Son dəqiqə
3-05-2021, 17:04
3 708

“Yolçu” Şahin İbadovun əmlakının siyahısı- ŞAHİN İBADOVU HƏBSƏ APARAN YOL...

“Yolçu” Şahin İbadovun əmlakının siyahısı- ŞAHİN İBADOVU HƏBSƏ APARAN YOL...


Azərbaycan cəmiyyətində hələ ötən əsrdən belə bir fikir var idi: neftimiz özümüzə qalsa, yollarımızda asfaltın qalınlığı 5 sm qızıldan olar.
Mənası bu idi ki, neftimizin gəlirləri Rusiya-SSRİ imperiyasına gedir, əgər müstəqil dövlət olsaq, yollarımız da qızıldan olar.
İllər ötdü və nəhayət biz 1991-ci ildə müstəqil dövlət olduq.

O vaxtdan 30 il keçir. Yəni artıq müstəqilliyimizin 30 yaşı var.

Bəs o qızıl asfalt əfsanəsi nooldu...?

Nəinki rayonlarda, kəndlərimizdə, heç paytaxt Bakının özündə 10 metr məsafədə düz yola rast gələ biləmərsən. Qısa bir yolda nə qədər çala-çuxur, dəlmə-deşik olar. Dünyada asfalta yamaq vurmaq ancaq bizdədir.

Bəs deyirdiniz müstəqil olsaq...Olduq dəə. Bəs o dediyiniz pullar hara gedir ?

Əlbəttə Şahin kimilərin cibinə.

Şahin İbadov uzun müddətdir ki “Azəravtoyol” ASC-nin nəzdində fəaliyyət göstərən Şəki rayonu 15 saylı Yol İstismar İdarəsinin rəisi vəzifəsində çalışır.

Yəni elə bir yüksək dövlət vəzifəsi deyil, icra başçısı deyil, nazir deyil, prokuror deyil. Orta səviyyədən aşağı bir xırda məmurdur. Bəs onda bu kiçik ranqlı məmurda bu milyonlar haradandır ?

Bəlkə, dədəsinin, babasının xəzinəsi olub?

Bəlkə böyük bir elmi kəşf edib ?

Yox, sadəcə, Şahin İbadov Şəki rayonu 15 saylı Yol İstismar İdarəsinin rəisidir. O, asfaltı “yeyir”, bitiumu “içir”,qumu, çınqılı satır və s.
Bəli, bir mütəxəssis dedi ki, asfaltın-yolun qaymağı BİTUMDUR, onu vurmasan 2 dəfə yağışdan sonra “asfalt
kəsənlər” bitiumu satır və asfalt lüt qalır, yağış, su daman kimi yol sıradan çıxır. Bu qədər bəsit.

Yəni bizim yolların belə bərbad gündə olmağının günahı Şahin İbadov kimi məmurlardadır.

Görəsən belə bir xırda məmurun arxası kimdir ki, belə arxayın olub?

Şahin İbadov hazırda həbsdə olan Azərbaycan Beynəlxalq Bankının sabiq rəhbəri Cahangir Hacıyevin qohumudur. Məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı informasiyadan bəlli olur ki, Şahin İbadov Şəkidə çalışdığı müddət ərzində adıçəkilən rayonda o yer qalmayıb ki, oranı zəbt etməsin. O Beynəlxalq Bankının sabiq rəhbəri ilə qohumluğundan istifadə edərək Şəki rayonundakı ən gəlirli müəssisələri müxtəlif yollara ucuz qiymətə özününküləşdirib.

Hazırda Şahin İbadovun adıçəkilən rayonda çoxlu sayda obyekti var: «Deyilənlərə görə, Şahin İbadov 2004-2010-cu illərdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmış Nazim İbrahimov və sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin vasitəsilə «Promkombinat» adı ilə tanınan «Şəki Tikinti Sənayesi Malları» ASC-ni də özəllişdirib. Bildirilir ki, o, bir müddət sonra həmin müəssisəni dəyərindən bir neçə dəfə baha qiymətə dövlətə satıb. İndi isə «Promkombinat»ın ərazisində bayraq meydanı tikilib. Buradan belə çıxır ki, Şahin İbadov dövlət müəssisəsini bir sıra yollara baş vurmaqla ucuz qiymətə özəlləşdirsə də, bir müddət sonra həmin müəssisəni əsl sahibinə, yəni dövlətə baha qiymətə satıb». Bu arada, orta məktəbin 8-ci sinfini bitirən Şahin İbadovun bir zamanlar boz rəngli «Moskviç 408» markalı avtomobil sürdüyünü deyən mənbə bildirir ki, Azərbaycan Beynəlxalq Bankının sabiq rəhbəri Cahangir Hacıyevin dəstəyilə hazırda o, 10 AA 709 dövlət nömrə nişanlı, qara rəngli «Lexus»da gəzir:

Deyilənlərə görə, hazırda asfalt zavodlarından birinin müdiri vəzifəsində çalışan Şahin İbadovun Şəki şəhərinin mərkəzində qiyməti 100 minlərlə ölçülən 2 kafesi var. Hələ bu, harasıdır. Bildirilir ki, Şahin İbadov Şəki şeben zavodunun, Şəki sünbül çörəyin ərazisini, Şəki diş poliklinikasını özəlləşdirib.

Şahin İbadov həm də Bakıda xeyli sayda mənzillərə sahibdir. Təkcə Lider TV-nin yaxınlığında bir neçə dəbdəbəli villası,mənzilləri var.
Başqaları kimi Şahin İbadovun avtomobil kolleksiyaslı da var. Hamısı da 300 minlik xarici avtomobillər. 10 AA 798 seriyalı S KLASS, 10 YY 798 seriyalı E KLASS Mercedes və s.

Növbəti yazıda İbadovun çoxşaxəli bizneslərindən geniş bəhs edəcəyik.(gundelik-baku.com)

XəbərTv.info

Digər xəbərlər

XİN Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü ilə bağlı bəyanat yayıb
Daha bir məşhur idmançı zorlamada ittiham olunur
Azərbaycanı tənqid edən mühacir təlimatları Ramiz  Mehdiyevdən alırdı
Xalq artisti: "İki dükana borcum var; birinə 510, digərinə 100 manat" - VİDEO
Asfalt zavodun direktoru Şahin İbadovun “eşq macəraları“- Şahin İbadovu Şəkidən niyə qovdular ?
İlham Əliyev: "Arutunyanın bacısı Azərbaycanda yaşayır"
Düşmən yaşayış məntəqələrimizi atəşə tutub
Ermənistanın baş prokuroru da Qarabağa qanunsuz səfər etdi
Donald Gerye “Qarabağ”dan ayrıldı
Azərbaycan əsgəri minaya düşərək həlak oldu - FOTO
Umayra Tağıyeva:"Hələ də selin yanında durub seyr edən, onu lentə alanlar var"
Bakının mərkəzində güclü yanğın  - VİDEO
Bakı şəhərində yeddi narkotacir saxlanıldı - VIDEO
Laçının Zabux kəndinə ilk köç karvanı yola salınıb -
Avtoservisdə işləyən gənc bədbəxt hadisə nəticəsində həlak oldu
Formula 1 yeni bolidlərini nümayiş etdirdi
Bu gün general olan 4 hərbçi kimdir?
İki eksperiza, iki müxtəlif rəy... - Buna nə ad vermək olar?..
Bakıda ŞOK: Qızının görüntüləri yayıldı, atasının ürəyi partlayıb öldü
Gediş haqqı 10 qəpik aşağı salındı — VİDEO
Qarnına təpik vurulan Tovuz sakini xəstəxanada öldü
Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı
Müdafiə Nazirliyindən hərbçimizin ölümü ilə bağlı AÇIQLAMA
"Azərbaycanlı müğənni transla eşq yaşayıb" - ŞOK
Rusiyanın baş naziri Yerevana yollandı
Azərbaycanda vəkil külli miqdarda mənimsəmədə təqsirləndirilir
Şeyx lisenziya üçün rüşvət istəyir – ŞOK İDDİA
“Unibank” müştərilərinin hesabından niyə pul çıxılır? - AÇIQLAMA
Məktəbəhazırlıq qruplarına qəbulun avqustda aparılması planlaşdırılır
DƏHŞƏT! Sərhəddə donaraq ölən 9 kişi meyiti TAPILDI - FOTOLAR
{sape_links}{sape_article}