Son dəqiqə
Siyasət
19-02-2021, 19:59
4 509
Ermənistan XİN rəhbəri istefa verəcək - İDDİAsi
Ermənistanın xarici işlər naziri Ara Ayvazyan yaxın zamanda istefa verəcək.
XeberTv.info bildirir ki, bu barədə “Mediapost” Telegram kanalı məlumat yayıb.
Kanalın yazdığına görə, XİN rəhbəri artıq istefa ərizəsini yazıb. Hazırda onun yerini tutacaq şəxsin axtarışları gedir.
Yeni namizədin müəyyənləşdirilməsindən sonra Ayvazyanın istefası xəbəri rəsmi olaraq açıqlanacaq.