Son dəqiqə
7-02-2021, 11:05
5 043

“Azərsu”dövlətin milyonlarını belə oğurlayıb - İLGİNC FAKTLAR

“Azərsu”dövlətin milyonlarını belə oğurlayıb - İLGİNC FAKTLAR


Azərbaycanda hər dəfə enerji daşıyıcılarının, yanacağın, kommunal xərclərin – əhalinin sosial durumuna birbaşa təsir edən məhsul və xidmətlərin bahalaşması böyük etirazlara səbəb olur. Və bu zaman kimiləri Tarif Şurasını, kimiləri hökuməti, kimiləri də qiymət artımının baş verdiyi sahəyə aid konkret təşkilatı günahlandırır ki, bu da təbiidir…

Lakin çox zaman bu artımı şərtləndirən əsas məqam – bahalaşan məhsul və xidmətin maya dəyərinin şişirdilməsi məsələsi diqqətdən kənarda qalır. Dövlətin subsidiyalaşdırdığı, büdcədən böyük məbləğdə vəsait ayırdığı, xaricdən aldığı külli miqdarda borclarını qapatdığı qurumların Tarif Şurasına müraciət edərək, əhaliyə satış və xidmət haqlarını artırmasını tələb etməsi haqlı narazılıq və hiddət yaradır. Buraya benzindən tutmuş işığa, suya, qaza və s. görə tarifləri, hava və dəmir yolu nəqliyyatında sərnişin daşımaları və digər sahələr üzrə qiymətləri aid etmək olar.

Son olaraq, Azərbaycanda suyla bağlı tariflərin birdən-birə 2 dəfə artırılması ciddi narazılığa və müzakirələrə səbəb oldu. Tarif Şurasının bununla bağlı qərarından 1 həftəyə yaxın vaxt keçsə də, “Azərsu” rəhbərinin 5 hektarlıq malikanəsinin üzə çıxması fonunda etirazlar davam edir və sözsüz ki, hələ uzun müddət bu qərarın mənfi təsiri cəmiyyətdə hiss olunacaq. Lakin uzun illərdir bu və ya digər qurumdakı dövlət satınalmaları, tenderlər və s. məsələlərdəki korrupsiya, müxtəlif tikinti və quraşdırma işlərindəki yeyintilər və s. barədə təkzibolunmaz faktlar üzə çıxsa da, buna məhəl qoyulmur və müvafiq tədbirlər görülmür. Baxmayaraq ki, məhz bu yeyinti və talançılıq həmin məhsul və xidmətlərin maya dəyərini dəfələrlə şişirdir. Sözügedən qurumlar da həmin “maya dəyərini” əllərində bayraq edərək, Tarif Şurasına üz tuturlar ki, bu başabəla şura qiymətləri qaldırsın.

Son qiymət artımı ilə bağlı “Azərsu”-nun Tarif Şurasına müraciətində deyilir ki, “son illər su təchizatının əhatə dairəsinin genişləndirilməsi, əhalinin fasiləsiz və keyfiyyətli su təchizatı üçün yeni infrastrukturların istismara verilməsi ilə əlaqədar elektrik enerjisi, mal-material, nəqliyyat və təmir xərcləri artmış, həmçinin, Səhmdar Cəmiyyət üzrə işçilərin sayının və əməkhaqların yüksəlməsi nəticəsində mövcud tariflərlə gəlirlər fəaliyyət üzrə xərcləri qarşılamır.” Qarşılamaz, təbii ki, qarşılamaz. Çünki nəzarətsizlik və cəzasızlıq mühitində xərclər fantastik dərəcədə şişirdilir!

“Azərsu”-dakı məmurların iştahasını, buradakı tender və dövlət satınalmaları “mexanizmini” nəzərə alsaq, suyun qiymətini 2 yox, 5-10 dəfə artırsalar da, xeyri olmayacaq. Təsəvvür edin ki, bu “mexanizm” həmin qurumda heç də ən yüksək post tutmayan, ilk baxışdan elə də böyük səlahiyyətə malik olmayan adi bir məmuru belə milyonçuya, hətta multi-milyonçuya çevirə bilir. Məsələn, məntiqlə “Azərsu”-nun “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti direktorunun müavini” postu – ilk baxışdan heç nə demir. Lakin “Azərsu”dakı mötəbər mənbələr bildirir ki, 2012-ci ildə təsis edilmiş bu vəzifənin sahibi olan Elman Məmmədov adlı məmur – o məmur ki, Azərbaycan cəmiyyətinin onun mövcudluğundan heç xəbəri belə yoxdur – belə qısa zaman ərzində sərhədsiz imkan və səlahiyyətlər sahibinə çevrilib. Hətta onu bu qurumun “qara kassası” hesab edənlər də var. Nəyin hesabına? Əlbəttə ki, qeyri-şəffaflığın, gizli sövdələşmələrin, tender oyunlarının, süni şişirtmələrin hesabına!

“Azərsu”dövlətin milyonlarını belə oğurlayıb - İLGİNC FAKTLAR


Məsələn, bildirilir ki, “Azərsu”-nun keçirdiyi böyük və gəlirli tenderlərin əhəmiyyətli hissəsi son illərdə məhz bu şəxsə yaxın şirkətlərə verilir. Qeyd olunur ki, dövlətin büdcə vəsaitləri hesabına icra olunan layihələrdəki podratçı təşkilatlar – “Eren inşaat”, “Protean Constraction”, “Voltaj”, “Kirs”, “İnşaatçı Neftçi” və digər bu kimi şirkətlər məhz Elman Məmmədovun “patronajlığı” və təsiri altında bu layihələri qazanır və fəaliyyət göstərirlər.

Məlumatlardan aydın olur ki, “Eren inşaat” E.Məmmədovun kirvəsinə, “Voltaj” onun qardaşının kirvəsinə, “Protean Constraction” isə sabiq deputat İqbal Ağazadənin E.Məmmədova yaxınlığı ilə tanınan qardaşına aiddir. Bildirilir ki, sadaladığımız şirkətlər və bu layihələri “qazanan” digər şirkətlər də bu və ya digər formada E.Məmmədovun yaxın çevrəsinə aiddirlər.

Sözügedən məlumatlarla bağlı kiçik araşdırma apardıq və gördük ki, dövlət satınalmalarına dair portaldakı açıq məlumata görə, təkcə bu ilin yanvarında “Azərsu” “Protean Constraction”la 3 milyon 891 min manatlıq müqavilə bağlayıb. “Azərsu”-nun 19 milyon manata başa gələn Babək prospektində kanalizasiya və su təchizatı sistemlərinin yenidən qurulması və tikintisi işindən də həm “Eren inşaat”, həm də “Protean Constraction” pay alıblar. Şüvəlan qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulmasıyla bağlı 2 milyon 270 min manatlıq tender də “Eren İnşaat”a qismət olub. Bu siyahını xeyli uzatmaq da olar. Uzatdıqca da milyonlar on milyonlara, on milyonlar yüz milyonlara çevrilir… və nəticədə, “Azərsu” ziyanla işləməyə başlayır, dövlət isə suyun qiymətini ikiqat bahalaşdırmaq məcburiyyətilə üzləşir.

Məlumatda o da qeyd olunur ki, həmin bu E.Məmmədov müxtəlif ərazilərdə inşa etdirdiyi obyektləri “Azərsu”-ya icarəyə verərək, bundan da külli miqdarda qazanc götürməsilə tanınır.

Yeri gəlmişkən, bu “praktika” dövlət qurumlarının çoxunda mövcuddur – dövlətdən oğurlanan pullarla obyekt tikmək və onu sonradan elə dövlətin özünə icarəyə vermək! Təbii ki, bütün bu gəlir mənbələri də sıradan bir məmur hesab edilən, hətta “Azərsu”-nun rəsmi saytında belə adı çıxmayan məmuru milyonçuya, hətta multi-milyonçuya çevirə bilir. İndi təsəvvür edin ki, daha yüksək postlarda oturanlar hansı imkanlara malikdirlər… “Azərsu” ilə bağlı qeyd etdiyimiz bu adi misal əksər dövlət təşkilatları üçün keçərlidir və sözsüz ki, hər qurumun da öz Elman Məmmədovu, öz “qara kassası” var. O da məlumdur ki, bu şəxslər heç nəyi özbaşına etmirlər və daha yuxarı ranqlı məmurlara bağlıdırlar. Bizimsə məqsədimiz heç də hər hansı ayrıca götürülmüş məmurun, personanın üzərində durmaq yox, dövlətdən maliyyələşən qurumların ümumilikdə vətəndaşlara satdıqları məhsul və xidmətlərin bahalaşmasının gerçək səbəblərini aydınlaşdırmaqdır. Bunu araşdırarkən isə, demək olar hər bir qurumun fəaliyyətində məhsul və xidmətlərin maya dəyərini şişirdən korrupsiya halları ilə rastlaşırsan. Və belə qənaətə gəlirsən ki, həmin bu korrupsiya və talançılıq qaldıqca, su da, qaz da, işıq da, benzin də, aviabiletlər də və s. durmadan bahalaşmaqda davam edəcək.

Bunun qarşısını vaxtında almayıb, günahkarları Səlim Müslümov kimi 3-5 ildən sonra istintaqa cəlb edəndə isə artıq gec olur… (AzPolitika.info)

XeberTv.info

Digər xəbərlər

Narazı QHT sədri Azay Quliyevlə görüşə Quran aparıb: "Heç biri əl basmadı" -
"Yaxın günlərdə namizəd olacağım dairəni də açıqlayacağam”- Afaq Bəşirqızı
Mübariz Mənsimovu öldürmək üçün deputatın otelinə gətirilən Quli niyə qətlə yetirildi?
Arvadı tərəfindən məhkəməyə verilən “Kurtlar Vadisi”nin “Polad”ı bəraət aldı
Dağıntılar altından 9 yaşlı Fatimənin meyiti çıxarıldı
Nazir generalın qohumunu yüksək vəzifəyə TƏYİN ETDİ
Füzulidə erməni təxribatı nəticəsində ANAMA-nın əməkdaşı ağır yaralandı
Naxçıvanın işdən qovulan nazirinin həbsi gözlənilir
ABŞ-da kimya zavodunda baş verən partlayış nəticəsində 3 nəfər ölüb
Dövlət Yol Polisindən qadın sürücülərə xəbərdarlıq
Bakının ən bahalı ginekoloqları - Qeysəriyyə qiymətləri - SİYAHI
Karantin vaxtı damda qumar oynayanlar saxlanıldı
Bəzi xəstəxanaların baş həkimləri işdən çıxarılıb, töhmət verilib
SOCAR-ın idarə rəisinin müavininin milyonluq spirt biznesi
Səfərbərlik Xidmətinin daha 2 zabiti həbs edildi
Rusiya sülhməramlılarının təminatı ilə bağlı fəaliyyətlər həyata keçirilir - VİDEO
Yerli və beynəlxalq jurnalistlər Ermənistanın hücumuna məruz qalıb
İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik
Azərbaycanda növbəti tədris ili ilə bağlı qərar nə vaxt açıqlanacaq?
Azərbaycanda 18 yaşlı gənc Wi-fi işləmədiyinə görə evi tərk edib.
İlham Əliyev Filip Rikeri qəbul etdi
Azərbaycanlı aktyor reytinqlər qıran "Hercai" serialını parodiya etdi - VİDEO - FOTO
KİV: Ramiz Mehdiyev Elton Məmmədovu işdən çıxardı
Vilyam Hacıyev həbs edildi
Gəncə Şəhər Birləşmiş Xəstəxanası 167 min manatlıq tenderdə qalibini seçdi - Papka, pozan, ağardıcı və diyircəkli qələmlər almaq üçün
AVRO-2020-də 5 əvəzetməyə icazə verilib
Veteran şahmatçımız: “Dünya çempionatına bir qədər hazırlaşmağım yaxşı olardı”
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (29.03.2020)
Ermənilərin “Bakı-Tbilisi-Ceyhan”ı atəşə tutması faktı ilə bağlı cinayət işi başlanıb
{sape_links}{sape_article}