Son dəqiqə
27-01-2020, 10:19
809

Dollar yüksəlişdə: Manatı nə gözləyir? - TƏHLİL

Dollar yüksəlişdə: Manatı nə gözləyir? - TƏHLİL

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində bahalaşmanın davam etdiyi müşahidə edilir.

Buna əsas səbəb isə qiymətin texniki mənzərəsidir. Foreksdə dolların bahalaşmasına səbəb kimi texniki amillər göstərilir və bahalaşmanın davam edəcəyi proqnozlaşdırılır.

İqtisadçı-ekspert Elman Sadıqov bu tendensiyanın Azərbaycanda müşahidə olunub-olunmamasını “Cümhuriyət” qəzetinə şərh edib.

O bildirib ki, ABŞ dolların ucuzlaşmasına çalışır:

“Ucuz dollar xarici ticarəti stimullaşdırmaq məqsədi daşıyır. Dünya birjalarında dolların qiyməti həmişə öz dəyərini saxlayır, hətta bundan sonra nisbətən arta da bilər. Hazırda dolların ucuzlaşma ehtimalı aşağıdır. Bunun da bir çox fundamental səbəbləri var. Bunlardan biri odur ki, ABŞ iqtisadiyyatı istər Avropa Birliyi, istər Yaponiya, istərsə də digər iqtisadiyyatlara nisbətən daha çox artım tempi göstərir. Ümumiyyətlə, ABŞ iqtisadiyyatı daha əzmli, daha stabil və daha yaxşı nəticələr sərgiləyir. Dollar dünyanın ehtiyat valyutasıdır və bu statusunu da saxlamaqda davam edir. Bundan əlavə, dünyada geosiyasi risklər artır, resesiya və böhran məsələləri də müzakirə olunur ki, bu da investorları dollara daha çox qaçmağa sövq edir”.

İqtisadçı onu da qeyd edib ki, dollar dünyada təhlükəsiz liman statusu qazanmış valyutalardan biridir:

“Bu səbəbdən də dünya bazarlarında dolların qiymətinin artma ehtimalı var. Lakin bu artımın Azərbaycana ciddi təsir göstərmə ehtimalı sıfıra bərabərdir. Səbəb odur ki, Azərbaycanda dolların kursu ölkənin tədiyyə balansındakı vəziyyətdən asılıdır. Hazırda neftin qiymətləri 62-63 dollar ətrafındadır. Bu isə, 2020-ci ildə Azərbaycanın dövlət büdcəsində planlaşdırılan neftin baza qiymətindən, yəni 55 dollardan yuxarıdır. Tədiyyə balansı profsitlə davam etdiyi müddətcə Azərbaycanda dolların bahalaşma ehtimalı yoxdur. Bunun elmi əsası var, yəni sakitləşdirmək məqsədilə deyilmiş söz deyil. Hətta ötən il hərraclarda təklif olunan dolların heç də hamısı satılmadı. Neftin qiymətinin 50 dollar olması Azərbaycanın tədiyyə balansı üçün qırmızı xətdir. Hətta neftin qiyməti 50-55 dollar arasında olarsa belə, manatın kursuna ciddi təzyiq olmayacaq”.

Elman Sadıqovun sözlərinə görə, dünya birjalarında dolların qalxıb enməsinin Azərbaycana birbaşa təsiri yoxdur:

“Ölkəmizə əsas təsir neftin qiyməti ilə bağlıdır. Əgər bunu müəyyən etmək istəyiriksə, neftin qiymətini izləməliyik. Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və digər beynəlxalq investisiya və maliyyə təşkilatlarının neftin qiyməti ilə bağlı verilmiş proqnozlar 59-60 dollar civarındadır. Bu səbəbdən Azərbaycanda neftin qiymətinin 60 dollar ətrafında qaldığı müddətdə dolların bahalaşması ilə bağlı hər hansı ehtimal irəli sürmək doğru olmaz. Mərkəzi Bank sədri çıxışında qeyd etmişdi ki, manatın kursuna təzyiq var. Yəni Azərbaycanda manatın kursu qalxa bilər, dolların məzənnəsi isə düşə bilər. Dünyada dolların qiymətinin artması başqa nüanslarla müəyyən olunur. Azərbaycanda dollar/manat kursu xüsusilə neftin qiyməti və tədiyyə balansındakı vəziyyətlə müəyyən olunur”.

Digər xəbərlər

XİN Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü ilə bağlı bəyanat yayıb
Daha bir məşhur idmançı zorlamada ittiham olunur
Azərbaycanı tənqid edən mühacir təlimatları Ramiz  Mehdiyevdən alırdı
Xalq artisti: "İki dükana borcum var; birinə 510, digərinə 100 manat" - VİDEO
Asfalt zavodun direktoru Şahin İbadovun “eşq macəraları“- Şahin İbadovu Şəkidən niyə qovdular ?
İlham Əliyev: "Arutunyanın bacısı Azərbaycanda yaşayır"
Düşmən yaşayış məntəqələrimizi atəşə tutub
Ermənistanın baş prokuroru da Qarabağa qanunsuz səfər etdi
Donald Gerye “Qarabağ”dan ayrıldı
Azərbaycan əsgəri minaya düşərək həlak oldu - FOTO
Umayra Tağıyeva:"Hələ də selin yanında durub seyr edən, onu lentə alanlar var"
Bakının mərkəzində güclü yanğın  - VİDEO
Bakı şəhərində yeddi narkotacir saxlanıldı - VIDEO
Laçının Zabux kəndinə ilk köç karvanı yola salınıb -
Avtoservisdə işləyən gənc bədbəxt hadisə nəticəsində həlak oldu
Formula 1 yeni bolidlərini nümayiş etdirdi
Bu gün general olan 4 hərbçi kimdir?
İki eksperiza, iki müxtəlif rəy... - Buna nə ad vermək olar?..
Bakıda ŞOK: Qızının görüntüləri yayıldı, atasının ürəyi partlayıb öldü
Gediş haqqı 10 qəpik aşağı salındı — VİDEO
Qarnına təpik vurulan Tovuz sakini xəstəxanada öldü
Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı
Müdafiə Nazirliyindən hərbçimizin ölümü ilə bağlı AÇIQLAMA
"Azərbaycanlı müğənni transla eşq yaşayıb" - ŞOK
Rusiyanın baş naziri Yerevana yollandı
Azərbaycanda vəkil külli miqdarda mənimsəmədə təqsirləndirilir
Şeyx lisenziya üçün rüşvət istəyir – ŞOK İDDİA
“Unibank” müştərilərinin hesabından niyə pul çıxılır? - AÇIQLAMA
Məktəbəhazırlıq qruplarına qəbulun avqustda aparılması planlaşdırılır
DƏHŞƏT! Sərhəddə donaraq ölən 9 kişi meyiti TAPILDI - FOTOLAR
{sape_links}{sape_article}