Gəncə Şəhər Birləşmiş Xəstəxanası 167 min manatlıq tenderdə qalibini seçdi - Papka, pozan, ağardıcı və diyircəkli qələmlər almaq üçün
AVRO-2020-də 5 əvəzetməyə icazə verilib
Veteran şahmatçımız: “Dünya çempionatına bir qədər hazırlaşmağım yaxşı olardı”
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (29.03.2020)
Ermənilərin “Bakı-Tbilisi-Ceyhan”ı atəşə tutması faktı ilə bağlı cinayət işi başlanıb
{sape_links}{sape_article}