Son dəqiqə
10-02-2021, 15:08
4 242

Milyonlarla dolları havaya sovuran sabiq məmurlarla bağlı - TEKLİF

Milyonlarla dolları havaya sovuran sabiq məmurlarla bağlı - TEKLİF


Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz “Yaşıl zona” və “Ağıllı şəhər və kənd” layihələrinin icrasını sabiq məmurlara həvalə edilməsini təklif edib.

Ekspertin sözlərinə görə, Azərbaycanda son 10-15 ildə elə İT layihələr olub ki, icrasına başlayan anda iflas olub:

"Ziya Məmmədovla bağlı olan, 100 milyon $ dəyərində iflasa uğramış nəqliyyatın intellektual idarəetməsi layihəsi ilə əlaqəli bir neçə gün öncə yazmışdım. Fikrimcə, Ziya müəllim indi heç olmasa işğaldan azad olunan ərazilərdə bu cür infrastrukturun qurulmasına dəstək verə bilərdi.

Digər bir məsələ isə hazırda bu regionda qurulacaq alternativ, bərpa olunan enerji təminatı ilə bağlı “yaşıl zona” layihələri və "rəqəmsal aqrar sektor" üçün maliyyə mənbələrinin tapılmasıdır.
Fikrimcə keçmiş məmurlar Etibar Pirverdiyev və Heydər Əsədov da bu sahədə təcrübəlidir və köməklik göstərə bilərlər.

Etibar Pirverdiyevin rəhbərliyi ilə 58 milyon $ vəsaitlə ölkə üzrə bütün enerji sektorunu avtomatik rejimdə idarə etməyə imkan verən informasiya sistemi qurulmuşdu. 2018-ci ildə baş verən enerji qəzasında məlum oldu ki, belə bir sistem yoxmuş. Hazırda büdcədən Azərenerji-yə xeyli vəsait ayrılıb və bu sistem yenidən qurulur. Bu baxımdan düşünürəm ki, Etibar Pirverdiyev işğaldan azad olan ərazilərdə “yaşıl zona”-nın qurulmasına xeyli köməklik göstərə bilərdi.

“Ağıllı şəhər və kənd” layihəsinin reallaşacağı ərazilər əsasən aqrar regiondur. Bu baxımdan güman ki, burada əsasən aqrar sahənin, kənd təsərrüfatı xidmətlərinin rəqəmsallaşmasına da üstünlük veriləcək.

Xatırlayıram ki, keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədovun rəhbərliyi zamanı, 2015-2016-cı ildə Elektron Kənd Təsərrüfatı Sisteminin qurulması üçün 4.8 milyon manat vəsait ayrılmışdı. Nazirlik bunu Caspel şirkətinə həvalə etmişdi. AVROPA İttifaqı da dəstək verirdi.

İnam Kərimov nazir təyin olunanda məlum oldu ki, əslində belə bir informasiya sistemi faktiki olaraq mövcud deyilmiş. Hazırda büdcədən yenidən vəsait ayrılıb və ASAN Elektron Kənd Təsərrüfatı Sisteminin yenidən qurulması ilə məşğuldur.

Bu baxımdan, Heydər Əsədov da işğaldan azad olan ərazilərdə “ağıllı bağların”, “kənd təsərrüfatının intellektual idarəetmə sisteminin" qurulmasına xeyli töhfə verə bilər".

XeberTv.info

Digər xəbərlər

Dünyadakı milyarderlərin sayı açıqlandı
Flora Kərimova məşhur həkimi MƏHKƏMƏYƏ VERDİ - FOTO
Həbs edilən qadının vəkilindən açıqlama
Dollar yüksəlişdə: Manatı nə gözləyir? - TƏHLİL
TƏBİB Perinatal Mərkəzdə araşdırmaya başlayır - “Xəstələr satılır” iddiası
Adını dəyişdi və “Prezident Rusiya” oldu
Natavan toya anasının ev tərlikləri ilə gəldi
Nardaran məhbusları azadlığa çıxdı
Ərdoğan: “ABŞ qoşunları Əfqanıstandan çıxdığı kimi İraq və Suriyadan da çıxmalıdır...”
Koronavirusun yayılmasının qarşısını alan - ÜSULLAR
DİM qəbul imtahanları ilə bağlı MÜHÜM MƏLUMAT YAYDI
DYP sürücülərə müraciət edib
Məmurların Azərbaycan kəndlisinə yaratdığı problem: "Su əjdahaları” kimlərdi?
Naxçıvana yeni iqtisadiyyat naziri təyin edilib
Bayden Ərdoğanla görüşü barədə: “Real irəliləyiş əldə edəcəyik”
BNA vəkili cərimələdi, məhkəmə ləğv etdi
SMS icazə ləğv edildi
Ələt-Astara yolunun bu hissəsi pullu olacaq
Yevlaxda zibillikdən əl qumbarası və partladıcı tapılıb - FOTO
Zəngilanda yol qəzası olub: 1 nəfər ölüb
Zəngilan rayonundan görüntülər - VİDEO
Məşhur aktyor intihar etdi - FOTO
İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib
“Sədərək” bağlandı, sahibkarlar yer pulundan azad olundu
Ceyhun Həsənovun istefaya göndərilməsinin gizlinləri
10 yaşlı Nərminin dəhşətli qətl işi: “Onu buraxmağa da ehtiyat edirlər...” - Vəkil
Azərbaycanda bu dövlət idarəsində "möcüzə" baş verib
Messiyə 500 milyon avroluq fantastik təklif
Azərbaycanda vaksinin ikinci dozası vurulanların sayı bir milyonu keçdi
İşsizlikdən sığorta ödənişinin təyinatı elektronlaşdırılıb
{sape_links}{sape_article}