Son dəqiqə
19-01-2021, 18:23
6 082

İnsanlar vaksinə deyil, Oqtay Şirəliyevə inanmır...

İnsanlar vaksinə deyil, Oqtay Şirəliyevə inanmır...


Ötən gün Səhiyyə naziri Oqtay Şirəliyevlə TƏBİB sədri Ramin Bayramlıya peyvənd vuruldu. Bunu sübut edən videogörüntülər var, biz də yaydıq. Amma bu şəxslərin, xüsusilə cənab Şirəliyevin peyvənd olunduğuna heç kimi inandıra bilmədik...

Günün mövzusu Səhiyyə nazirinin “tapılması” idi. Onun peyvənd vurdurmaqdan çox üzə çıxması camaatı maraqlandırırdı. Bu münasibətlə bir-birini təbrik edən, gözaydınlığı verənlər də vardı. Axı neçə aylardı gözümüz onu axtarırdı. Nəhayət, axtardığımızı tapdıq...

Bu gün TƏBİB açıqlama yayıb. And-aman edir ki, Oqtay müəllim peyvənd olunub. Hətta qablaşdırmanın üzərində yazılmış “only for clinical trial” sözlərinə də aydınlıq gətirib. Başadüşüləndir. Ölkədə vaksinasiya prosesinə yenicə start verilib. İnamsızlıq aşılamaq olmaz.

Çoxlarının bilərəkdən, ya da bilməyərəkdən üstündən keçdiyi incə bir məqam var: insanlar vaksinə deyil, Oqtay Şirəliyevə inanmırlar. Vaksin bir çox ölkələrdə təcrübədən keçirilib, nəticə müsbətdir. Üstəlik, biz ömrümüzün sonuna kimi pandemiya qorxusuyla yaşaya bilmərik. Nəhayət, bu bəladan qurtulmalıyıq. Hələlik vaksinləşmə yeganə çıxış yoludur. İnanıram ki, yolun sonunda işıq var...

Narahatlıq doğuran əsas məqam odur ki, “siftə” korlandı. Məncə, ilk vaksin xalqın inandığı bir məmura, məsələn, Prezidentin köməkçiis Hikmət Hacıyevə vurulsaydı, nəticə fərqli olacaqdı. Bəlkə də peyvənd olunmaq üçün insanlar indi növbəyə düzüləcəkdi.

Məmur üçün xalqın inamını itirmək böyük faciədir. Məmur xalqdan uzaq düşəndə, insanların deyil, öz arvad-uşağının qayğılarıyla yaşayanda ona inam itir. Məmur xalqın rəğbətini qazanmaq istəyirsə, heç olmasa, ildə bir dəfə onun ürəyindən keçəni etməli, onun eşitmək istədiyini deməlidir.

Taleyran dünyasını dəyişəndə insanların bir-birinə ən çox ünvanladığı sual bu olub: “Bu adamın ölməkdə məqsədi nədir?”

Bəli, sən vəzifədə işlədiyin 20 il ərzində bir dəfə belə xalqın qeydinə qalmadığın üçün hətta müsbət addım atanda da insanlar bir-birindən soruşacaq: “Bu adamın məqsədi nədir?”(Yenisabah)

Seymur VERDİZADƏ

XeberTv.info

Digər xəbərlər

Balıqçıların NƏZƏRİNƏ: Prezident sərəncam imzaladı
Siraqəddin Cabbarovun Hacı İbrahim sevgisi... - Ümid Ali Məhkəməyə qalıb...
Marketdə məhsulları əzən Rüstəm Orucov general oğludur
Gəncədə törədilən terror nəticəsində daha bir nəfər vəfat etdi
Bakıda xəstəxana vəziyyəti ağırlaşan koronaviruslu xəstəyə qapı açmadı
Mustafa Şentop: “Türkiyə zəfərə qədər Azərbaycanla bərabərdir”
Ramiz Mehdiyevin yaxınından 340 min manat oğurlayan qadından
Son sutkada vaksin olunanların sayı açıqlandı
İtkin düşmüş daha iki hərbçinin şəxsiyyəti müəyyənləşdirilib, meyitləri aidiyyəti üzrə verilib
"Əli İnsanov kimdir ki, mən ona qoşulum?" – Keçmiş baş prokurordan mesaj (Video)
Pulsuz verilməli olan dərman paketi 53 manata satılır? - AÇIQLAMA
Şəmkirdə dərman daşıyan yük maşını yandı
MN: “İranın Azərbaycan mövqelərini atəşə tutması məlumatı yalandır”
Məşhur ifaçı arvadının açıq-saçıq görüntülərini paylaşdı  - FOTO
Azərbaycanlı müğənninin anası onu körpə ikən qardaşına veribmiş - Ailə sirri açıldı
Dövlətdən maliyyə dəstəyi alan sahibkarlardan açıqlama
Neftçalada xoşbəxtliyini başqalarının bədbəxtliyi üzərində quran “Birlik” sədri! -
Gəncədə 24 yaşlı gənc çinar ağacından özünü asıb
Səlim Müslümovun həbs xəbəri yayıldı
Bu gün vəfat edən Hadı Rəcəblinin varidatı – ŞOK SİYAHI / FOTO
Gömrük Hospitalı: Bəhram Bağırzadə evə buraxılıb
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Baş Nazir təhsillə bağlı qərar imzaladı
Azərbaycan Texnologiya Universitetində qanunlar belə pozulur... - İTTİHAM
Düşmən Gəncəni atəşə tutdu - RƏSMİ
Son sutkada vaksin olunanların sayı BİLİNDİ
Kök qadın qohumunu yarışa göndərən federasiya prezidenti işdən qovuldu -
Döyüşlər cəbhənin Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib
"Əgər uşaq evdə dərs oxuyacaqsa, məktəbə niyə gedir?"
Lənkərandakı “Carnaval-beach” çimərliyində ƏCAİB QAYDALAR... -  VİDEO
{sape_links}{sape_article}