Son dəqiqə
Siyasət
24-09-2020, 16:11
808
Türk Mediası: “Ermənistan Suriyadan 250 “PKK” terroçusunu Azərbaycanla döyüşmək üçün gətiib”
Ermənistan 250 PKK terrorçusunu Azərbaycana qarşı hücumlarda istifadə etmək üçün Cənubi Qafqaza gətirib.
XeberTv.info bildirir ki, bununla bağlı məlumatı Türkiyənin “Haber7” saytının yazarı Taha Dağlı verib.
Onun haber7.com.tr saytında dərc olunan məqaləsində bildirilir ki, həmin terrorçular ötən ilin mayında Suriyanın şimalındakı PKK-nın işğal etdiyi bölgədə erməni taboru adı altında birləşmişdilər.
Yazarın sözlərinə görə, Ermənistan bir neçə ay təlim keçən erməni terrorçularını bölgəyə gətirib.
Qeyd edilir ki, PKK terror təşkilatı Suriyada təlim keçən üzvlərini ABŞ, Yunanıstan və Ermənistan kimi ölkələrə göndərir.