Son dəqiqə
12-09-2020, 15:00
675

Onlayn təhsil müəllimlərin əməkhaqqına necə təsir edəcək? Onlayn təhsil müəllimlərin əməkhaqqına necə təsir edəcək?

Onlayn təhsil müəllimlərin əməkhaqqına necə təsir edəcək? Onlayn təhsil müəllimlərin əməkhaqqına necə təsir edəcək?


Yeni tədris ili ərəfəsi müəllimləri narahat edən əsas məsələlə dərs formasının dəyişməsinin onların əməkhaqqına təsir edib-etməyəcəyi məsələsidir. Bundan ən çox narahatçılıq keçirənlər isə bölgələrdə işləyən müəllimlərdir. Belə ki, onlar internetin olmadığı ərazilərdə onlayn dərslərin keçirilməməsinin əməkhaqqına təsir edəcəyindən narahatdırlar. Ucarın müxtəlif kəndlərində işləyən bir qrup müəllim Sputnik Azərbaycan-a bildirib ki, Ucarın müəyyən ərazilərində həm müəllimlərin, həmçinin də şagirdlərin internetə və onlayn dərs keçmək üçün texniki cihazlara əlçatanlığı aşağıdır. Müəllimlər bu zaman onlayn dərslərin keçirilməsinin mümkün olmadığını, belə halda müəllimin əməkhaqqına hansısa formada təsir göstərəcəyindən narahatdırlar.

Qeyd edək ki, Nazirlər Kabineti "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları" təsdiq edib. Burada təhsilverənlərə dair tələblər öz əksini tapıb. Qaydalarda bildirilir ki, təhsil müəssisələrində əyani formada tədris və təlim-tərbiyə prosesinə yaşı 65-dən aşağı olan təhsilverənlər cəlb olunurlar. Təhsilverənlərə əməkhaqqının hesablanmasında distant (məsafədən) formada tədris edilən dərs yükü nəzərə alınır. Tədris və təlim-tərbiyə prosesinə cəlb olunmayan yaşı 65-dən yuxarı olan təhsilverənlərin işində yaranan fasilələr onların iş vaxtına daxil edilir və əməkhaqqı saxlanılır.

Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu heç bir halda müəllimin əməkhaqqına təsir edə bilməz: "Müəllimlərin əməkhaqqına təsirindən söhbət gedə bilməz. Çünki, bu, müəllimin özündən asılı olmayan bir səbəbdir. Əgər şagirdin interneti, kompüteri, smartfonu varsa, müəllim dərsini onlayn keçəcək. Amma müəllimin hər şagirdin evinə internet çəkmək, lazımi avadanlıqla təmin etmək imkanı yoxdur. Ona görə də, bunun müəllimin əməkhaqqına təsiri mümkünsüzdür".

Təhsil Nazirliyi ümumi təhsil müəssisələrində bəzi dərs məşğələlərinin distant (məsafədən) formada keçirilməsinin müəllimlərin əməkhaqlarının məbləğinə təsir edib-etməyəcəyini belə açıqlayıb. Nazirlikdən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani olaraq həftədə 2 dəfə, digər şəhər və rayonlarda isə əyani formada həftədə 3 dəfə xüsusi tədris planlarına uyğun təşkil olunacaq. Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları"na əsasən, təhsilverənlərə əməkhaqqının hesablanmasında distant (məsafədən) formada tədris edilən dərs yükü nəzərə alınacaq: "Ümumiyyətlə, şagirdlərin keçməyəcəyi dərslər olmayacaq. Məktəblərdə tədris olunan bütün fənlər üzrə dərslər keçiriləcək. Bunlar 3 yolla olacaq - dərslər ya ənənəvi, ya distant formada, ya da teledərslər vasitəsilə keçiriləcək. Məsələn, idman dərsi ənənəvi qaydada olmasa belə, distant formada keçiriləcək. Bütün bunlar sonda müəllimlərin maaşlarının ümumi məbləğinə təsir göstərməyəcək. Ona görə də hesab edirik ki, müəllimlərin bu məsələ ilə bağlı narahatlığına səbəb yoxdur".

XeberTv.info

Digər xəbərlər

Balıqçıların NƏZƏRİNƏ: Prezident sərəncam imzaladı
Siraqəddin Cabbarovun Hacı İbrahim sevgisi... - Ümid Ali Məhkəməyə qalıb...
Marketdə məhsulları əzən Rüstəm Orucov general oğludur
Gəncədə törədilən terror nəticəsində daha bir nəfər vəfat etdi
Bakıda xəstəxana vəziyyəti ağırlaşan koronaviruslu xəstəyə qapı açmadı
Mustafa Şentop: “Türkiyə zəfərə qədər Azərbaycanla bərabərdir”
Ramiz Mehdiyevin yaxınından 340 min manat oğurlayan qadından
Son sutkada vaksin olunanların sayı açıqlandı
İtkin düşmüş daha iki hərbçinin şəxsiyyəti müəyyənləşdirilib, meyitləri aidiyyəti üzrə verilib
"Əli İnsanov kimdir ki, mən ona qoşulum?" – Keçmiş baş prokurordan mesaj (Video)
Pulsuz verilməli olan dərman paketi 53 manata satılır? - AÇIQLAMA
Şəmkirdə dərman daşıyan yük maşını yandı
MN: “İranın Azərbaycan mövqelərini atəşə tutması məlumatı yalandır”
Məşhur ifaçı arvadının açıq-saçıq görüntülərini paylaşdı  - FOTO
Azərbaycanlı müğənninin anası onu körpə ikən qardaşına veribmiş - Ailə sirri açıldı
Dövlətdən maliyyə dəstəyi alan sahibkarlardan açıqlama
Neftçalada xoşbəxtliyini başqalarının bədbəxtliyi üzərində quran “Birlik” sədri! -
Gəncədə 24 yaşlı gənc çinar ağacından özünü asıb
Səlim Müslümovun həbs xəbəri yayıldı
Bu gün vəfat edən Hadı Rəcəblinin varidatı – ŞOK SİYAHI / FOTO
Gömrük Hospitalı: Bəhram Bağırzadə evə buraxılıb
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Baş Nazir təhsillə bağlı qərar imzaladı
Azərbaycan Texnologiya Universitetində qanunlar belə pozulur... - İTTİHAM
Düşmən Gəncəni atəşə tutdu - RƏSMİ
Son sutkada vaksin olunanların sayı BİLİNDİ
Kök qadın qohumunu yarışa göndərən federasiya prezidenti işdən qovuldu -
Döyüşlər cəbhənin Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib
"Əgər uşaq evdə dərs oxuyacaqsa, məktəbə niyə gedir?"
Lənkərandakı “Carnaval-beach” çimərliyində ƏCAİB QAYDALAR... -  VİDEO
{sape_links}{sape_article}