Son dəqiqə
7-04-2021, 18:08
5 676

Rusca bilməyən Şahin İbadov Rusiyadan BDU-ya necə “perevod” oldu ?- “Asfaltzavod”un direktorunu Şəkidən camaat niyə qovdu ?

Rusca bilməyən Şahin İbadov Rusiyadan BDU-ya necə “perevod” oldu ?- “Asfaltzavod”un direktorunu Şəkidən camaat niyə qovdu ?


Atalar deyib ki, kiminin əvvəli, kiminin axırı.

Atalar bir də deyib ki, köç geri qayıdanda axsaq-uxsaq qabağa düşər. Lap Şahin Sirac oğlu İbadov kimi.
Söhbət asfaltdan-qara qırdan milyonlar qazanan Şahin İbadovdan gedir.

Şahin cavanlıqda səhər dan yeri ağaran kimi köhnə 408 Moskviçi ilə düşürmüş küçələrə qışqırırmış ki, “Dəmir alıram, dəmir alıram...” yəni metallom yığmaqla məşğul imiş.
Qardaşı Elşad İbadov isə Şəkidə maşınlar üçün ucuz çexol tikərmiş. Böyük qardaşları Ziyanur isə Kamaz sürücüsü olub, beton daşımaqla məşğul olub. Sonralar Ziyanur avtoqəzaya düşərək həlak olub.

Deməli, metallom yığan Şahin və çexol tikən qardaşı Elşad möcüzə nəticəsində bir gün 40 yaşlarında Rusiyanın hansısa ali məktəbindən Bakı Dövlət Universitetinə “perevod” alıblar.
Bir adam soruşmayıb ki, ay qardaşlar, axı siz urusca bir cümlə qura bilmirsiniz, necə oldu ki, Rusiyadan BDU-ya “perevod” aldınız. Beləliklə Şahin və Elşad qardaşları saxta diplomla karyera qurmağa başlayıblar.
Beləcə, saxta diplomunu işə salan KAMAZ şoferi Elşad dönüb olub Şəki bələdiyyəsinin sədri.

Şahin isə hansısa sehrli yolla ozamankı, hazırda məhbus həyatı yaşayan Azərbaycan Beynəlxalq Bankının sabiq rəhbəri Cahangir Hacıyevə yol tapıb. Və onun köməyi ilə Şəkidə “Azəravtoyol” ASC-nin nəzdində fəaliyyət göstərən 15 saylı Yol İstismar İdarəsinin ( el arasında Asfalt zavodu deyirlər ) rəisi olub.

Şahin və Elşad qardaşlarının xoşbəxt günləri bundan sonra başlayıb.

Şəkinin Bələdiyyə sədri olan Elşad şəhərdəki yaxşı torpaqları ya baha qiymətə satıb, ya da özününküləşdirib. “Asfalt zavodun” direktoru olan Şahin İbadov isə az vaxtda ozmankı nəqliyyat naziri Ziya Məmmədovla əlaqə quraraq bütün asfalt işlərini ələ keçirə bilib. Elə ki Ziya Məmmədovun nazir gəmisi batmağa başlayanda Şahin İbadov Ziya Məmmədovu əvəz edən Cavid Qurbanovla, sonra isə indiki “yollar naziri “ Saleh Məmmədovla “işgüzar” münasibət qura bilib. Ona sonuncu məsələdə nüfuzlu bir adam kömək edir.

Şahin İbadov az vaxtda milyonçuya çevrilib. Şəkidə Şəki şeben zavodunu, Şəki sünbül çörəyin zavodunu, Şəki diş poliklinikasını özəlləşdirib. Onun Lukoil-in üstündə 5 hektarlıq tikinti materialları bazarı, “Alsu” su istehsal zavodu, 20 ədəd xüsusi ev,milyonluq maşınlar və daha nələri yoxdur.

Bəs, bütün bunlara sahib olan Şahin İbadov Şəkidən niyə qaçdı, daha doğrusu, onu camaat Şəkidən niyə qovdu ?

Şahinin böyük qardaşı niyə həbs olundu, o kimi bıçaqlamışdı ?

Şahin İbadova kimlər 800 min atıb qaçdı ?

Şahinin oğlu Namiq İbadov cangüdənlə hansı dövlət qurumuna gedib-gəlir ?

Və digər maraqlı məqamlarla növbəti yazıda tanış ola bilərsiniz.

Bizi izləyin.(gündəlikbakı.com)


Digər xəbərlər

XİN Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü ilə bağlı bəyanat yayıb
Daha bir məşhur idmançı zorlamada ittiham olunur
Azərbaycanı tənqid edən mühacir təlimatları Ramiz  Mehdiyevdən alırdı
Xalq artisti: "İki dükana borcum var; birinə 510, digərinə 100 manat" - VİDEO
Asfalt zavodun direktoru Şahin İbadovun “eşq macəraları“- Şahin İbadovu Şəkidən niyə qovdular ?
İlham Əliyev: "Arutunyanın bacısı Azərbaycanda yaşayır"
Düşmən yaşayış məntəqələrimizi atəşə tutub
Ermənistanın baş prokuroru da Qarabağa qanunsuz səfər etdi
Donald Gerye “Qarabağ”dan ayrıldı
Azərbaycan əsgəri minaya düşərək həlak oldu - FOTO
Umayra Tağıyeva:"Hələ də selin yanında durub seyr edən, onu lentə alanlar var"
Bakının mərkəzində güclü yanğın  - VİDEO
Bakı şəhərində yeddi narkotacir saxlanıldı - VIDEO
Laçının Zabux kəndinə ilk köç karvanı yola salınıb -
Avtoservisdə işləyən gənc bədbəxt hadisə nəticəsində həlak oldu
Formula 1 yeni bolidlərini nümayiş etdirdi
Bu gün general olan 4 hərbçi kimdir?
İki eksperiza, iki müxtəlif rəy... - Buna nə ad vermək olar?..
Bakıda ŞOK: Qızının görüntüləri yayıldı, atasının ürəyi partlayıb öldü
Gediş haqqı 10 qəpik aşağı salındı — VİDEO
Qarnına təpik vurulan Tovuz sakini xəstəxanada öldü
Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı
Müdafiə Nazirliyindən hərbçimizin ölümü ilə bağlı AÇIQLAMA
"Azərbaycanlı müğənni transla eşq yaşayıb" - ŞOK
Rusiyanın baş naziri Yerevana yollandı
Azərbaycanda vəkil külli miqdarda mənimsəmədə təqsirləndirilir
Şeyx lisenziya üçün rüşvət istəyir – ŞOK İDDİA
“Unibank” müştərilərinin hesabından niyə pul çıxılır? - AÇIQLAMA
Məktəbəhazırlıq qruplarına qəbulun avqustda aparılması planlaşdırılır
DƏHŞƏT! Sərhəddə donaraq ölən 9 kişi meyiti TAPILDI - FOTOLAR
{sape_links}{sape_article}