Son dəqiqə
21-12-2020, 15:29
7 061

TƏBİB-dən qurumun paketləri ilə satışa çıxarılan koronavirus dərmanları ilə bağlı RƏSMİ AÇIQLAMA - FOTO

TƏBİB-dən qurumun paketləri ilə satışa çıxarılan koronavirus dərmanları ilə bağlı RƏSMİ AÇIQLAMA - FOTO


Məlum olduğu kimi, sosial şəbəkələrdə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə (TƏBİB) məxsus olduğu iddia edilən koronavirus xəstələri üçün nəzərdə tutulmuş dərman paketlərinin apteklərdə satılması barədə fotolar paylaşılıb.

TƏBİB-dən verilən məlumata görə, bununla bağlı 18.12.2020-ci ildə TƏBİB tərəfindən açıqlama verilib:

“İlkin olaraq bildirdik ki, sözügedən paketlər TƏBİB-ə aid deyil.

İki gündür davam edən araşdırmalarımız nəticəsində isə məlum oldu ki, bəzi apteklərdə satışa çıxarılan həmin dərman paketləri “Avromed Company” MMC-nin şəxsi təşəbbüsü ilə hazırlanıb.

Lakin paketlərin hazırlanması zamanı anbar əməkdaşları tərəfindən yanlışlığa yol verilib. Şirkət əməkdaşı paketləmə zamanı yanlışlıqla dərman paketinin içərisinə “Avromed Company” MMC-nin deyil, anbarda nümunə üçün hazırlanmış TƏBİB-ə məxsus fleyerləri yerləşdirib. Problem ortaya çıxan kimi həmin dərman paketləri apteklərdən geri çağırılıb.

Bir daha nəzərinizə çatdırırıq ki, TƏBİB Abşeron rayonu və Sumqayıt şəhəri daxil olmaqla, ölkəmizin digər rayonlarında koronavirus xəstələrinin stasionar və ambulator müalicəsi ilə məşğul olur. Bu ərazilərdə evdə müalicə alan koronavirus xəstələrinə tamamilə ödənişsiz, dövlət hesabına dərman paketləri verilir.

Həmin paketlərin verilməsindən imtina edildiyi təqdirdə, TƏBİB-in 24 saat fəaliyyət göstərən 1542 nömrəli qaynar xəttinə və ya +99451513-1542 nömrəsinə məlumat verəsiniz”.

TƏBİB-dən qurumun paketləri ilə satışa çıxarılan koronavirus dərmanları ilə bağlı RƏSMİ AÇIQLAMA - FOTO


XeberTv.info

Digər xəbərlər

Balıqçıların NƏZƏRİNƏ: Prezident sərəncam imzaladı
Siraqəddin Cabbarovun Hacı İbrahim sevgisi... - Ümid Ali Məhkəməyə qalıb...
Marketdə məhsulları əzən Rüstəm Orucov general oğludur
Gəncədə törədilən terror nəticəsində daha bir nəfər vəfat etdi
Bakıda xəstəxana vəziyyəti ağırlaşan koronaviruslu xəstəyə qapı açmadı
Mustafa Şentop: “Türkiyə zəfərə qədər Azərbaycanla bərabərdir”
Ramiz Mehdiyevin yaxınından 340 min manat oğurlayan qadından
Son sutkada vaksin olunanların sayı açıqlandı
İtkin düşmüş daha iki hərbçinin şəxsiyyəti müəyyənləşdirilib, meyitləri aidiyyəti üzrə verilib
"Əli İnsanov kimdir ki, mən ona qoşulum?" – Keçmiş baş prokurordan mesaj (Video)
Pulsuz verilməli olan dərman paketi 53 manata satılır? - AÇIQLAMA
Şəmkirdə dərman daşıyan yük maşını yandı
MN: “İranın Azərbaycan mövqelərini atəşə tutması məlumatı yalandır”
Məşhur ifaçı arvadının açıq-saçıq görüntülərini paylaşdı  - FOTO
Azərbaycanlı müğənninin anası onu körpə ikən qardaşına veribmiş - Ailə sirri açıldı
Dövlətdən maliyyə dəstəyi alan sahibkarlardan açıqlama
Neftçalada xoşbəxtliyini başqalarının bədbəxtliyi üzərində quran “Birlik” sədri! -
Gəncədə 24 yaşlı gənc çinar ağacından özünü asıb
Səlim Müslümovun həbs xəbəri yayıldı
Bu gün vəfat edən Hadı Rəcəblinin varidatı – ŞOK SİYAHI / FOTO
Gömrük Hospitalı: Bəhram Bağırzadə evə buraxılıb
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Baş Nazir təhsillə bağlı qərar imzaladı
Azərbaycan Texnologiya Universitetində qanunlar belə pozulur... - İTTİHAM
Düşmən Gəncəni atəşə tutdu - RƏSMİ
Son sutkada vaksin olunanların sayı BİLİNDİ
Kök qadın qohumunu yarışa göndərən federasiya prezidenti işdən qovuldu -
Döyüşlər cəbhənin Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib
"Əgər uşaq evdə dərs oxuyacaqsa, məktəbə niyə gedir?"
Lənkərandakı “Carnaval-beach” çimərliyində ƏCAİB QAYDALAR... -  VİDEO
{sape_links}{sape_article}