Son dəqiqə
1-04-2021, 10:45
4 295

Bu gündən bütün ölkə icbari tibbi sığortaya keçir

Bu gündən bütün ölkə icbari tibbi sığortaya keçir


Bu gündən etibarən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılır.

XeberTv.info modern.az-a istinadən bildirir ki, bu şəhər və rayonlarda rəsmi qeydiyyatda olan əhali aprelin 1-dən icbari tibbi sığortanın xidmətlər zərfinə daxil olan 2550 sayda tibbi xidmətdən istifadə edə biləcəklər.

Bununla da icbari tibbi sığorta Azərbaycanın bütün əhalisini əhatə edəcək. Xidmətlər zərfinə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, ixtisaslaşdırılmış ambulator yardım xidməti, laboratoriya, fizioterapiya, invaziv radiologiya və stasionar tibbi xidmətlər daxildir. Vətəndaşlara xidmətlər zərfi çərçivəsində tibbi xidmətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrində, həmin tibb müəssisələrində xidmətin göstərilməsi mümkün olmadıqda isə müqaviləli tibb müəssisələrində göndəriş əsasında göstərilir.

Vətəndaşlar xidmətlər zərfindən yararlanmaq üçün səhhətində yaranan narahatlıqla bağlı təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla, ilk növbədə ailə həkiminə müraciət etməlidir. Bunun üçün vətəndaşlar ilkin səhiyyə xidməti göstərən dövlət tibb müəssisəsinə müraciət edərək “Sığortaolunanların ilkin səhiyyə xidməti üzrə dövlət tibb müəssisəsinə təhkimolunma Qaydası”na uyğun olaraq ailə həkimini seçməlidir. Ailə həkimi vətəndaşı müayinə və ya müalicə etdikdən sonra ixtisaslı tibbi yardıma ehtiyac olarsa, ixtisaslı həkimə göndəriş verir. Göndəriş əsasında tibb müəssisəsinə müraciət edərkən şəxsiyyət vəsiqəsi qeydiyyatçıya təqdim edilməlidir.

Pandemiya ilə əlaqədar bəzi dövlət səhiyyə müəssisələri koronavirusla mübarizəyə ayrıldığından orada hazırda digər tibbi xidmətləri göstərmirlər. Bunu nəzərə alaraq, müştərək maliyyələşmə məbləğinin toplanılmasının 2022-ci ilin 1 yanvar tarixinədək təxirə salınması barədə müvafiq dövlət qurumuna müraciət edilib.

Qeyd edək ki, “Tibbi sığorta haqqında” qanuna əsasən müştərək maliyyələşmə məbləğinin ödənilməsi ilkin səhiyyə xidmətinə müraciət etmədən birbaşa ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadə etdikdə, eləcə də vətəndaşın yönləndirildiyi tibbi ərazi bölməsindən kənar yerləşən dövlət tibb müəssisəsinə müraciət olunduqda tətbiq edilir.

Xatırladaq ki, bütün vətəndaşlar üçün dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığorta haqqı ayrılır. Həmçinin dövlət və neft sektorunda çalışan işəgötürən və işçilər, qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilər, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən 2021-ci il 1 yanvar tarixindən etibarən icbari tibbi sığorta haqqı toplanılır. Vətəndaşlar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) rəsmi internet səhifəsində yerləşdirilən kalkulyatordan istifadə etməklə əməkhaqlarından və ya gəlirlərindən tutulan icbari tibbi sığorta haqqının məbləğini hesablaya bilərlər.

İcbari tibbi sığorta ilə bağlı ətraflı məlumatla Agentliyin rəsmi internet səhifəsindən (https://its.gov.az/) və qurumun sosial şəbəkələrdəki səhifələrindən tanış olmaq olar. Həmçinin vətəndaşlar icbari tibbi sığorta ilə bağlı müraciətlərini Agentliyin “1542” nömrəli Çağrı mərkəzinə, [email protected] elektron poçt ünvanına, qurumun sosial şəbəkələrdəki səhifələrinə və ya TƏBİB-ə ([email protected]) ünvanlaya bilərlər.

Digər xəbərlər

Rektor öz qohumlarını ATU-ya doldurdu -
Düşmən öz tanklarını atəşə tutdu: Ekipaj məhv edildi
Ali məktəblərə ixtisas seçiminin vaxtı AÇIQLANDI
Prezident “İskəndər M”lə bağlı cavab tələb etdi
Azərbaycan ordusu 24 günə Ermənistanın illik büdcəsinə bu qədər ziyan vurub
"Koronaviruslu xəstələrə görə əməkhaqqına əlavələr hələ də ödənilməyib”
Dağlıq Qarabağ və ətraf rayonlardakı 67 məscidin 63-ü tamamilə dağıdılıb
Bakıda qarlı hava ilə əlaqədar qurulan çadırların - SİYAHISI
“Qarabağ”ın potensial rəqibləri üz-üzə - AFİŞA
Ağır döyüşdən çıxan Azərbaycan əsgərləri: “Ermənilər qaçır, zəfər bizimlədir” - VİDEO
Prezident İlham Əliyev Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik etdi
Keçmış nazirin övladları Azərbaycandan köçüb - VİDEO
İlham Əliyev Bris Rokföy ilə Ermənistanla sülh müqaviləsini müzakirə edib
Parlament Azərbaycanda hərbi vəziyyətin ləğv edilməsini təsdiqlədi
Neçə xanım deputat oldu?
12 mindən çox şəxsə niyə “Müharibə veteranı” adı verilmir? -
Bakıda bu özəl klinika bağlandı
İlham Əliyev: “Bizə kənardan təzyiq olarsa, onda “F-16”ları görəcəksiz"
Bir səhvə görə vəzifəsini itirən məmurlar... - Fotolar
Rusiyadan Bakıya dəvət etdiyi sevgilisinin azyaşlı qızına təcavüz etdi
“Rüşvətə qarşıyam” deyib rüşvətə görə həbs edilən icra başçısı məhkəməyə çıxarılır
Qırğızıstan prezidenti istefa verəcək, amma bir şərtlə...
Bennett İsrail üçün əsas təhlükəni adlandırıb
Ermənilər Kəlbəcərdə elektrik dirəklərini dağıdırlar
Türkiyə Qarabağda atəşkəsə nəzarətdə iştirakını elan etdi
Türkiyədə küçələrdən birinə şəhid general Polad Həşimovun adı veriləcək
Kürdə batan Ramin Vətən müharibəsi iştirakçısı imiş
10 nəfərdən çox toplaşmaq qadağan edilsə də, Bakı metrosu bu gün - Video
Sabah hava şəraiti necə olcaq?
Azərbaycanda son sutkada 2064 nəfər COVID-19-a yoluxub, 28 nəfər ölüb
{sape_links}{sape_article}