Son dəqiqə
8-02-2021, 17:48
5 409

AzTV keçmiş əməkdaşının ittihamları ilə bağlı açıqlama yaydı

AzTV keçmiş əməkdaşının ittihamları ilə bağlı açıqlama yaydı


Bu gün AzTV-nin qarşısında qurumun keçmiş əməkdaşı Səidə Vəliyevanın nümayiş etdirdiyi süni ajiotaj ucuz şoudan başqa bir şey deyil. Bu şəxs aylardır sədr Rövşən Məmmədov və kanalda çalışan digər əməkdaşların ünvanına təhqir və şantaj dolu bəyanatlar yağdırır. Onun düşüncəsinə görə, işdən azad olunmasında hər kəs günahkardır, yalnız özündən başqa. Təəssüf ki, prosesi yaxından izləyən jurnalistlərdən bir nəfər onun işdən azad olunmasının səbəbini soruşmur. Təbii ki, hətta bu sual verilsə belə, S.Vəliyevanın cavabı məlumdur – haqsızlıq, ədalətsizlik...

Bu barədə AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin açıqlamasında deyilir.

Daha sonra açıqlamada bildirilir: “Əgər bir işçi 2007-ci ildən 2020-ci ilədək 1 ay belə olsa, işə müntəzəm şəkildə gəlməyibsə (bu barədə rəsmi qeydiyyat kitabçası var), əgər bir işçi 13 il ərzində cəmi 6 dəfə qonorar alıbsa (TV-dən anlayışı olan hər kəs bilir ki, qonorar gördüyün işə görə verilir), əgər sədr bir işçini 2 dəfə qəbul edərək işə vaxtında gəlməsi, layihə üzərində işləməsi ilə bağlı xəbərdarlıq edibsə, lakin bütün bunların xeyri olmayıbsa, başqa çıxış yolu varmı?

Sonuncu dəfə isə edilən bütün xəbərdarlıqlardan və layihə hazırlamaq üçün verilən iki həftəlik səmərəsiz zamandan sonra S.Vəliyeva Kadrlar və Xüsusi İşlər Departamentinə çağırılıb və onunla müqavilə müddətinin uzadılmayacağı bildirilib. Lakin S.Vəliyeva “Məni heç olmazsa, xadimə vəzifəsinə keçirin, sadəcə adım AzTV-nin işçisi olaraq qalsın, stajım artsın. Maaş da istəmirəm” cavabını verib. Belə təfəkkürü olan fərdlə hər hansı qaydada işləmək mümkündürmü?
Yuxarıda qeyd etdiyimiz kimi, bu fərd 13 il ərzində cəmi 6 dəfə qonorar alıb. Bununla belə bir dəfə də olsa, rəhbərliyə müraciət etməyib. Deməli, onun TV-də çalışmasının məqsədi də maaş və qonorar deyil, sadəcə adının bu qurumla yanaşı çəkilməsini istəməsidir. Bildirək ki, S.Vəliyeva ev alqı-satqısı (“makler”) ilə məşğuldur və görünən odur ki, bu “vəzifə”də ona TV-nin adından yararlanmaq daha səmərəli idi.

Əlavə edək ki, S.Vəliyevanın ali təhsili belə yoxdur. Cəmi 2 illik kurs bitirib və illərdir, vəzifəsi “redaktor” kimi gedib. Gördüyü iş isə yox dərəcəsindədir.

Çox təəssüf ki, teleməkanın ocağı sayılan AzTV-də bu və ya digər səbəblərdən belə fərdlər var və onlar illərdir, “ölü canlar” kimi işə gəlməyə-gəlməyə maaş və qonorar almağa çalışır. Lakin televiziya yaradıcılıq məbədidir, sosial müdafiə fondu deyil və qurum daxilində şəffaflığın təmin olunması, yaradıcı mühitin formalaşması və TV-də məhz yaradıcı, intellektual insanların çalışması üçün bundan sonra da əlimizdən gələni edəcəyik”.

XeberTv.info

Digər xəbərlər

Rektor öz qohumlarını ATU-ya doldurdu -
Düşmən öz tanklarını atəşə tutdu: Ekipaj məhv edildi
Ali məktəblərə ixtisas seçiminin vaxtı AÇIQLANDI
Prezident “İskəndər M”lə bağlı cavab tələb etdi
Azərbaycan ordusu 24 günə Ermənistanın illik büdcəsinə bu qədər ziyan vurub
"Koronaviruslu xəstələrə görə əməkhaqqına əlavələr hələ də ödənilməyib”
Dağlıq Qarabağ və ətraf rayonlardakı 67 məscidin 63-ü tamamilə dağıdılıb
Bakıda qarlı hava ilə əlaqədar qurulan çadırların - SİYAHISI
“Qarabağ”ın potensial rəqibləri üz-üzə - AFİŞA
Ağır döyüşdən çıxan Azərbaycan əsgərləri: “Ermənilər qaçır, zəfər bizimlədir” - VİDEO
Prezident İlham Əliyev Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik etdi
Keçmış nazirin övladları Azərbaycandan köçüb - VİDEO
İlham Əliyev Bris Rokföy ilə Ermənistanla sülh müqaviləsini müzakirə edib
Parlament Azərbaycanda hərbi vəziyyətin ləğv edilməsini təsdiqlədi
Neçə xanım deputat oldu?
12 mindən çox şəxsə niyə “Müharibə veteranı” adı verilmir? -
Bakıda bu özəl klinika bağlandı
İlham Əliyev: “Bizə kənardan təzyiq olarsa, onda “F-16”ları görəcəksiz"
Bir səhvə görə vəzifəsini itirən məmurlar... - Fotolar
Rusiyadan Bakıya dəvət etdiyi sevgilisinin azyaşlı qızına təcavüz etdi
“Rüşvətə qarşıyam” deyib rüşvətə görə həbs edilən icra başçısı məhkəməyə çıxarılır
Qırğızıstan prezidenti istefa verəcək, amma bir şərtlə...
Bennett İsrail üçün əsas təhlükəni adlandırıb
Ermənilər Kəlbəcərdə elektrik dirəklərini dağıdırlar
Türkiyə Qarabağda atəşkəsə nəzarətdə iştirakını elan etdi
Türkiyədə küçələrdən birinə şəhid general Polad Həşimovun adı veriləcək
Kürdə batan Ramin Vətən müharibəsi iştirakçısı imiş
10 nəfərdən çox toplaşmaq qadağan edilsə də, Bakı metrosu bu gün - Video
Sabah hava şəraiti necə olcaq?
Azərbaycanda son sutkada 2064 nəfər COVID-19-a yoluxub, 28 nəfər ölüb
{sape_links}{sape_article}