Son dəqiqə
18-02-2020, 18:51
503

Vətəndaş özünü yandırdı

Vətəndaş özünü yandırdı

Bu ölkədə Qarabağ qazisi Həmkarlar İttifaqının qabağında zülmə dözməyərək özünə od vurub yandırıb, istibdada tab gətirməyən özünü körpüdən aşağı atıb, evini tikə bilməyən, yuvası başına uçurulan vətəndaş üstünə benzin tökərək intihara qalxıb.
Bütün bunlar zaman-zaman olub. Hakimiyyətin əyalətlərdəki “iribuynuzlu” məmurlarının yürütdüyü ətalətli siyasətin törəmələri, fəsadlarıydı ki, vətəndaşlar özlərini yandırırdılar, intihar edirdilər, ağ bayraq qaldırıb Ermənistana belə keçməyə cəhd göstərirdilər.
Lakin 2019-cu ilin yanvarından başlayan müəyyən sosialyönümlü dəyişikliklər, idarəçilikdə qara işi görən iri fiqurların vəzifələrdən çıxarılması, bir çox icra başçılarının işdən azad olunması, vergi, sosial müdafiə, biznes mühiti, tikinti sektorlarında nəfəsliklərin açılması əhalidə böyük ümidlər yaratmışdı. Ardınca iki icra başçısının rüşvətlə həbs olunması millətdə hakimiyyətə olan inamı reabilitasiya etməyə başlamışdı.
Anaxeber.info yazır ki, bu gözləntiləri, hakimiyyətin gedişlərini heçə döndərənlərdən biri Milli Məclisə keçirilən seçkilərin biabırçı nəticələri oldusa, digər fakt hələ də icra başçıları tərəfindən köhnə üsullarla vətəndaşları incitmək reallığının üzə çıxmasıdır.
Söhbət Xətai rayonundakı məşum hadisədən gedir. Təqdim edəcəyimiz video kadrlardan görünür ki, evini yarımçıq tikən vətəndaş Orxan Hüseynov rüşvət verə bilmədiyinə görə yuvası İH başçısı Rafiq Quliyevin əmri ilə yerlə-yeksan olunub.
Rafiq Quliyev o icra başçısıdır ki, keçmiş Xətai şefi Razim Məmmədovun qanunsuzluqlarından, habelə Goranboyda rüşvət üstə həbs edilən Nizaməddin Quliyev olayından sonra yeni başçı kimi özünü siyasi rəhbərliyə yaxşı tərəfdən göstərməliydi. Ancaq Xətaidə baş verən tükürpədici hadisə R.Quliyevə olan ümidləri yerə vurdu.
Belə ki, Orxan Hüseynovun Xətai rayonu, Naximov küçəsi, Dəniz 15 ünvanındakı evini başına yıxan Xətai İH başçısı və məmurları nə prezident İlham Əliyevin son sosial siyasətini, nə mənəvi məsələləri nəzərə alıblar.
Video çıxışında O.Hüseynov qeyd edir ki, kim İH-nin “haqqı”nı veribsə, onun tikintisi qanuni, əsaslı sayılır. Vətəndaş ondan istənilən 8 min manatı verə bilmədiyi üçün yuvası başına yıxılıb.
Qandonduran kadrlardan görünür ki, haqsızlıqdan boğaza yığılmış O.Hüseynov özünü yandırır. Bu zaman hadisə yerində olan polislər və yaxınları köməyinə çataraq, onu söndürürlər.
Xoşbəxtlikdən özünü yandırmağa qalxan Hüseynov xilas edilir və faciənin qarşısı alınır. Əks təqdirdə, ölkədə növbəti dəfə məmur özbaşınalığından doğan dəhşətli bir cinayət baş verəcəkdi.
Məhz məmurların, icra başçısının bir daşı daş üstünə qoymaq üçün rüşvət istəmələri ucbatından insan həyatı tələf olur, vətəndaşların hakimiyyətə hiddəti, qəzəbi, aqressiyası artmağa başlayır.
Bu mənada sosial şəbəkələrdə yayılan həmin video görüntülər ölkədə tozanağı yatmayan seçki gərginliyi, prezidentin Münhendə Paşinyana əzici cavabı ərəfəsində heç də müsbət divident gətirmir.
Xətai rayon icra başçısı bilməlidir ki, insanları bir yuva tikməyə görə canını boğazına yığıb, O.Hüseynov məcbur qalaraq ailəsi ilə birlikdə vətəndaşlıqdan imtinaya hazırlaşır. Məmurların bu cür fəaliyyəti vətəndaşları vətənindən küsdürür, hökumətə inamını sarsıdır.
O.Hüseynov 5 oğul atasıdır, icra başçısı Rafiq Quliyev tikiləcək o yuvada vətənə beş əsgər yetişdirildiyini belə hesablamır. Görünür, onun üçün ən vacib tikinti üçün alınacaq puldur.
Videoda deyilir ki, 8 min manatı olana tikməyə icazə verilir. Halbuki, tikintiyə izn sadələşdirilir, prezidentin də fərmanı var, insanları incitməmək də tapşırılır.
Rafiq Quliyev uzun müddətdir ki, Xətai rayonunda işləyir. Belə ki, o, 1997-ci ildə Xətai rayon İcra Hakimiyyətində Ümumi şöbədə müfəttiş, 2003-cü ildən müfəttiş-inspektor, 2006-cı ildən 2012-ci ilədək həmin şöbənin müdiri vəzifəsində çalışıb. 21 may 2012-ci ildən 19 dekabr 2013-cü ilədək İcra Hakimiyyəti Başçısının müavini, 2013-cü ilin dekabr ayından Başçının 1-ci müavini vəzifəsində çalışıb. Onun müavin olduğu dövrdə villalarının fotoları yayılmışdı. Yəqin, villaları tikməyə icazəni özü-özünə verib.
Hələ hansı pulla, hansı maaşla imarət tikdiyini söyləmirik – ayıdn məsələdir. Sadəcə, bir kasıb insana yuva tikməyə qoyma, onu özünü yandırmaq həddinə çatdır (hərçənd, məmurlar məsuliyyətə cəlb oluna bilər), ancaq özünə malikanələr ucalt...
Olmaz, bu siyasətlə, bu fəaliyyətlə, nə icra başçılığı uzun çəkər, nə vətəndaşa, nə dövlətə, nə iqtidara köməyi dəyər Rafiq Quliyevin!
Bu video kadrlara baxanda görəcəksiniz ki, hakimiyyətin ötən ilin yanvarından bəyan etdiyi islahatlar kursuna tamamilə ziddir.
Deməli, bu video fakt, vətəndaşın özünü yandırması Xətai icra başçısının hakimiyyətə, onun rəhbərliyinə qarşı təxribatıdır...
AnaXeber.info


Digər xəbərlər

Qaradağda koronavirusa qarşı mübarizə tədbirləri uğurla həyata keçirilir
Blinkenin ardınca Leyen də Əliyevə zəng etdi: Seçim…
Tağı Əhmədova qarşı 2 milyon manat dələduzluq edən şəxs yenidən hakim qarşısında
Məhkəmə icraçısı Vüqar Qasımov qərarları rüşvətlə icra edir ?- Arif Qasimovun qardaşı qanunları saymır ?
Rövşən Əhmədova yüksək vəzifə VERİLDİ
Paşinyan Qarabağla bağlı razılaşmanı imzalamasının səbəbini açıqladı
Teledərslərin sabaha olan cədvəli
Azərbaycanda təhsillə bağlı qərar verildi - RƏSMİ
Şəhriyar Məmmədyarov: "Teymur Rəcəbov İddiaçılar Turnirinə dəvət edilməlidir"
Ukraynalılara zorla Rusiya pasportu paylanılır -
Sertifikasiyadan keçməyən müəllimlərin nəzərinə: Yalnız bu halda müəllim işləyə bilərlər
Ziya Məmmədov 10 milyard pulu necə xərcləyib?
Azərbaycan niyə Olimpiadada qızıl medal qazana bilmədi? - SƏBƏBLƏR
Gecə saat 3-5 arası yuxudan ayılırsızsa....- Beyniniz sizə bunu demək istəyir
Gəncədə baş həkimin pul düşkünlüyü və ölümə sövq edilən xəstələr
Oyun dağılıb: Xəstə müalicə edilir -
Atası azərbaycanlı olan erməni nazirin Azərbaycandakı restoranı - VİDEO
Azərbaycan neftinin qiyməti 127 dolları ötdü
Bank nəhəngi Goldman Sachs da Rusiyanı tərk edir
Putin Azərbaycana gəlir
İyunun 21-i Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq
AMEA-da yeni şöbələr yaradılıb, təyinatlar olub
Azərbaycanda evi necə almaq olar? -
İlham Əliyev: "Ermənistan müharibəyə hazırlaşır"
Tayson təyyarədə sərnişini DÖYDÜ -
DİN-dən xaricə getmək istəyən şəxslərə XƏBƏRDARLIQ!
Bakıda bu qadın yeniyetmələri görün nəyə məcbur edir
169 milyon dollarla qaçdığı deyilən Əşrəf Qani danışdı: “Bir paltar və çəkələyimlə...” - VİDEO
Maskalar yırtıldı, oyun bitdi -
Rus əsgərlərinin cəsədləri ilə dolu avtomobil -